"ABB kartından "Azpetrol"da ödəniş etmişəm və 2 dəfə kartımdan pul çıxılıb..." "DİA-AZ" xəbər verir ki, bu barədə "AzBank Klubu" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş dha asonra etirazını belə davam etdirir: " "Azpretol"un Pos terminalından yoxladıq, onlara yalnız ödənişin biri oturub. Mən pulumu kimdən tələb etməliyəm?
ABB-yə yazmışam... nağıl oxuyurlar ki, bəs 4 iş gününə qayıtmasa, yenə müraciət etməliyəm. 35-40 iş günü də onları gözləməliyəm?
Hər iki ödənişin RRN kodları eynidir, bütün detallar eynidir, aydındır ki, bankın səhvidir..."







