Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                 

Bakı ilə İrəvan arasında ticarətin bərpası gündəmə gəlib - uduşda ən çox hansı tərəf ola bilər?
Tarix: 30-12-2025, 09:42 | Çap et

Azərbaycandan avtomobil benzininin Ermənistana çatdırılmasından sonra bu ölkədə Bakı ilə ticarət əlaqələrinin bərpası məsələsi gündəmə gətirilib. Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, onun hökuməti Azərbaycana məhsul ixracına başlamaq üçün lazımi addımlar atmağa hazırdır. O, İcevan dəmir yolu stansiyasına qədər (daxil olmaqla) bərpa işlərinin aparılmasının vacibliyini qeyd edib. Paşinyanın sözlərinə görə, söhbət Yerasx və Axurik sahələrindən gedir: bunlar Ermənistanı Azərbaycanın əsas hissəsi - Naxçıvanla və Türkiyə ilə birləşdirən dəmir yollarıdır.

Baş nazir ümid edir ki, Rusiya tərəfdaşları bu işləri qısa müddətdə yerinə yetirəcəklər: “Bu sahələr Rusiyanın konsessiyasındadır. Hər hansı maneələr və ya digər problemlər yaranarsa, Ermənistan hökuməti bu sahələri konsessiyadan çıxara və bərpanı Ermənistanın dövlət büdcəsi hesabına həyata keçirə bilər.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Ermənistan-Azərbaycan sərhədinin açılmasının vaxtının çatdığını deyib: “Fikrimcə, Ermənistanla Azərbaycan arasında quru sərhədinin açılması və dəmir yolu ilə Ermənistan sərhədinə gələn yüklərin oradan multimodal şəkildə yük maşınlarına daşınması və Ermənistan-Azərbaycan quru sərhədindən keçməsi üçün çox yaxşı vaxtdır. Hazırda biz "Georgian Railways" şirkətindən tranzit üçün kifayət qədər qabiliyyətli qiymət əldə etmişik. Düşünürəm ki, həm Gürcüstan, həm də Azərbaycan növbəti uğurlu razılaşma barədə məlumat verəcək".

Nazirin sözlərinə görə, Ermənistan Azərbaycana alüminium, folqa, meyvə və tərəvəz, bəzi növ içkilər, eləcə də müxtəlif növ tekstil məhsulları ixrac edə bilər. Papoyan əlavə edib ki, aparılmış araşdırma nəticəsində Ermənistanın ixrac etdiyi, Azərbaycanın isə idxal etdiyi məhsulların mövcud olduğu müəyyən edilib.

Erməni iqtisadçı Qagik Makaryan da vurğulayıb ki, Azərbaycan bazarının ehtiyac duyduğu mallar olmalıdır: “Düşünürəm ki, məsələn, Ermənistan tikinti materialları sahəsində ixrac həyata keçirə bilər. Ermənistanda tikinti materiallarının istehsalı üçün çox yaxşı Avropa texnologiyalarından istifadə olunur. Qatarla bağlı problem olmasa, böyük həcmdə tikinti materiallar ixrac edilə bilər. İkincisi, Azərbaycan bazarı Ermənistan şərablarının çeşidləri, eləcə də meyvə araqları ilə maraqlana bilər. Üçüncüsü, bu, müəyyən növ konservləşdirilmiş məhsullar ola bilər, azərbaycanlıların çay həvəskarı olduqlarını nəzərə alsaq, mürəbbə satışı da mümkündür. Ermənistanın bəzi Avropa ölkələri üçün istehsal etdiyi tikiş sektorunun bəzi məhsulları da. Müəyyən növ dərman, elektrik və elektron avadanlıqlar haqqında da danışmaq olar. Gələcəkdə münasibətlərdə inkişaf olsa, şirniyyat da sata bilərik. Müxtəlif Ermənistan fabrikləri yaxşı şokolad istehsal edir, bunlar Belçika və bəzi Avropa ölkələrinə də ixrac olunur. Siqaretlərdən də bəhs etməyi zəruri hesab edirəm”.

Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında sərbəst ticarət sovet dövründə ən çox sərhəd bölgələrdə inkişaf etmişdi. Azərbaycanın Qərb rayonlarındakı bazarlara sərhəd kəndlərin erməni sakinləri gələrək əsasən meyvə-tərəvəz, süd məhsulları alırdılar. Azərbaycan sakinləri isə Ermənistandan kərə yağı, ət və ət məhsulları, şirniyyat və digər qida məhsulları, müxtəlif məişət əşyaları, təsərrüfat malları, geyim və ayaqqabılar alırdılar. Sovet dövründə vahid valyuta rubl olduğuna görə bu ticarətdə ödəniş problemi yaranmırdı.

İndiki dövrdə aydın məsələdir ki, sərhədyanı ticarətin yaxın və hətta ortamüddətli dövrdə bərpası real görünmür: hər iki tərəfdə yaralar təzədir, qarşılıqlı nifrət hissləri köhnəlməyib. Belə şəraitdə, sərhədyanı əhali arasında ticarət əlaqələrinin yaranması real görünmür, hətta buna imkan yaradılması müəyyən qarşıdurmalar təhlükəsi baxımından düzgün olmayacaq. Buna görə də indiki mərhələdə tranzit və böyük şirkətlər arasında kiçikhəcmli ticarət razılaşmaları daha realdır.

Ermənistanda da, Azərbaycanda da bir-birinə ixrac edilməsi mümkün olan məhsullar, əlbəttə, var. Azərbaycan tərəfdən bunlar ilk növbədə yanacaq, elektrik enerjisi, mineral gübrələr, neft-kimya məhsullarıdır. Müəyyən ərzaq məhsullarının da - meyvələr, çay, maye yağ, şəkər və sair ixrac potensialı var.

Statistikaya görə, 2025-ci ilin yanvar-oktyabr aylarında Ermənistandan ixrac 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 44,7 faiz azalaraq 6 milyard 416,4 milyon dollar təşkil edib. Bu zaman Rusiyaya və oradan alınan qiymətli daşların reixrac olunduğu BƏƏ-yə ixrac azalıb: birincidə 9.3 faiz, ikincidə 70 faizə yaxın.

Statistikaya görə, hesabat dövründə ən əhəmiyyətli ixrac məhsulları aşağıdakı mal qruplarında təqdim olunub: “qiymətli və yarımqiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanmış məmulatlar” - 1 milyard 959 milyon 662,7 min dollar (2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 73,5 faiz azalma), “maşın, avadanlıq və mexanizmlər” - 1 milyard 90 milyon 476,7 min dollar (azalma 0,8 faiz), “hazır qida sənayesi məhsulları” - 983 milyon 661,8 min dollar (artım 25,3 faiz), “mədən sənayesi” - 959 milyon 570,0 min dollar (artım 11,1 faiz), “toxuculuq və onlardan hazırlanmış məmulatlar” - 273 milyon 350,7 min dollar (azalma 11,4 faiz), “bitki mənşəli məhsullar” - 261 milyon 916,6 min dollar (artım 27,5 faiz), “qiymətsiz metallar və onlardan hazırlanmış məmulatlar” - 245 milyon 795,8 min dollar (13,6 faiz azalma) və “alət və aparatlar” - 180 milyon 381,4 min dollar (artım 49,7 faiz).

2025-ci ilin yanvar-oktyabr ayları ərzində Ermənistana idxalın həcmi 10 milyard 125,8 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 31,2 faiz azalma deməkdir. Bu zaman Avrasiya İqtisadi İttifaqından idxal azalıb, Çindən və Aİ-dən artıb.

2025-ci ilin yanvar-oktyabr ayları ərzində Ermənistanın idxalının əsas hissəsi aşağıdakı mal qrupları olub: “maşın, avadanlıq və mexanizmlər” - 2 milyard 140 milyon dollar (azalma 1,8 faiz), “qiymətli və yarımqiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanmış məmulatlar” - 1 milyard 717 milyon dollar (azalma 74,9 faiz), “mədən sənayesi” - 948 milyon 619,0 min dollar (artım 4 faiz), “quru, hava və su nəqliyyatı vasitələri” - 867 milyon 949,6 min dollar (artım 13,7 faiz), “hazır qida sənayesi məhsulları” - 705 milyon 872,7 min dollar (artım 19,7 faiz), “kimya və əlaqəli sənaye məhsulları” - 577 milyon 68,7 min dollar (artım 8 faiz), “tekstil və tekstil məhsulları” - 545 milyon 39,3 min dollar (azalma 3,6 faiz) və “əsas metallar və onlardan hazırlanmış məmulatlar” - 529 milyon 469 min dollar (artım 5,2 faiz).

Ermənistanın ehtiyac duyduğu məhsullar ticarət statistikasından aydın görünür. Azərbaycanın idxalının strukturuna nəzər yetirdikdə görmək olur ki, qarşılıqlı ticarət üçün müstəvinin tapılması çətin olmayacaq. Əsas məsələ iki ölkə arasında hərtərəfli iqtisadi əlaqələrin qurulması üçün möhkəm zəminin yaradılmasıdır. Hazırda hər iki ölkə bu sahədə addımlar atır. Normal ticarət münasibətlərinin qurulması üçün gediləsi yol uzun, görüləsi işlər çoxdur.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Bu gün, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Bu gün, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Bu gün, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Bu gün, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Bu gün, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Bu gün, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Bu gün, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Bu gün, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Bu gün, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Bu gün, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Bu gün, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Bu gün, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Bu gün, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Bu gün, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Bu gün, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Bu gün, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Bu gün, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Bu gün, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Bu gün, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Bu gün, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Bu gün, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Bu gün, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Bu gün, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Bu gün, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Bu gün, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Bu gün, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Bu gün, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Bu gün, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Bu gün, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Bu gün, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Bu gün, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Bu gün, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Bu gün, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru