“İsrail Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndə heyəti Bakıya gizli səfər edib”.
Tribuna.az bildirir ki, bu iddia ilə “Sepah Pasdaran” Telegram kanalı çıxış edib.
Kanal yazıb ki, guya, bu səfər İranın şimal əyalətləri ilə bağlı olub. “Səfərin məqsədi İranın şimal sərhədlərində hansı təxribatlara əl atılması məsələsini müzakirə etmək olub”.
Qeyd edək ki, SEPAH-a bağlı bu kanal mütəmadi olaraq Azərbaycana şər atmaqla məşğuldur. Bu tip xəbərlərin paylaşılması da rəy formalaşdırmaq məqsədi güdür.









