"Şikayətim "İrşad elektroniks" mağazasındandır..." "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında Tamara Əlizadə adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Keçən ayın (iyun) 14-ü mağazadan kreditlə paltaryuyan götürmüşük, iyunun 27-i paltaryuyanın yuyucu toz hissəsindən su gəlməyə başladı. Daha əvvəlki 13 gün ərzinfə belə bir hal olmamışdı. Daha əvvəlki günlər eyni rejimdə yuyurdum, sonra eco rejmində yuyarkən su fışqırmağa başladı və həmin gün E06 kodu verdi. Kitapçasında bu kod istilik problemi olaraq qeyd edilib. Həqiqətən də artıq isitmir, soyuqla yuyur.
Əvvəl "İrşad"ın səhifələrindəki əlaqə nömrələrinə, sonra isə səhifənin özünə yazdıq, bizə dedilər ki, 5 iş günü ərzində həll ediləcək. Bu gün son gündür. Özlərini də məlumatlandırdım, bu gün həll etməsələr, şikayət edəcəyəm. Məsləhət görürəm ki, bizim səhvimizi təkrarlamayasınız..."








