Əsas Səhifə > Güney Press > Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı

Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı


Bu gün, 12:31

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə ittiham olunan Y.Q.-nin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd: Hadisə ötən ilin sentyabrında paytaxtın Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini Emil Əliyevin qətlə yetirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Araşdırmalarla Emil Əliyevin qeyri-rəsmi nigahda yaşadığı qadının 16 yaşlı oğlu Y.Q. tərəfindən bıçaqlanaraq qətlə yetirilməsi müəyyən edilib. Faktla bağlı cinayət işi açılıb, 16 yaşlı yeniyetmə saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Q. 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi.


Geri qayıt