Sumqayıtda faciəli hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.
Abşeron rayon sakini, 1998-ci il təvəllüdlü Yasəmən Rasim qızı Rzayeva yaşadığı binadan yıxılaraq ölüb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.









