"Çox "Hörmətli" Kapital bank. Gecə vaxtı xəbərim olmadan kartımdan ardıcıl vəsaitlər silindi..." "DİA-AZ" xəbər verir ki, bu barədə Uğur Əşari adlı sosial şəbəkə istifadəçisi öz postunda gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: ""Tik-tok"a ödəniş olub. Mənə heç bir OTP kod, bildiriş, SMS gəlmədən. Telefonu kənara qoyub, tv-də futbola baxırdım. Təsadüfən telefonu göturüb gördüm. Ardınca da kartımı blok etmisiz, şübhəli əməliyyata görə. Şubhələnirdizsə, elə dərhal blok edərdiz də. Balansım bitəndən sonra nəyə blok edirsiz ki? Canlı çata yazdım, mənə nağıl danışdı. Əməkdaşa yönləndirirəm dedi, 1 saat da əməkdaşı gözlədim cavab vermədi. Balansımda 13 m var idi. İndi 1 manat qalıb. Müştəri məmnuniyyəti və şəxsi məlumatların təhlükəsizliyi bərbad vəziyyətdədi. Gəlib burda mənə təəssüf hiss keçirdərək, filiala gəlib aydınlaşdırmağı təklif etməyin. Kartınızı sındırib atacam. Nə mən uşaq deyiləm, nə də ki, kartımdan tiktoka ödəniş etməmişəm. Nə də kartımn məlumatlarını digər şəxslərlə paylaşmamışam. Sabaha mənim aptekdən alacağım dərmanın pulu idi. İndi mən nə edim?"







