Ukraynada Prezident Administrasiyasının yeni rəhbərinin adı açıqlandı .....                     Məhkəmə qərarını dəyişdi: .....                     İsmayıl Vəliyev azadlığa buraxıldı .....                     Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi .....                     Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovun məhkəməsi başlayıb .....                     Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb .....                     Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif edilib .....                     Lənkəranskinin yaxın adamını keçmiş baş prokuror öldürtdürüb .....                     "Kəlbəcər" tankerinin lövbər zəncirinin digər tankerin pərinə ilişməsi ilə bağlı aparılan tədbirlər uğurla yekunlaşıb .....                     Bütün işçilərə deyib ki, ƏRİZƏ YAZIN... .....                     YAP-ın tədbirini də boykot edibmiş .....                     Tokayev LGBT təbliğatını qadağan edən qanunu imzalayıb .....                     Əməkdar artistin istəyi gerçəkləşdi .....                     “Xalq artistləri var ki, alt paltarsız səhnəyə çıxır” .....                     Ramiz Mehdiyev dindirildi: Başqa kimlər ifşa olunacaq? .....                     "Sağ olsun, Murad Dadaşov hər zaman mənə diqqət yetirir" .....                     Bir ay icra başçısı olmuş Elxan İbrahimov 12 il azadlıqdan mərhum edilə bilər .....                     Paşinyan Rusiyanın köhnə şəbəkəsini dağıdır .....                     “Adore”da müştəriyə 281 manata saxta ətir satdılar .....                     “Türkiyə Ermənistanla bağlı Azərbaycansız addım atmaz” .....                     “ABŞ Putinə hücum əməliyyatında iştirak edib” .....                     İranlı güləşçi niyə Azərbaycan millisini seçdi? .....                     Laçında kanat yolunun avadanlıqlarının quraşdırılmasına .....                     Dövlət qurumunun əməkdaşlarını bu dəfə "A-Qrup Sığorta Şirkəti" sığortalayacaq .....                     Şakro Molodoy azərbaycanlı biznesmenin .....                     Ukrayna XİN rəhbəri Putinin iqamətgahına hücum iddialarına münasibət bildirib .....                     “Ölkədə torpaq azalır, qəbir çoxalır” .....                     Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər olacaq .....                     Bir qrup dərmanın qiyməti tənzimlənib .....                     Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 5 qəpik, dizelin qiyməti 10 qəpik qaldırılıb .....                     Bakıda sərnişin taksi sürücüsünün pulunu oğurlayıb .....                     İstanbul sahillərində üzən Azərbaycan tankeri “həyəcan” siqnalı verdi .....                     Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Bosniyada saxlanılıb .....                     Diaspor Komitəsi Milli Qəhrəmanın cənazəsinin Vətənə gətirilməsi işini ÜZƏRİNƏ GÖTÜRDÜ .....                     Etibar Pirverdiyev 106 milyonluq tenderə qatılıb? .....                     Məşhur hakimin qardaşı ölüb .....                     "Azpetrol" Eyyubovlara yaxınlığını danır .....                     Putinin milyarder "desant"ı məhkəmədə .....                     Arvadını və ustanı öldürərək ömürlük cəza almışdı, 20 ilə endirildi .....                     300 minlik dələduzluqda ittiham edilən ehtiyatda olan mayorun məhkəməsi başlayıb .....                 

Ermənistandakı rus səfirdən bölgəyə təhdid kimi mesaj verildi - Bakı və İrəvandan hazırlıq
Tarix: Bu gün, 09:59 | Çap et

Ukrayna “bataqlığı”ndan 4 ildir çıxa bilməyən Rusiya vaxtaşırı postsovet ölkələrini hədələməyindən də qalmır. Bu dəfə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin fərqlənib. “Cənubi Qafqazda baş verənlər bizim üçün çox mühümdür”. Bu barədə diplomat “Sputnik Armenia”ya müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya fiziki olaraq Cənubi Qafqazı tərk edə bilməz və etməyəcək, çünki “Rusiya Qafqaz dövlətidir”.

Əlbəttə ki, səfir bu hədələyici sözləri təmsil etdiyi Rusiyanın adından söyləyir. Odur ki, sual yaranır: səfirin belə bir mesaj- xəbərdarlığını necə oxumalı? Güney Qafqazın hansı ölkəsi bundan ən çox narahat olmalıdır? Belə bir bəyanatın məhz Rusiya hərbi qüvvələrinin legitim şəkildə yerləşdiyi Ermənistandan verilməsi təsadüfmü? Bu, Nikol Paşinyan hökumətinə ismarışmı?

Yada salaq ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin deyib ki, Moskva Zəngəzur dəhlizi (TRIPP marşrutu) təşəbbüsünün parametrləri və Rusiyanın mümkün iştirakı ilə bağlı İrəvanla məsləhətləşmələrə hazırdır. Rusiya Federasiyası TRIPP marşrutunda iştirak etmək üçün informasiya kampaniyasını və rəsmi təbliğatını Ermənistanla danışıqların önə çıxarılması kontekstində qurur.

Kreml əslində bütün maddələr üzrə qüvvəsini itirmiş 10 noyabr bəyanatında təsbit edilən öhdəliklərin köhnəldiyini qəbul edir.

Son iki yüz ilin tarixi göstərir ki, Cənubi Qafqazda xalqları bir-birinə qarşı qaldıran, münaqişələri dərinləşdirən və onları idarə olunan qarşıdurma vəziyyətində saxlayan əsas aktor məhz Rusiya olub. Çar Rusiyasından sovet dövrünə, oradan da müasir Kremlin siyasətinə qədər dəyişməyən bir xətt mövcuddur: “parçala, toqquşdur və nəzarətdə saxla”.

Ermənistanın regionda uzun illər Rusiyanın forpostu kimi çıxış etməsi, istər Azərbaycanla, istərsə də Türkiyə ilə münasibətlərdə alətə çevrilməsi bu strategiyanın birbaşa nəticəsidir. Kremlin tapşırıqları əsasında aparılan siyasət bölgəyə sülh yox, fəlakət, işğal və qan gətirib. Əgər Rusiya həqiqətən sülh yaradan tərəf olsaydı, Cənubi Qafqaz bu qədər uzunmüddətli münaqişələrin məkanı olmazdı.

Onu da deməliyik ki, 44 günlük Vətən müharibəsi Cənubi Qafqazın siyasi xəritəsində və regiondakı güc balansında köklü dəyişikliklərə səbəb oldu. Müharibədən sonra formalaşan yeni reallıq regionda münasibətlərin mahiyyətini, əsas aktorların rolunu və gələcək inkişaf perspektivlərini yenidən müəyyənləşdirdi. Bu kontekstdə Azərbaycan təkcə hərbi qələbə qazanan tərəf kimi deyil, eyni zamanda regionun siyasi, iqtisadi və təhlükəsizlik gündəmini formalaşdıran əsas güc mərkəzi kimi çıxış edir. Məhz bu yeni mərhələdə sülh, əməkdaşlıq və dayanıqlı inkişaf imkanlarının hansı şərtlər daxilində mümkün olduğu xüsusi aktuallıq kəsb edir.

Professor Qabil Hüseynli bildirib ki, Kopırkin köhnə narrativləri səsləndirib. Onun fikrincə, Rusiyanın Cənubi Qafqazda təsir imkanları xeyli dərəcədə azalıb və bundan sonra güclənməsi mümkün görünmür: “Çünki həm Ukrayna müharibəsi onu yorub, həm də Türkiyə, ABŞ və Avropa Birliyi bölgədə təsir gücünə malikdir. Ona görə Rusiyanın Cənubi Qafqazda dominant rolu yoxdur və əvvəlki hegemonluğa sahib deyil. Ümumiyyətlə, Azərbaycan Rusiyadan uzaqlaşma xəttini tutub. Ermənistan da bu yöndə siyasət yürüdür, amma onun vəziyyəti bizdən fərqlidir. Yəni Ermənistan keçmiş vassaldır, bir çox asılılıqları qalır. Ona görə Türkiyə və Azərbaycan İrəvanın Moskvadan uzaqlaşmasında dəstəyini artırmalıdır. Hazırda aparılan siyasət də buna hesablanıb. O baxımdan, Kopırkin növbəti dəfə çərənləyib. Rusiya Qafqazda gedib və əgər qalmaq niyyəti varsa, əməkdaşlığa söykənə bilər”.

Siyasi ekspert Murad Sadəddinov EDnews-a bildirib ki, bu gün Cənubi Qafqazda Azərbaycanın mövqeyi təkcə güclənməyib, istisna səviyyəyə çatıb. Onun sözlərinə görə, hazırda Cənubi Qafqazın siyasətini və gələcəyini məhz Azərbaycan formalaşdırır.

Onun fikrincə, Azərbaycanın siyasəti çox dəqiq və düzgün qurulub. Azərbaycan regiona mühüm qlobal oyunçuları cəlb etməyə nail olub: “Bu gün Türkiyənin regiondakı təsiri artıb, Pakistanın təsiri artıb. Bundan əlavə, avqustun 8-də Ermənistan və Azərbaycan arasında ABŞ prezidentinin iştirakı ilə sənədlərin imzalanmasından sonra ABŞ amili də Cənubi Qafqazda kifayət qədər ciddi faktora çevrilib. Bütün bu məqamları nəzərə alaraq, Rusiyanın regionda əvvəlki təsirini bərpa etməsi ehtimalını zəif qiymətləndirmək olar. Hazırda Cənubi Qafqazda kommunikasiya xətləri, nəqliyyat dəhlizləri və region ölkələri arasında əməkdaşlıq baxımından yeni reallıq formalaşır.

Artıq tranzit yüklərin Azərbaycan ərazisindən keçməsinə icazə verilib ki, bu da xoş niyyət jesti kimi dəyərləndirilir. Qazaxıstandan Ermənistana taxıl daşınması, neft məhsullarının tranziti həyata keçirilib. Gələcəkdə qaz və elektrik enerjisi tədarükü də mümkün ola bilər. Bütün bunlar Ermənistana təsir edən xarici qüvvələrin rolunu minimuma endirmək məqsədi daşıyır. Çünki indiyədək bəzi xarici oyunçular Ermənistanın zəifliyindən istifadə edərək strateji resurslar üzərindən onun xarici siyasətinə təzyiq göstərirdilər. Bu proseslər Azərbaycan və Türkiyə tərəfindən həyata keçirildikcə, regionda sülh və sabitlik daha da möhkəmlənəcək".

Politoloqun fikrincə, sülh müqaviləsindən sonra Türkiyə ilə münasibətlər bərpa olunacaq, sərhədlər açılacaq, iqtisadi əlaqələr inkişaf edəcək və bu amillər uzunmüddətli xarakter daşıyacaq: “Türkiyə biznesinin və Azərbaycan enerji təchizatının Ermənistan bazarına daxil olması Rusiyanın təsirini sıxışdırıb çıxaracaq. Artıq müşahidə olunur ki, əvvəllər Rusiyaya məxsus olan enerji infrastrukturu Ermənistanda milliləşdirilib və bu sahədə türk şirkətləri ilə danışıqlar aparılır”.

“Yeni Müsavat” 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukraynada Prezident Administrasiyasının yeni rəhbərinin adı açıqlandı
Bu gün, 23:05
Məhkəmə qərarını dəyişdi: - Samvel Karapetyan ev dustaqlığına buraxıldı
Bu gün, 23:03
İsmayıl Vəliyev azadlığa buraxıldı - 4 ay cəza müddəti qalmışdı...
Bu gün, 17:07
Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 17:03
Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovun məhkəməsi başlayıb
Bu gün, 16:38
Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb - FƏRMAN
Bu gün, 16:20
Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:17
Lənkəranskinin yaxın adamını keçmiş baş prokuror öldürtdürüb - DİN AÇIQLADI
Bu gün, 16:17
"Kəlbəcər" tankerinin lövbər zəncirinin digər tankerin pərinə ilişməsi ilə bağlı aparılan tədbirlər uğurla yekunlaşıb
Bu gün, 16:10
Bütün işçilərə deyib ki, ƏRİZƏ YAZIN... - Hər kəs ondan narazıdır...
Bu gün, 16:07
YAP-ın tədbirini də boykot edibmiş - İDDİA
Bu gün, 16:02
Tokayev LGBT təbliğatını qadağan edən qanunu imzalayıb - KİV
Bu gün, 16:00
Əməkdar artistin istəyi gerçəkləşdi - Biləcəridə xüsusi aptek açıldı
Bu gün, 15:50
“Xalq artistləri var ki, alt paltarsız səhnəyə çıxır” - Günel YIXIB-SÜRÜDÜ
Bu gün, 15:48
Ramiz Mehdiyev dindirildi: Başqa kimlər ifşa olunacaq? - GƏLİŞMƏ
Bu gün, 15:45
"Sağ olsun, Murad Dadaşov hər zaman mənə diqqət yetirir" - Xalq artisti
Bu gün, 15:40
Bir ay icra başçısı olmuş Elxan İbrahimov 12 il azadlıqdan mərhum edilə bilər - AÇIQLAMA
Bu gün, 15:30
Paşinyan Rusiyanın köhnə şəbəkəsini dağıdır - İNCƏLƏMƏ
Bu gün, 15:28
“Adore”da müştəriyə 281 manata saxta ətir satdılar - AXI NİYƏ?..
Bu gün, 15:25
“Türkiyə Ermənistanla bağlı Azərbaycansız addım atmaz” - ONA GÖRƏ DƏ...
Bu gün, 15:21
“ABŞ Putinə hücum əməliyyatında iştirak edib” – Amerikalı politoloqdan SENSASİYA
Bu gün, 15:17
İranlı güləşçi niyə Azərbaycan millisini seçdi? - Özü açıqladı
Bu gün, 15:15
Laçında kanat yolunun avadanlıqlarının quraşdırılmasına 15,4 milyon xərclənəcək
Bu gün, 15:12
Dövlət qurumunun əməkdaşlarını bu dəfə "A-Qrup Sığorta Şirkəti" sığortalayacaq - MƏBLƏĞ
Bu gün, 15:11
Şakro Molodoy azərbaycanlı biznesmenin yaxın dostunun DƏFNİNDƏ
Bu gün, 15:06
Ukrayna XİN rəhbəri Putinin iqamətgahına hücum iddialarına münasibət bildirib - "Heç bir sübut yoxdur"
Bu gün, 15:00
“Ölkədə torpaq azalır, qəbir çoxalır” - İlahiyyatçı alimdən ÇAĞIRIŞ
Bu gün, 14:58
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər olacaq - DETALLAR
Bu gün, 14:52
Bir qrup dərmanın qiyməti tənzimlənib - BUNDAN SONRA...
Bu gün, 14:49
Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 5 qəpik, dizelin qiyməti 10 qəpik qaldırılıb - TƏFƏRRÜAT
Bu gün, 14:46
Bakıda sərnişin taksi sürücüsünün pulunu oğurlayıb
Bu gün, 13:47
İstanbul sahillərində üzən Azərbaycan tankeri “həyəcan” siqnalı verdi - KİV
Bu gün, 13:45
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Bosniyada saxlanılıb
Bu gün, 13:42
Diaspor Komitəsi Milli Qəhrəmanın cənazəsinin Vətənə gətirilməsi işini ÜZƏRİNƏ GÖTÜRDÜ - texniki məsələlər həll olunur...
Bu gün, 13:00
Etibar Pirverdiyev 106 milyonluq tenderə qatılıb? - DETALLAR
Bu gün, 12:57
Məşhur hakimin qardaşı ölüb
Bu gün, 12:55
"Azpetrol" Eyyubovlara yaxınlığını danır - Şirkətdə nə baş verir?
Bu gün, 12:52
Putinin milyarder "desant"ı məhkəmədə Paşinyanın mətbuat katibinə uduzdu...
Bu gün, 12:44
Arvadını və ustanı öldürərək ömürlük cəza almışdı, 20 ilə endirildi - “Hadisədən sonra övladlarımı görmə bilmirəm”
Bu gün, 12:42
300 minlik dələduzluqda ittiham edilən ehtiyatda olan mayorun məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 12:37
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür - MƏQALƏ
Bu gün, 12:27
Erməni general da sərhədimizə gəldi
Bu gün, 12:22
“Veysəloğlu” AQTA yanında Məşvərət Şurasının kampaniyasına dəstək verir - VİDEO
Bu gün, 12:21
İsrail şirkəti Abşeronda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikəcək - 1 milyon manatlıq müqavilə
Bu gün, 12:14
Moskva “Rus Evi”ni bərpa etmək istəyir - Qaluzin deyir ki...
Bu gün, 12:13
İşdən çıxarılan icra başçısını BU ŞƏXS ƏVƏZ EDİR
Bu gün, 12:11
Rusiya 16 azərbaycanlını deportasiya etdi
Bu gün, 12:07
Şəhid polisdən acı təfərrüat - Təqaüd yaşı gəlsə də, qızının təhsili üçün işləyirmiş
Bu gün, 12:01
“Allaha şükür ki, işim var, qətiyyən pis olmamışam” – Misir Mərdanov
Bu gün, 11:59
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru