ABŞ prezidentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi general Keyt Kelloq Odessaya səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.
Kelloq Ukraynanın aqrar siyasət naziri Taras Vısotski, Odessa hərbi administrasiyasının rəhbəri Oleq Kiper və Ukrayna Hərbi Dəniz Qüvvələrinin baş komandanı Aleksey Neyjpapa ilə Rusiya Silahlı Qüvvələrinin kütləvi zərbələri fonunda Odessa limanının fəaliyyətini, eləcə də Ukraynadan taxıl ixracı imkanlarını müzakirə edib.
Tərəflər həmçinin Odessa bölgəsində liman infrastrukturunun bərpası və ABŞ-Ukrayna İnvestisiya Bərpası Fondu çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.


















