Ermənistanın üçüncü prezidenti Robert Köçəryan sələfi Serj Sarqsyanın cinayət işi üzrə şahid qismində çıxış edir.
"Report"Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu prokuror Qorik Hovakimyan məhkəmə iclasında bildirib.
Söhbət "Yerablur" hərbi panteonunun yaxınlığındakı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı cinayət işindən gedir. Araşdırma predmeti olan sövdələşmə 2005-ci ildə, Köçəryanın prezident, Sarqsyanın isə müdafiə naziri olduğu dövrdə bağlanıb. Torpaqlar Müdafiə Nazirliyinin balansında olub.
Prokuror bildirib ki, istintaq məlumatına əsasən, sövdələşmə ilə əlaqəsi olan Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanın və Serj Sarqsyanın keçmiş mühafizə rəisi Vaçaqan Kazaryanın da şahid kimi çağırılması planlaşdırılır.