Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə ittiham olunan Y.Q.-nin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Qeyd: Hadisə ötən ilin sentyabrında paytaxtın Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini Emil Əliyevin qətlə yetirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Araşdırmalarla Emil Əliyevin qeyri-rəsmi nigahda yaşadığı qadının 16 yaşlı oğlu Y.Q. tərəfindən bıçaqlanaraq qətlə yetirilməsi müəyyən edilib. Faktla bağlı cinayət işi açılıb, 16 yaşlı yeniyetmə saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Q. 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi.







