İranşünasdan Bakıya qarşı .....                     “İtirən siz olarsınız, Türkiyə yox” .....                     Azərbaycanda da kuryerlərin gigiyenasına, sağlamlığına ciddi nəzarətdə olmalıdır .....                     Azərbaycanda böyürtkən yığan qadınların başına iş gəldi .....                     "Cəhənnəmə gedən özünə yoldaş axtarır" .....                     Azərbaycan daha az buğda alıb, .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? .....                     “Əsgər formasında rəqs: .....                     "Paşa Bank"dan "Paşa Holdinq"ə... .....                     “Qutusu açılmayıb” deyib köhnə telefon satırlar .....                     Məhkəmə deputatın professor olan qudası ilə bağlı .....                     Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib .....                     “Başına zərbə vurdum, sonra prokurorluğa gedib təslim oldum” .....                     Tehrandan İraq Kürdüstanına gözlənilməz hücum: .....                     “Shein” geyimlərinin etiketlərində uyğurlardan şok mesaj: “Yardım edin” .....                     Agentlik sədri özünə yeni müşavir təyin etdi .....                     DSX-nin hərbi qulluqçuları təltif edilib .....                     Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib .....                     Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verilib .....                     "Unibank kartdakı pulumu oğurlayıb..." .....                     Paşinyanın "dost", "düşmən", "qələbə" və "məğlubiyyət" mesajı nəyi hədəfləyir? .....                     “TikTok”da tanış olduğu qadına qarşı 91 minlik dələduzluq edən “vəzifəli şəxs”ə hökm oxundu .....                     İran AzTV-yə danışan məmurları həbs edəcək .....                     Daha bir icra başçısı HƏBS OLUNA BİLƏR... .....                     Səbuhi Əhmədov “Qaçqınkom”da şübhəli satınalmalarını davam etdirir .....                     "Şəxsi məlumatlarım şirkətin nəyinə lazımdır? .....                     Vaxtı keçmiş dondurmanı niyə yığışdırmırlar ki?.. .....                     Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri .....                     Milli fəal Abbas Lisaninin xanımı “ETTELAAT”-a çağırıldı .....                     Məhkəmə deputatın professor olan qudası ilə bağlı .....                     Məktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib? .....                     " Uşağı doyunca qucaqlaya bilmədik..." .....                     Pakistanın Azərbaycandakı kredit biznesinin rəhbərliyinə təyinat olub .....                     Rusiya Təhlükəsizlik Şurasının radikal ritorikasının arxasında nə gizlənir? .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi cərimələnib .....                     Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər: Qiymət dəyişəcək? .....                     Təbriz-İrəvan uçuşları 2 illik fasilədən sonra bərpa olunur .....                     “Xəmsə Palace 2021” MTK yenə də PROBLEM YARADIR... .....                     Bakıda axşam konsertləri davam edir .....                     İrandan Zəngəzura yeni TƏHDİD .....                 

“Başına zərbə vurdum, sonra prokurorluğa gedib təslim oldum” – meşədəki qətlin TƏFƏRRÜATI
Tarix: Bu gün, 12:31 | Çap et

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Teymur Səfərəliyevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs qismində dindirilən Teymur Səfərəliyev özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilib.

O, ifadəsində zərərçəkmiş Dəmir Eyvazovu xüsusi amansızlıqla öldürmədiyini söyləyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Dəmir Eyvazov uzun müddət ərzində onu narahat edib və bununla bağlı müxtəlif dövlət qurumlarına, o cümlədən Qəbələ Rayon Prokurorluğuna şikayətlər edib.

Teymur Səfərəliyev bildirib ki, hadisədən əvvəlki son 10 gün ərzində Dəmir Eyvazov hər gün bir neçə dəfə onun evinə gələrək özünün 10 000 manat məbləğində aliment borcunun onun tərəfindən ödənilməsini tələb edib.

Təqsirləndirilən şəxs həmçinin Dəmir Eyvazovun böyük oğlunu öldürməklə hədələdiyini də iddia edib.

Teymur Səfərəliyevin sözlərinə görə, hadisədən təxminən bir həftə əvvəl Dəmir Eyvazov onun həyətinə gəlib və video çəkəcəyini qeyd edib: “O, məndən həmin videoda Nərminə adlı şəxslə bağlı müəyyən ifadələr işlətməsini istəmişdi. Dəmir Eyvazov bu yolla mənim oğlumu və dayılarımı biabır etmək istədiyini dedi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən 3-4 gün əvvəl Dəmir Eyvazov onun yanına gələrək meşədə quru odunlarının olduğunu və həmin odunların daşınmasına kömək etməsini istəyib. O, həftə ərzində odunları daşıyacağın bildirib.

Hadisə günü isə Teymur Səfərəliyev Dəmir Eyvazovu götürmək üçün onun olduğu küçəyə gedib. O, əvvəlcə qısa müddətlik işi olduğunu, borclarını ödəməyə gedəcəyini, daha sonra isə birlikdə meşəyə gedə biləcəklərini deyib.

Teymur Səfərəliyevin sözlərinə görə, Dəmir Eyvazov həmin vaxt meşəyə gedəcəyini və yük avtomobilinin əraziyə daxil ola bilməsi üçün yol açacağını qeyd edib Bundan sonra təqsirləndirilən şəxs işini gördükdən sonra Dəmir Eyvazova zəng edərək yola çıxdığını və onu qarşılamasını istəyib. Meşəyə çatdıqdan sonra Dəmir Eyvazovla birlikdə odunları yük avtomobilinə yığmağa başlayıblar. Birinci yerdəki odunları yük avtomobilinə yükləyiblər. İkinci yerdə odunları yığarkən Dəmir Eyvazov kənddə kömürlərinin olduğunu deyərək həmin kömürləri də birlikdə Nic qəsəbəsinə aparmağı təklif edib.

Təqsirləndirilən şəxs iddia edib ki, Dəmir Eyvazov bu iş üçün nə avtomobilə yanacaq vuracağını, nə də pul verəcəyini bildirib. O, yolda avtomobilin ilişəcəyi təqdirdə nə edəcəyini soruşduqda, Dəmir Eyvazovun bu məsələyə görə də məsuliyyət daşımayacağını dediyini söyləyib. Bundan sonra Dəmir Eyvazov onu təhqir etməyə başlayıb.

O, mərhumdan onu söyməməsini xahiş etdiyini, lakin təhqirlərin davam etdiyini bildirib.

Teymur Səfərəliyev həmin vaxt əlində ot biçmək üçün istifadə etdiyi dəhrənin olduğunu deyib. Dəmir Eyvazov uzaqlaşarkən də söyüş söyərək onu köməyə çağırıb. Təqsirləndirilən şəxs isə artıq bezdiyini deyərək Dəmir Eyvazovdan söyüş söyməyi dayandırmasını istəyib.

İfadəsinə görə, Dəmir Eyvazov üçüncü yerdən odunları yığarkən də onu nalayiq ifadələrlə təhqir etməyə davam edib: “Mən də onu qorxutmaq üçün dəhrə ilə belindən vurdum. Dəmir Eyvazov yerə yıxıldıqdan sonra da məni söyməyə davam edirdi. Bundan sonra əlimdəki dəhrə onun baş nahiyəsinə zərbə vurdum”.

Təqsirləndirilən şəxs daha sonra prokurorluğa gedərək təslim olduğunu bildirib.

Onun sözlərinə görə, Dəmir Eyvazovla birlikdə ayda 2-3 dəfə odun yığmağa gedib və hər dəfə mərhum tərəfindən təhqir olunub.

Teymur Səfərəliyev həmin işlərin müqabilində Dəmir Eyvazovdan heç vaxt pul almadığını da vurğulayıb.

O, dəhrə ilə ilk zərbəni Dəmir Eyvazovun bel nahiyəsinə vurduğunu, təxminən 15-20 saniyə sonra isə ikinci zərbəni baş nahiyəsinə endirdiyini deyib.

Ümumilikdə neçə zərbə vurduğunu xatırlamadığını bildirən təqsirləndirilən şəxs zərbələrdən sonra Dəmir Eyvazovun üzüstə yerə yıxıldığını söyləyib.

Onun sözlərinə görə, baş nahiyəsinə zərbələrdən sonra Dəmir Eyvazovun səsi çıxmayıb və hərəkətsiz vəziyyətdə qalıb: “Mən həmin an onun ölüb-ölmədiyini bilmirdim. Əvvəlcədən onu öldürmək niyyətim olmayıb.

Teymur Səfərəliyev həmçinin avtomobilindən aşkar edilən dəhrənin hadisə zamanı istifadə etdiyi dəhrə olmadığını bildirib. O, Dəmir Eyvazovu vurduğu dəhrəni hadisə yerində qoyaraq getdiyini deyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən sonra yük avtomobili çayda batıb və maşının altındakı daşı çıxararkən köynəyi cırılıb.

Bundan sonra özünə yeni köynək aldığını və prokurorluğa gedərək təslim olduğunu bildirib.

O, hadisə zamanı əynində olan köynəyin bir hissəsinin hadisə yerində qalıb-qalmadığını bilmədiyini söyləyib.

İttihama əsasən, 1986-cı il təvəllüdlü Teymur Səfərəliyev uşaqlıq illərindən tanıdığı həmkəndlisi, 1974-cü il təvəllüdlü Dəmir Eyvazovu qəsdən öldürərək həyatdan məhrum edib.


Hadisə 16 iyun 2025-ci il tarixdə saat 17 radələrində Qəbələ rayonunun Solquca kəndində baş verib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü Teymur Səfərəliyevə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranşünasdan Bakıya qarşı SƏRSƏMLİK
Bu gün, 13:18
“İtirən siz olarsınız, Türkiyə yox” - Ərdoğandan MESAJ
Bu gün, 13:16
Azərbaycanda da kuryerlərin gigiyenasına, sağlamlığına ciddi nəzarətdə olmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:09
Azərbaycanda böyürtkən yığan qadınların başına iş gəldi – AÇIQLAMA
Bu gün, 13:05
"Cəhənnəmə gedən özünə yoldaş axtarır" - Xarici "ət" və Belarus domeni ".bel"
Bu gün, 13:03
Azərbaycan daha az buğda alıb, amma daha çox xərc çəkib
Bu gün, 12:59
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 12:57
“Əsgər formasında rəqs: - Müğənninin görüntüləri etiraz doğurdu”
Bu gün, 12:55
"Paşa Bank"dan "Paşa Holdinq"ə... - Əmir Məmmədov menecer təyin edildi
Bu gün, 12:51
“Qutusu açılmayıb” deyib köhnə telefon satırlar - Azərbaycanda alıcıları necə aldadırlar?
Bu gün, 12:48
Məhkəmə deputatın professor olan qudası ilə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 12:40
Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib - İyun ayında saxlanılmışdı...
Bu gün, 12:34
“Başına zərbə vurdum, sonra prokurorluğa gedib təslim oldum” – meşədəki qətlin TƏFƏRRÜATI
Bu gün, 12:31
Tehrandan İraq Kürdüstanına gözlənilməz hücum: - Məsrur Bərzaninin rezidensiyası hədəf alındı
Bu gün, 12:28
“Shein” geyimlərinin etiketlərində uyğurlardan şok mesaj: “Yardım edin” - FOTO
Bu gün, 12:23
Agentlik sədri özünə yeni müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 12:20
DSX-nin hərbi qulluqçuları təltif edilib - SƏRƏNCAM
Bu gün, 12:14
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib - SİYAHI
Bu gün, 12:13
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verilib - ADLAR
Bu gün, 12:12
"Unibank kartdakı pulumu oğurlayıb..." - BU NƏDİ BELƏ?
Bu gün, 12:06
Paşinyanın "dost", "düşmən", "qələbə" və "məğlubiyyət" mesajı nəyi hədəfləyir? - İNCƏLƏMƏ
Bu gün, 11:57
“TikTok”da tanış olduğu qadına qarşı 91 minlik dələduzluq edən “vəzifəli şəxs”ə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:53
İran AzTV-yə danışan məmurları həbs edəcək – Tehranda yeni qanun
Bu gün, 11:51
Daha bir icra başçısı HƏBS OLUNA BİLƏR... - AÇIQLAMA
Bu gün, 11:42
Səbuhi Əhmədov “Qaçqınkom”da şübhəli satınalmalarını davam etdirir – Bu dəfə “Ağa-EE İnşaat” MMC ilə
Bu gün, 11:35
"Şəxsi məlumatlarım şirkətin nəyinə lazımdır? - NARAZILIQ VAR...
Bu gün, 11:25
Vaxtı keçmiş dondurmanı niyə yığışdırmırlar ki?.. - FOTOFAKT
Bu gün, 11:15
Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri AÇIQLANDI
Bu gün, 11:03
Milli fəal Abbas Lisaninin xanımı “ETTELAAT”-a çağırıldı - Rejim güneylilərə qarşı basqıları artırdı...
Bu gün, 11:01
Məhkəmə deputatın professor olan qudası ilə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 10:58
Məktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib? - TƏFƏRRÜAT
Bu gün, 10:55
" Uşağı doyunca qucaqlaya bilmədik..." - NARAZILIQ VAR...
Bu gün, 10:50
Pakistanın Azərbaycandakı kredit biznesinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:36
Rusiya Təhlükəsizlik Şurasının radikal ritorikasının arxasında nə gizlənir? - GƏLİŞMƏ
Bu gün, 10:34
“Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi cərimələnib
Bu gün, 10:32
Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər: Qiymət dəyişəcək? - AKTUAL
Bu gün, 10:28
Təbriz-İrəvan uçuşları 2 illik fasilədən sonra bərpa olunur - “Fars News”
Bu gün, 10:23
“Xəmsə Palace 2021” MTK yenə də PROBLEM YARADIR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:20
Bakıda axşam konsertləri davam edir - FOTO
Bu gün, 09:58
İrandan Zəngəzura yeni TƏHDİD – Tehran HƏDDİ aşdı
Bu gün, 09:54
"Adamına de ki Xəqani Bəşirliyə desin... sənə ştat versin..." - ƏMƏLLİ-BAŞLI BAZAR AÇIBLAR!
Bu gün, 09:45
Kəlbəcərdə narazılıq yaradan KİMDİR? - Görünəni odur ki...
Bu gün, 07:23
Bu sahədə də GERİDƏ QALMIŞIQ... - MALƏSƏF...
Bu gün, 07:17
Keçmiş deputatın şirkəti QANUN BİLMİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:13
Maliyyə Nazirliyi kimə kimdən gileylənir ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:04
Ruslar “Fire Point” zavodunu vura bilib? - Rəsmi Kiyev təkzib edir...
Bu gün, 07:00
Allahı sonradan tanıya bildim... - REPLİKA
Bu gün, 06:54
Səs sala bilmişdi... - SƏSSİZ GETDİ...
Bu gün, 06:47
Erməni yalan təbliğatının qurbanı olan yaşlı qadın - Bir fotonun izi ilə...
Bu gün, 06:32
Tramp əgər Azərbaycanın dostudursa... - "Etmir, deməli, etmək istəmir..."
Bu gün, 06:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru