Əsas Səhifə > Güney Press > Ukraynada Prezident Administrasiyasının yeni rəhbərinin adı açıqlandı
Ukraynada Prezident Administrasiyasının yeni rəhbərinin adı açıqlandıDünən, 23:05 |
|
Ukrayna Prezidenti Volodimir Zelenski sanksiyalar siyasəti üzrə komissar Vladislav Vlasyuku öz ofisinin rəhbəri təyin edəcək. Teleqraf xəbər verir ki, bu barədə "Zerkalo Nedeli" nəşri mənbələrə istinadən məlumat yayıb. Noyabrın 28-də Zelenski Andriy Yermakı Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edib. O, korrupsiyaya qarşı mübarizə aparan məmurlar tərəfindən mənzilində axtarış aparıldıqdan sonra işdən çıxarılıb. 54 yaşlı Yermak 11 fevral 2020-ci ildən Ukrayna Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb. Bundan əvvəl o, Zelenskinin köməkçisi olub və beynəlxalq münasibətlərə nəzarət edib. Geri qayıt |