Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Teymur Collection” MMC (VÖEN – 1007222231) olub.
AQTA “Teymur Collection” MMC-dən Agentliyin tabeliyində fəaliyyət göstərən regional bölmələrin əməkdaşları üçün vahid geyim forması satın alacaq.
“Teymur Collection” MMC Agentliyin 222 qadın, 348 kişi əməkdaşı üçün müxtəlif geyimlər satacaq və qarşılığında 335 min 913 manat 79 qəpik alacaq. Agentliyin bir əməkdaşın geyiminə xərclədiyi vəsait təxminən 590 manat təşkil edəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 50 000 manat olan “Teymur Collection” MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, Koroğlu prospekti, ev 728A-da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Teymur Rizvan oğludur.




















