Ukraynada Prezident Administrasiyasının yeni rəhbərinin adı açıqlandı .....                     Məhkəmə qərarını dəyişdi: .....                     İsmayıl Vəliyev azadlığa buraxıldı .....                     Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi .....                     Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovun məhkəməsi başlayıb .....                     Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb .....                     Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif edilib .....                     Lənkəranskinin yaxın adamını keçmiş baş prokuror öldürtdürüb .....                     "Kəlbəcər" tankerinin lövbər zəncirinin digər tankerin pərinə ilişməsi ilə bağlı aparılan tədbirlər uğurla yekunlaşıb .....                     Bütün işçilərə deyib ki, ƏRİZƏ YAZIN... .....                     YAP-ın tədbirini də boykot edibmiş .....                     Tokayev LGBT təbliğatını qadağan edən qanunu imzalayıb .....                     Əməkdar artistin istəyi gerçəkləşdi .....                     “Xalq artistləri var ki, alt paltarsız səhnəyə çıxır” .....                     Ramiz Mehdiyev dindirildi: Başqa kimlər ifşa olunacaq? .....                     "Sağ olsun, Murad Dadaşov hər zaman mənə diqqət yetirir" .....                     Bir ay icra başçısı olmuş Elxan İbrahimov 12 il azadlıqdan mərhum edilə bilər .....                     Paşinyan Rusiyanın köhnə şəbəkəsini dağıdır .....                     “Adore”da müştəriyə 281 manata saxta ətir satdılar .....                     “Türkiyə Ermənistanla bağlı Azərbaycansız addım atmaz” .....                     “ABŞ Putinə hücum əməliyyatında iştirak edib” .....                     İranlı güləşçi niyə Azərbaycan millisini seçdi? .....                     Laçında kanat yolunun avadanlıqlarının quraşdırılmasına .....                     Dövlət qurumunun əməkdaşlarını bu dəfə "A-Qrup Sığorta Şirkəti" sığortalayacaq .....                     Şakro Molodoy azərbaycanlı biznesmenin .....                     Ukrayna XİN rəhbəri Putinin iqamətgahına hücum iddialarına münasibət bildirib .....                     “Ölkədə torpaq azalır, qəbir çoxalır” .....                     Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər olacaq .....                     Bir qrup dərmanın qiyməti tənzimlənib .....                     Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 5 qəpik, dizelin qiyməti 10 qəpik qaldırılıb .....                     Bakıda sərnişin taksi sürücüsünün pulunu oğurlayıb .....                     İstanbul sahillərində üzən Azərbaycan tankeri “həyəcan” siqnalı verdi .....                     Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Bosniyada saxlanılıb .....                     Diaspor Komitəsi Milli Qəhrəmanın cənazəsinin Vətənə gətirilməsi işini ÜZƏRİNƏ GÖTÜRDÜ .....                     Etibar Pirverdiyev 106 milyonluq tenderə qatılıb? .....                     Məşhur hakimin qardaşı ölüb .....                     "Azpetrol" Eyyubovlara yaxınlığını danır .....                     Putinin milyarder "desant"ı məhkəmədə .....                     Arvadını və ustanı öldürərək ömürlük cəza almışdı, 20 ilə endirildi .....                     300 minlik dələduzluqda ittiham edilən ehtiyatda olan mayorun məhkəməsi başlayıb .....                 

“Ölkədə torpaq azalır, qəbir çoxalır” - İlahiyyatçı alimdən ÇAĞIRIŞ
Tarix: Bu gün, 14:58 | Çap et

Şəhərlərin sürətlə böyüməsi, əhalinin artması və urbanizasiyanın dərinləşməsi fonunda qəbiristanlıqların sahəsi də ildən-ilə genişlənir. Xüsusilə, iri şəhərlərdə torpaq resurslarının məhdudlaşması qəbir yerlərinin planlaşdırılması və idarə olunmasını ciddi ekoloji və sosial problemə çevirib. Yaşayış massivləri ilə qəbiristanlıqların sərhədlərinin yaxınlaşması, torpaq ehtiyatlarının tükənməsi və ekosistemə təsir məsələsi cəmiyyətdə haqlı suallar doğurur. Bu kontekstdə həm dini, həm də hüquqi baxımdan alternativ və davamlı yanaşmaların mövcudluğu xüsusi əhəmiyyət kəsb edir.

Bəs İslam fiqhində bu problemə necə yanaşılır? Qəbir yerlərinin yenidən istifadəsi mümkündürmü və bu, dini qaydalarla ziddiyyət təşkil edirmi?

Məsələ ilə bağlı QMİ-nin əməkdaşı, ilahiyyatçı-alim Samid Quliyev Musavat.com-a verdiyi açıqlamada həm fiqhi prinsipləri, həm də müasir ekologiya və urbanistika baxımından bu yanaşmanın əsaslarını ətraflı izah edib.

O bildirib ki, İslam fiqhində dəfn qaydaları bədənin torpağa ən təbii və sadə şəkildə qaytarılmasını nəzərdə tutur:

“Bu prinsiplər dini təlimlərin icra olunmasıyla yanaşı, həm də torpaq ekologiyası, mikrobiologiya və ekosistem dövriyyəsi ilə bağlı elmi biliklərlə üst-üstə düşən bioetik sistemdir.
Monoteist dinlərdə bədən Tanrı tərəfindən yaradılmış əmanət olaraq dəyərləndirildiyi üçün ölüm anından sonra da onun qorunması əsas normadır. Quranda insanın yaradılışı ilə torpaq arasında olan orqanik bağlılıq aydın şəkildə ifadə edilir: “Sizi (ulu babanız Adəmi) də onda (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq.” (Taha, 55)

Bu ayə həm insanın ontoloji başlanğıcını, həm də təbii dövrünün son mərhələsini təsvir edir. Xristianlıqda “torpaqsan və torpağa dönəcəksən” (Yaradılış, 3:19) fikri, yəhudilikdə isə təbii dəfn ənənəsi bu yanaşmanın digər dini formalarıdır.

Müasir ekologiya elmi də göstərir ki, insan cəsədinin torpağa kimyəvi müdaxilə olmadan qaytarılması torpaq mikroorqanizmlərinin fəaliyyətini optimallaşdırır, torpağın strukturunu qoruyur və çirklənmənin qarşısını alır. Bu, teoloji təlimlərin ekoloji rasional əsasını təsdiq edir.
İslamda dəfnin sadə aparılması və qəbirüstü ağır konstruksiyalardan çəkinmək dini göstəriş olmaqla yanaşı, ekoloji funksiyaya malikdir. Həzrət Peyğəmbər (s) buyurur: “Qəbirlərin üzərində tikinti etməyin, onları bəzəməyin”. (Muslim, Cənaiz)

Bu qadağa həm riyadan uzaq durmanı təşviq edir, həm də torpağın hava və su mübadiləsini qoruyaraq ekosistemin pozulmasının qarşısını alır. Beton örtüklərin istifadəsi torpağın nəfəsliyini azaldır, mikrobioloji fəaliyyətə mane olur və suyun torpaqda təbii dövriyyəsini zəiflədir.

Tarixi şəhərsalma nümunələri göstərir ki, müsəlman şəhərlərində qəbiristanlıqlar yaşıl zolaqlar kimi formalaşdırılırdı. Ətrafında ağacların əkilməsi, məkanın təbii landşaftla uyğun saxlanılması ekosistemin sabitliyinə töhfə verirdi. Bu model müasir urbanistikada “ecological cemetery”, “green burial park” kimi konsepsiyaların erkən formasıdır”.

İlahiyyatçı alim qeyd edib ki, cəsəd torpağa qoyulduqdan sonra bir-birini izləyən mürəkkəb biokimyəvi və mikrobioloji proseslər baş verir:

“Öz-özünə həll olunma, hüceyrələr fermentativ şəkildə öz-özünü parçalamağa başlayır. Bu mərhələ İslamın kimyəvi müdaxilələrdən (balzamlama) uzaq durma prinsipini ekoloji baxımdan əsaslandırır. Kimyəvi balzamlama prosesləri torpağın mikrobiotasını məhv edir və yeraltı sular üçün toksik risk yaradır. Aerob və anaerob bakteriyalar toxumaların parçalanmasını davam etdirir. Elmi araşdırmalar göstərir ki, orta rütubətli, hava keçirən torpaqlarda proses daha sürətli və təbiidir. Peyğəmbər (s) tərəfindən “yumşaq torpaqda dəfn” tövsiyəsinin bu elmi mexanizmlə uyğunluğu diqqət çəkir.

Cəsədin parçalanmasından yaranan üzvi maddələr torpağın azot-fosfor balansını dəyişir. Qrunt suları səthə yaxın olduqda sızma riski artır. Bu səbəbdən müasir urbanistikada qəbiristanlıq yerləşdirilməsi ciddi hidrogeoloji təhlil tələb edir.

İslam fiqhində də su yollarına, içməli suya yaxın ərazilərdə dəfnin məkruh sayılması ekoloji təhlükəni önləməyə yönəlmiş dini mexanizmdir. Fiqh mənbələrində bir sıra məsələlər ekoloji davamlılıqla paralel şəkildə izah edilə bilər: Tabutun zərurət olmadıqda istifadə edilməməsi - tabut torpağın mikroorqanizmlərini cəsədlə təmasdan ayırır və parçalanmanı gecikdirir. Fiqh isə torpaqla birbaşa təmasın əməli şərt olduğunu bildirir. Bu, həm də torpaq dövriyyəsində balansın qorunmasına xidmət edir. Eləcə də qəbirüstü konstruksiyaların minimuma endirilməsi- bu tələb torpaq eroziyasının qarşısını alır, landşaftın təbii strukturunu saxlayır və ekosistemin şəffaflığını artırır”.

Samiq Quliyev onu da bildirib ki, fiqhə görə, qalıqlar torpağa qarışdıqdan sonra qəbir yerinin yenidən istifadəsi caizdir:

“Bu prinsip urbanistik məkanın məhdud olduğu böyük şəhərlərdə torpaq resurslarının davamlı idarə olunmasını təmin edir. Azərbaycan Respublikasının 2018-ci il tarixli 522 nömrəli qərarı ilə qəbir yerlərinin 25 illik istifadə müddətinin müəyyən edilməsi fiqhi normaların müasir dövlət idarəçiliyi və ekoloji siyasətlə uzlaşdırılmasının konkret nümunəsidir. Bu yanaşma bir tərəfdən dini-hüquqi prinsiplərə hörməti qoruyur, digər tərəfdən isə urbanizasiyanın sürətləndiyi şəraitdə torpaq ehtiyatlarının rasional və davamlı istifadəsinə hüquqi zəmin yaradır. Beləliklə, dövlət tənzimləməsi həm ictimai maraqları, həm də dini dəyərləri balanslaşdıran funksional mexanizm kimi çıxış edir.

İslamda insanın torpaqdan yaranması və torpağa qayıtması fikri həm də insanın ekosistemə inteqrasiya olunmuş strukturunu göstərir. Quranda buyurulur: “...O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir.” (Furqan, 2)
Bu “nizam” ekosistem tarazlığının pozulmaması prinsipini də ehtiva edir.

İnsanın torpağa təbii qaydada qaytarılması həmin yaradılış nizamının qorunmasının bir parçası kimi mövcud olur. Müasir ekoloji antropologiya da insan bədəninin torpağa təbii şəkildə qovuşmasının ekoloji dövrün ayrılmaz halqası olduğunu təsdiq edir. Bu mənada, İslam fiqhindəki təbii dəfn modeli həm teoloji, həm antropoloji, həm də ekosistem baxımından optimal həll kimi görünür.

İslam fiqhində dəfn qaydaları sadəlik, israfın qadağan olunması, kimyəvi müdaxilələrdən çəkinmək, bədənin torpağa təbii şəkildə qaytarılması və torpaq resurslarının səmərəli idarə olunması kimi prinsiplər üzərində qurulub. Müasir ekologiya, mikrobiologiya və urbanistika elmləri bu prinsiplərin ekoloji baxımdan yüksək dərəcədə rasional və davamlı olduğunu təsdiq edir. Beləliklə, islam fiqhində təbii dəfn min illər əvvəl formalaşıb, lakin müasir “yaşıl dəfn” konsepsiyalarının mahiyyətinə tam uyğun gələn davamlı bioetika modelidir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukraynada Prezident Administrasiyasının yeni rəhbərinin adı açıqlandı
Bu gün, 23:05
Məhkəmə qərarını dəyişdi: - Samvel Karapetyan ev dustaqlığına buraxıldı
Bu gün, 23:03
İsmayıl Vəliyev azadlığa buraxıldı - 4 ay cəza müddəti qalmışdı...
Bu gün, 17:07
Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 17:03
Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovun məhkəməsi başlayıb
Bu gün, 16:38
Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb - FƏRMAN
Bu gün, 16:20
Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:17
Lənkəranskinin yaxın adamını keçmiş baş prokuror öldürtdürüb - DİN AÇIQLADI
Bu gün, 16:17
"Kəlbəcər" tankerinin lövbər zəncirinin digər tankerin pərinə ilişməsi ilə bağlı aparılan tədbirlər uğurla yekunlaşıb
Bu gün, 16:10
Bütün işçilərə deyib ki, ƏRİZƏ YAZIN... - Hər kəs ondan narazıdır...
Bu gün, 16:07
YAP-ın tədbirini də boykot edibmiş - İDDİA
Bu gün, 16:02
Tokayev LGBT təbliğatını qadağan edən qanunu imzalayıb - KİV
Bu gün, 16:00
Əməkdar artistin istəyi gerçəkləşdi - Biləcəridə xüsusi aptek açıldı
Bu gün, 15:50
“Xalq artistləri var ki, alt paltarsız səhnəyə çıxır” - Günel YIXIB-SÜRÜDÜ
Bu gün, 15:48
Ramiz Mehdiyev dindirildi: Başqa kimlər ifşa olunacaq? - GƏLİŞMƏ
Bu gün, 15:45
"Sağ olsun, Murad Dadaşov hər zaman mənə diqqət yetirir" - Xalq artisti
Bu gün, 15:40
Bir ay icra başçısı olmuş Elxan İbrahimov 12 il azadlıqdan mərhum edilə bilər - AÇIQLAMA
Bu gün, 15:30
Paşinyan Rusiyanın köhnə şəbəkəsini dağıdır - İNCƏLƏMƏ
Bu gün, 15:28
“Adore”da müştəriyə 281 manata saxta ətir satdılar - AXI NİYƏ?..
Bu gün, 15:25
“Türkiyə Ermənistanla bağlı Azərbaycansız addım atmaz” - ONA GÖRƏ DƏ...
Bu gün, 15:21
“ABŞ Putinə hücum əməliyyatında iştirak edib” – Amerikalı politoloqdan SENSASİYA
Bu gün, 15:17
İranlı güləşçi niyə Azərbaycan millisini seçdi? - Özü açıqladı
Bu gün, 15:15
Laçında kanat yolunun avadanlıqlarının quraşdırılmasına 15,4 milyon xərclənəcək
Bu gün, 15:12
Dövlət qurumunun əməkdaşlarını bu dəfə "A-Qrup Sığorta Şirkəti" sığortalayacaq - MƏBLƏĞ
Bu gün, 15:11
Şakro Molodoy azərbaycanlı biznesmenin yaxın dostunun DƏFNİNDƏ
Bu gün, 15:06
Ukrayna XİN rəhbəri Putinin iqamətgahına hücum iddialarına münasibət bildirib - "Heç bir sübut yoxdur"
Bu gün, 15:00
“Ölkədə torpaq azalır, qəbir çoxalır” - İlahiyyatçı alimdən ÇAĞIRIŞ
Bu gün, 14:58
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər olacaq - DETALLAR
Bu gün, 14:52
Bir qrup dərmanın qiyməti tənzimlənib - BUNDAN SONRA...
Bu gün, 14:49
Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 5 qəpik, dizelin qiyməti 10 qəpik qaldırılıb - TƏFƏRRÜAT
Bu gün, 14:46
Bakıda sərnişin taksi sürücüsünün pulunu oğurlayıb
Bu gün, 13:47
İstanbul sahillərində üzən Azərbaycan tankeri “həyəcan” siqnalı verdi - KİV
Bu gün, 13:45
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Bosniyada saxlanılıb
Bu gün, 13:42
Diaspor Komitəsi Milli Qəhrəmanın cənazəsinin Vətənə gətirilməsi işini ÜZƏRİNƏ GÖTÜRDÜ - texniki məsələlər həll olunur...
Bu gün, 13:00
Etibar Pirverdiyev 106 milyonluq tenderə qatılıb? - DETALLAR
Bu gün, 12:57
Məşhur hakimin qardaşı ölüb
Bu gün, 12:55
"Azpetrol" Eyyubovlara yaxınlığını danır - Şirkətdə nə baş verir?
Bu gün, 12:52
Putinin milyarder "desant"ı məhkəmədə Paşinyanın mətbuat katibinə uduzdu...
Bu gün, 12:44
Arvadını və ustanı öldürərək ömürlük cəza almışdı, 20 ilə endirildi - “Hadisədən sonra övladlarımı görmə bilmirəm”
Bu gün, 12:42
300 minlik dələduzluqda ittiham edilən ehtiyatda olan mayorun məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 12:37
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür - MƏQALƏ
Bu gün, 12:27
Erməni general da sərhədimizə gəldi
Bu gün, 12:22
“Veysəloğlu” AQTA yanında Məşvərət Şurasının kampaniyasına dəstək verir - VİDEO
Bu gün, 12:21
İsrail şirkəti Abşeronda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikəcək - 1 milyon manatlıq müqavilə
Bu gün, 12:14
Moskva “Rus Evi”ni bərpa etmək istəyir - Qaluzin deyir ki...
Bu gün, 12:13
İşdən çıxarılan icra başçısını BU ŞƏXS ƏVƏZ EDİR
Bu gün, 12:11
Rusiya 16 azərbaycanlını deportasiya etdi
Bu gün, 12:07
Şəhid polisdən acı təfərrüat - Təqaüd yaşı gəlsə də, qızının təhsili üçün işləyirmiş
Bu gün, 12:01
“Allaha şükür ki, işim var, qətiyyən pis olmamışam” – Misir Mərdanov
Bu gün, 11:59
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru