“Azər Türk Bank”da yeni təyinat .....                     Süleyman Nemətov "general-leytenant" oldu .....                     Natiq Şirinov məhkəmədə qalib gəldi: .....                     Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs .....                     Əməkdar artist əməliyyat olundu .....                     “Dayı”ya hökm oxundu .....                     Eyni xidmətə iki dəfə PUL ÇIXIRLAR... .....                     Müştərini YATDIĞI YERDƏ QARƏT EDİRLƏR... .....                     Təhsil nazirinin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib .....                     Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı .....                     Paşinyan Rusiyaya gedir .....                     Tbilisi-Bakı qatarı ilə Azərbaycana nə qədər əcnəbi gəlib? .....                     Rubinyan Türkiyəyə jest olaraq parlament sədri seçilib? .....                     Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: .....                     Misir Mərdanovun Ermənistana səfərinin təfərrüatları: .....                     İnterpolun qırmızı bülleteni ilə axtarılan Azərbaycan vətəndaşı Batumidə tutuldu .....                     Ermənilər Naxçıvanın statusunu qəbul etmir .....                     Oğlunu azad etdirmək üçün evini satdı, kredit götürdü .....                     Moskvada 17 il əvvəl baş vermiş azərbaycanlının qətli: .....                     “Azərişıq”ın 13 milyonluq tenderini bu şirkət uddu .....                     Rusiyanın qərarına İrəvandan şərh: .....                     “PASHA Bank Georgia”nın rəhbərliyində iki mühüm təyinat olub .....                     “Azenco”nun sabiq rəhbəri həbs edilib .....                     Talıstanda meşə torpaqları SATIŞA ÇIXARILIB... .....                     Eldar Əzizov onu rəis təyin etdi .....                     İranın azərbaycanlı generalından Bakıya ikibaşlı REVERANS .....                     Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir .....                     Naxçıvanda fövqəladə vəziyyətdə NAZİRLİYƏ GÜVƏNMƏ... .....                     Azərbaycanda kriptovalyutaya maraq nə qədərdir? .....                     Bakı şərtləri diktə edir: Leyenin Azərbaycana səfərinin pərdəarxası .....                     Dövlət torpaqlarını qanunsuz satanların .....                     “Qumar kralı”nın adamları ilə bağlı qərar ləğv edildi .....                     Tək RUS BAZARINA ümidli olsaq... .....                     Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi .....                     Hüquqları pozulan sakinləır FHN şefindən MƏDƏT UMUR... .....                     Səfərbərlik Xidmətində 6 ayda 88 nəfərlə bağlı material .....                     Özü bir yana, köməkçisi də SÜLALƏ HAKİMİYYƏTİ qurub... .....                     Çay evində bakalla müştərinin başına zərbə vuran şəxs .....                     “Rusiya rəhbərliyi işğalçıdır, o, ölkəni məhz bu üsullarla idarə edir” .....                     İsrail Qalibaf və Əraqçini hədəfə aldı: sui-qəsd planı belə pozuldu .....                 

Moskvada 17 il əvvəl baş vermiş azərbaycanlının qətli: - "Lazım gələrsə, ürəyimi ona verəcəyimi dedim"
Tarix: Bu gün, 11:46 | Çap et

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində 2008-ci ildə Rusiyada qətl törətməkdə təqsirləndirilən Rasim Əkbərovun (soyadı şərtidir) cinayət işinin bəzi detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

Qeyd: İstintaq orqanı təqsirləndirilən şəxsi qəsdən adam öldürməkdə ittiham etsə də, o, məhkəmədə ittihamı qismən qəbul edərək hadisənin istintaqın təsvir etdiyi kimi baş vermədiyini bildirib.

İttiham aktına əsasən, Rasim Əkbərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Hadisə 2008-ci ildə Rusiya Federasiyasının Moskva şəhəri, Molostov küçəsində yerləşən yaşayış binasının köməkçi tikilisində baş verib. Həmin vaxt təqsirləndirilən şəxslə eyni binada yaşayan zərərçəkmiş Şahin İsmayılov arasında mübahisə yaranıb. Bu zaman Şahin onun ünvanına nalayiq ifadələr işlətməsi sonuncuda qisas hissi yaradıb. Bundan sonra Rasim Şahin İsmayılovu öldürmək qərarına gəlib.

Belə ki, təqsirləndirilən şəxs zərərçəkmişin yaşadığı otaqdan götürdüyü bıçaqla onun həyat üçün mühüm orqanlarından biri olan sol döş qəfəsinə bir zərbə endirib. Zərbə nəticəsində ürəyin ön pərdəsi və sol mədəciyi zədələnib, təxminən 2500 millilitr həcmində kəskin qan itirmə baş verib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Şahin İsmayılov aldığı deşilmiş-kəsilmiş ürək yarasından yaranmış travmatik şok və qan itirmə nəticəsində hadisə yerində ölüb.

Məhkəmə istintaqında ifadə verən Rasim Əkbərov elan olunmuş ittiham üzrə özünü yalnız qismən təqsirli bildiyini deyib.

Onun sözlərinə görə, 2005-ci ildə işləmək məqsədilə Moskvaya gedərək qardaşının yanında fəhlə kimi çalışmağa başlayıb. O, mənzil istismar idarəsinin binasında azərbaycanlı işçilər üçün ayrılmış otaqlardan birində tək yaşayıb, digər otaqda isə Şahin İsmayılov dostları ilə birlikdə məskunlaşıb.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən gün axşam yeməyi hazırlayarkən Şahin İsmayılov əlində iki tərəfi itilənmiş bıçaqla onun otağına daxil olub və çay dəmləməsini istəyib. O isə vaxtının olmadığını, yeməkdən sonra işlərinin olduğunu bildirib. Bir müddət sonra Şahin yenidən qayıdıb. Bu dəfə Şahin onun saçından tutaraq boğazına bıçaq dirəyib və zorla öz otağına aparıb. Orada bıçaqla onun sol böyrünü yaralayıb.

Rasim ifadəsind deyib ki, qaçmağa çalışarkən Şahin yenidən üzərinə hücum edib. Bıçağı əlindən almağa cəhd göstərərkən özü də əlindən xəsarət alıb.

"Artıq başqa çıxış yolum yox idi. Onu çiynindən tutub itələdim, stolun üstünə yıxıldı və əlində olan bıçaq sinəsinə batdı", – deyə təqsirləndirilən şəxs məhkəmədə bildirib.

Onun sözlərinə görə, hadisədən sonra Şahin İsmayılov ayağa qalxa bilməyib və xırıldamağa başlayıb.

Təqsirləndirilən şəxs əlavə edib ki, əvvəlcə zərərçəkmişin hadisəni dramatikləşdirdiyini düşünüb və ona ayağa qalxmasını deyib. Lakin vəziyyətin ağır olduğunu anlayanda kömək çağırmaq üçün çölə qaçıb. Daha sonra yenidən otağa qayıdaraq ədyalı yerə sərib, Şahin İsmayılovu onun üzərinə uzadaraq xəstəxanaya aparmağa hazırlaşıb.

İfadəsinə görə, həmin vaxt yaralı ondan sinəsinə batmış bıçağı çıxarmağı dəfələrlə xahiş edib.

Əvvəlcə bıçağa toxunmaq istəmədiyini deyən təqsirləndirilən şəxs sonradan zərərçəkmişin israrlı xahişindən sonra bıçağı çıxardığını bildirib. Məhz həmin anda köməyə çağırdığı şəxslər otağa daxil olublar. Onlar bıçağı onun əlində gördükdə hadisənin necə baş verdiyini soruşublar.

Rasim vurğulayıb ki, daha sonra bir neçə nəfərin köməyi ilə Şahin İsmayılovu avtomobilə mindirərək xəstəxanaya aparmağa başlayıblar. Lakin xəstəxanaya çatmağa az qalmış avtomobildə olan şəxslərdən biri Şahin İsmayılovun artıq öldüyünü bildirib.

O deyib ki, ilk dəfə belə hadisə ilə üzləşdiyindən özünü itirib, qorxudan əsib. Avtomobildə olan şəxslərdən biri ona şillə vuraraq özünə gəlməsinə çalışıb. Həmin şəxslər xəstəxanaya getsələr hamısının saxlanılacağını dediklərinə görə geri qayıdaraq hadisə yerinə üz tutublar. Yolda olarkən həm polisə, həm də təcili tibbi yardıma məlumat verilib.

Təqsirləndirilən şəxs bildirib ki, hadisə yerinə qayıtdıqda polis və təcili yardım artıq orada olub. Yanında olan şəxslər avtomobildən düşərək qaçıblar, özü isə tibb işçilərinə yaxınlaşıb Şahin İsmayılovun xilas edilməsinin mümkün olub-olmadığını soruşub.

"Hətta lazım gələrsə, ürəyimi ona verəcəyimi dedim", – deyə o ifadəsində vurğulayıb.

Daha sonra hadisə yerindən ayrılan Rasim əvvəlcə Tula şəhərinə gedərək yaralarını sarıdığını, qanlı paltarlarını dəyişdiyini, daha sonra Volqoqrada, oradan isə Dağıstan vasitəsilə Azərbaycana qayıtdığını deyib.

Onun sözlərinə görə, Volqoqradda olarkən "Rıjı" ləqəbli Fariz adlı tanışı ona zəng edərək hadisədə istifadə olunan bıçağın məhv edildiyini deyib.

Məhkəmədə əlavə sualları cavablandıran təqsirləndirilən şəxs bildirib ki, Şahin İsmayılovu təxminən iki-üç il tanıyıb.

O iddia edib ki, aralarında əvvəllər heç vaxt ciddi münaqişə olmayıb. Əksinə, Şahin ona qarşı daim aqressiv münasibət göstərib, aldığı avtomobilə görə paxıllıq edib, hətta avtomobilini cızıb.

Rasim daha bir diqqətçəkən iddia səsləndirərək bildirib ki, hadisədən əvvəl Şahin onun otağına gizlicə daxil olub və bunu görən qohumuna "Mən sənin qaynını öldürmək istəyirəm" dediyi barədə sonradan məlumat alıb.

O, hadisə zamanı özü spirtli içki qəbul etmədiyini, lakin Şahin İsmayılovun sərxoş vəziyyətdə olduğunu düşündüyünü də əlavə edib.

Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirib, ailəsinin yeganə dolanışıq mənbəyi olduğunu vurğulayaraq məhkəmədən ona bəraət verilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə Rasim Əkbərov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə 7 il müddətinə azadlıqdan məhrum edilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:20
Süleyman Nemətov "general-leytenant" oldu
Bu gün, 13:18
Natiq Şirinov məhkəmədə qalib gəldi: - 35 min manat təzminat ödəniləcək
Bu gün, 13:11
Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs HAKIM QARŞISINDA
Bu gün, 13:10
Əməkdar artist əməliyyat olundu - Son durumu açıqlandı
Bu gün, 13:00
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
Bu gün, 12:58
Eyni xidmətə iki dəfə PUL ÇIXIRLAR... - GİLEY
Bu gün, 12:48
Müştərini YATDIĞI YERDƏ QARƏT EDİRLƏR... - Bunun başqa adı yoxdur...
Bu gün, 12:44
Təhsil nazirinin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib - NAZİR ÖZÜ DEDİ...
Bu gün, 12:35
Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 12:31
Paşinyan Rusiyaya gedir - KİV
Bu gün, 12:26
Tbilisi-Bakı qatarı ilə Azərbaycana nə qədər əcnəbi gəlib?
Bu gün, 12:24
Rubinyan Türkiyəyə jest olaraq parlament sədri seçilib? - KİV
Bu gün, 12:17
Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: - "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram"
Bu gün, 12:15
Misir Mərdanovun Ermənistana səfərinin təfərrüatları: - Niyə ağlayıb, Köçəryandan nə xahiş edib?
Bu gün, 12:06
İnterpolun qırmızı bülleteni ilə axtarılan Azərbaycan vətəndaşı Batumidə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:58
Ermənilər Naxçıvanın statusunu qəbul etmir - yeni oyun
Bu gün, 11:52
Oğlunu azad etdirmək üçün evini satdı, kredit götürdü - 57 minlik dələduzluq
Bu gün, 11:50
Moskvada 17 il əvvəl baş vermiş azərbaycanlının qətli: - "Lazım gələrsə, ürəyimi ona verəcəyimi dedim"
Bu gün, 11:46
“Azərişıq”ın 13 milyonluq tenderini bu şirkət uddu
Bu gün, 11:41
Rusiyanın qərarına İrəvandan şərh: - Təsəvvür edə bilməzsiniz, necə sevindik
Bu gün, 11:37
“PASHA Bank Georgia”nın rəhbərliyində iki mühüm təyinat olub - ADLAR
Bu gün, 11:35
“Azenco”nun sabiq rəhbəri həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:28
Talıstanda meşə torpaqları SATIŞA ÇIXARILIB... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 11:19
Eldar Əzizov onu rəis təyin etdi - ƏMR
Bu gün, 11:10
İranın azərbaycanlı generalından Bakıya ikibaşlı REVERANS - NƏ BAŞ VERİR?
Bu gün, 11:08
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir - DETALLAR
Bu gün, 11:07
Naxçıvanda fövqəladə vəziyyətdə NAZİRLİYƏ GÜVƏNMƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:03
Azərbaycanda kriptovalyutaya maraq nə qədərdir? - AKTUAL
Bu gün, 10:55
Bakı şərtləri diktə edir: Leyenin Azərbaycana səfərinin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 10:52
Dövlət torpaqlarını qanunsuz satanların MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 10:50
“Qumar kralı”nın adamları ilə bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:49
Tək RUS BAZARINA ümidli olsaq... - BATARIQ!
Bu gün, 10:44
Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi - Digər generala yüksək vəzifə verdi
Bu gün, 10:32
Hüquqları pozulan sakinləır FHN şefindən MƏDƏT UMUR... - Aksiya keçirdilər və...
Bu gün, 10:27
Səfərbərlik Xidmətində 6 ayda 88 nəfərlə bağlı material Baş Prokurorluğa göndərilib
Bu gün, 10:23
Özü bir yana, köməkçisi də SÜLALƏ HAKİMİYYƏTİ qurub... - BU NƏDİ BELƏ...
Bu gün, 10:17
Çay evində bakalla müştərinin başına zərbə vuran şəxs məhkəmə zalında HƏBS EDİLDİ
Bu gün, 09:59
“Rusiya rəhbərliyi işğalçıdır, o, ölkəni məhz bu üsullarla idarə edir” - Beqlaryan
Bu gün, 09:54
İsrail Qalibaf və Əraqçini hədəfə aldı: sui-qəsd planı belə pozuldu – İnanılmaz detallar
Bu gün, 09:53
Qazaxda POLİS GÜNÜ qeyd olundu - FOTO
Bu gün, 09:49
Taksi sürücüsü qısqanclıq zəminində onunla mübahisə edən müştərini bıçaqladı - HÖKM
Bu gün, 09:43
“Araz”dan oğurladığı 14 manatlıq malı geri qaytarsa da, həbs olundu - Biri uşaq qolbağıdır
Bu gün, 09:42
Paşinyan ən sadiq adamına - Simonyana qarşı niyə amansız davrandı? - “Joqovurd”
Bu gün, 09:41
İdmançı qardaşının qisasını alan şəxs: - “Heç bir kişi qardaşının ünvanına yazılan söyüşlərə dözməz”
Bu gün, 09:39
İrəvan bilməlidir ki, "havayı pendir" tələdə olur - Slutski
Bu gün, 09:38
“Azəristiliktəchizat”da 115 milyon manata yaxın zərər yığılıb - TƏFƏRRÜAT
Bu gün, 09:36
Məktəb direktoru dövlətin 71 min manatını necə mənimsəyib? – İTTİHAM AKTI
Bu gün, 09:33
İşdən qovulanın da doğru-dürüst pulunu vermirlər... - GİLEY
Bu gün, 09:25
Ermənistan bu gün qarışacaq - hamı bu qərarı gözləyir
Bu gün, 09:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru