Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirildi .....                     Zelenski Rusiyanın itkilərinin sayını açıqlayıb .....                     Robert Köçəryan Serj Sarqsyanın torpaq satışı ilə bağlı cinayət işi üzrə şahid qismində çıxış edir .....                     Saleh Məmmədov-Əvəz Qocayev cütlüyü DÖVLƏTİN AYAĞINA MİLYONLARLA BORC YAZIB .....                     Bələdiyyə sədrinə "stop" qoyuldu .....                     Dabaq xəstəliyi Şəki-Zaqatalanı da BÜRÜDÜ: “Vaksin fayda vermir, mal-qaralar TƏLƏF olur” .....                     “Tamaşaçı komik filmlərə bilet alıb gedir, ona problem lazım deyil” .....                     Paşinyan bəzi dini məbədlərin dövlətin balansına verilməsinə icazə verib .....                     Hafiz Həsənovun məhkəməsi başlayıb .....                     Qanunsuz estetik əməliyyat edən “Dr Gülü” haqqında nə zaman tədbir görüləcək? .....                     Həccə gedək, yoxsa xeyriyyəçilik edək? .....                     Rusiyaya qarşı sanksiyalar Serbiyanın Aİ-yə üzvlüyü üçün şərtdir .....                     İcra Hakimiyyətləri “yarışa” girib: 1.1 milyonluq anlaşma .....                     Bakı-İcevan dəmir yolu: Qazaxın 3 kəndi Azərbaycana qaytarılacaq .....                     Şimali Kiprin yeni prezidenti bu tarixdə işə başlayacaq .....                     Azərbaycanda qiymət artımının əsas səbəbi idxaldan asılılıqdır .....                     "1 xal "Qarabağ" üçün qələbəyə bərabər olacaq" .....                     Operativ Qərargah 1,9 ildir koronaviruslu xəstələri “UNUDUB” .....                     Ermənistan və ABŞ TRIPP layihəsinin həyata keçirilməsi üzərində çalışır .....                     Azərbaycan siyasi sistemi “Vahid Qafqaz evi” ideyasının tərəfdarıdır .....                     Sülhə doğru daha bir addım .....                     Azərbaycan dizeli hansı ölkələrə və neçəyə satıb? .....                     II Qareqinin legitimliyini tanımıram .....                     7 illik vergi güzəşti ləğv olunur .....                     Bakıda məşhur iş adamı həbs edildi: Milyonları büdcədən yayındırıb... .....                     General-mayora yüksək vəzifə verildi .....                     Paşinyan Baku TV-nin sualını cavablandırmaqdan YAYINDI .....                     Zərdabda tiktoker həbs edildi .....                     "Təəssüf edirəm ki, dövlətdə elə adamlar olub və var" .....                     BU NƏDİ BELƏ: Bakının bərpa edilmiş TARİXİ BİNALARI DA SÖKÜLÜR... .....                     Hüququ pozulan Göygöl rayon sakini Prezidentdən KÖMƏK istəyir .....                     "Atam var gücü ilə işləyir, amma onu başa düşmürlər" .....                     AZAL təyyarəsinin qəzasi ilə bağlı araşdırmanın nəticələri yeni ildən sonra açıqlanacaq .....                     Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxıb .....                     Mehdiyev ailəsinin “baş kassiri” kimdir? .....                     Ramiz Mehdiyevin İMİŞLİDƏKİ ƏLALTISI... .....                     ÇAĞIRIŞ: AYNA-nın rəhbərliyi gəlsin burada avtobusa minsin, görək... .....                     Tofiq Yaqublunun şikayətinə sabiq deputat baxacaq .....                     “Aİ Ukrayna üzrə plan hazırlayıb” .....                     "Əli Həsənov dedi ki, o, bu yaşdan sonra pula satılmaz” .....                 

Sülhə doğru daha bir addım - “Top” İrəvandadır
Tarix: Bu gün, 16:26 | Çap et

Azərbaycan mövcud yüklərin Ermənistana tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında deyib.

Dövlət başçısının sözlərinə görə, ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub: "Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".

Bu addıma görə, Ermənistanın Baş naziri Nikol Paşinyan İlham Əliyevə təşəkkür edib. Paşinyan V Tbilisi İpək Yolu Forumunun açılış mərasimində çıxışı zamanı deyib ki, İrəvan Azərbaycan və Türkiyə ilə ikitərəfli tranziti təmin etməyə hazırdır: "Biz bu gündən etibarən Ermənistan ərazisi vasitəsilə Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük maşınlarının tranzitini təkcə siyasi cəhətdən yox, həm də texniki cəhətdən təmin etməyə hazırıq".

Avropa İttifaqı (Aİ) da Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasını alqışlayıb. Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono bildirib ki, “Aİ Azərbaycan-Ermənistan sülh prosesində atılan son müsbət addımları, o cümlədən Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasını alqışlayır”.

Onun sözlərinə görə, Aİ bu praktiki inkişafları səmimiyyətlə alqışlayır və bütün bu cür təşəbbüsləri və əlavə etimad quruculuğu tədbirlərini dəstəkləməyə hazırdır. Xüsusi nümayəndə Cenevrədə Azərbaycan və Ermənistan spikerləri arasında dünənki görüşü, eyni zamanda, İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti ekspertlərinin planlaşdırılan dəyirmi masa müzakirələri ruhlandırıcı hesab edir.

“Gümrü-Qars dəmir yolunun bərpası və işə salınması ilə bağlı növbəti Ermənistan- Türkiyə görüşünə elan edilmiş hazırlığı da eyni dərəcədə alqışlayırıq”, - Aİ rəsmisi qeyd edib.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, sülh prosesinin sürətlənməsi təqdir edilməlidir:

- Məlumdur ki, Ermənistandakı revanşist qüvvələr, müxaliflər aktivləşiblər. Orada daxili siyasi mübarizə getdikcə daha da kəskinləşməkdədir. Paşinyanı devirməyə çalışan revanşistlərin arqumentlərindən biri də odur ki, Azərbaycan yekun sülh sazişini imzalamayacaq. Belə əsaslandırırlar ki, hələ də Azərbaycanın Ermənistandan almaq istədikləri var və Bakının ağır şərtləri davam edəcək. Amma Azərbaycan Prezidentinin Qazaxıstanda verdiyi bəyanat, həqiqətən də yüklərin daşınmasına qoyulan məhdudiyyətin aradan qaldırılması erməni müxalifətinin ittihamının əsassız olduğunu göstərdi. Azərbaycan tərəfi avqustun 8-də Vaşinqtonda imzalanan sənəddən, sazişin paraflanmasından sonra dəfələrlə bəyan edib ki, artıq iki ölkə arasında sülh mühiti mövcuddur. Rəsmi Bakı atdığı addımlarla sübut edir ki, bu sadəcə bəyanatlar deyil, real nəticələr var. Ermənistanın bu gün ehtiyacı olan buğdanı Qazaxıstandan Azərbaycan vasitəsilə Ermənistana daşınmasına şəraitin yaradılması həm də siyasi anlamda kommunikasiyanın açılması, blokadanın aradan qaldırılması deməkdir. Bu, praktiki nəticədir. Belə bir addımın atılması təkcə Ermənistan cəmiyyətində deyil, beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qəbul olunur. Paşinyan da bu faktı gözardı edə bilməzdi. Bu baxımdan, Paşinyanın təşəkküründə qeyri-adi nəsə yoxdur.

- Sizə elə gəlmirmi ki, bu addımlarla Azərbaycan həm də Paşinyanın hakimiyyətdə qalmasına yardımçı olur?

- Dediyim kimi, erməni müxalifətinin, revanşistlərin Paşinyan hakimiyyətinə qarşı arqumentlərini rəsmi Bakı addımları ilə mənasızlaşdırır. Erməni cəmiyyəti də görür ki, müxalifətin, revanşistlərin dedikləri həqiqət deyil. Yəni Azərbaycanın niyyəti Ermənistanı işğal etmək yox, ədalətli sülhə nail olmaq, bölgənin inkişafına töhfə verməkdir. Bu, həqiqətən də belədir. Çünki Azərbaycan sülh səylərində və istəklərində səmimidir. Zahirən görünə bilər ki, Bakının atdığı addımlar Paşinyan hökumətinə köməkdir. Burada müəyyən qədər həqiqət payı da var. Amma əsas məsələ Azərbaycanın sülhü imitasiya etməməsidir ki, atılan addımlar da buna hesablanıb. Təbii ki, Azərbaycan istəyir Ermənistanda sülhü istəyən qüvvələr hakimiyyətdə olsun.

- Paşinyan Tiflisdəki çıxışında artıq sülh sazişinin imzalanmasının da vacibliyini qeyd edib. Məlumdur ki, rəsmi Bakının İrəvan qarşısında şərti var – Ermənistan Konstitusiyasında dəyişiklik, hansı ki, şərt hələlik yerinə yetirilməyib. Belə olan halda, sülh sazişinin imzalanması mümkündürmü?

- Şərtlərdən biri ATƏT-in Minsk Qrupunun ləğvi üçün birgə müraciət idi ki, bu şərt yerinə yetirildi. Artıq Minsk Qrupu tarixin arxivinə göndərildi. Ermənistan Konstitusiyasının dəyişdirilməsinə gəlincə, bunun üçün İrəvan referendumun keçiriləcəyini bildirir. Bunun üçün Ermənistanda islahatlar komissiyası da yaradılıb. Amma referendumun 2027-ci ildə keçiriləcəyi söyləntiləri var ki, İrəvan tezliklə sülh istəyirsə, bu, uzun müddətdir. İnanmıram ki, şərti yerinə yetirilmədən Bakı yekun sazişə imza atsın. Sülh istiqamətində atılan addımlarla Bakı əslində şərti qəbul olunandan dərhal sonra sülh sazişini imzalayacağı mesajını verir. Başqa bir sadə yolu da var – Ermənistan Konstitusiyasının preambulasının dəyişdirilməsini Ermənistan Parlamenti həyata keçirə bilər. Parlamentdə səs çoxluğuna malik olan Paşinyanın rəhbəri olduğu “Mülki Müqavilə” Partiyasının fraksiyası bu dəyişikliyi qəbul edə bilər. Hər halda, Paşinyan bunu bilməmiş deyil. Ola bilsin ki, Paşinyan bu addımı atsın. Bütün hallarda, “top” İrəvandadır. Gələn ilin iyununda keçiriləcək parlament seçkilərini və ondan sonra keçiriləcək referendumu İrəvan gözləmək istəmirsə, yekun sülh sazişini tezliklə istəyirsə, o zaman parlament tərəfindən addım atıla bilər. Rəsmi Bakı şərtlərinin yerinə yetirildiyi təqdirdə yekun sülh sazişinin imzalanmasında problem görmür və bunu açıq şəkildə bildirib. Paşinyan anlamalıdır ki, sülh sazişinin imzalanması, kommunikasiyaların tamamilə açılması onun gələn ilin yayında keçiriləcək seçkilərdə qələbəsini də təmin edə bilər. Çünki 44 günlük müharibədən sonra erməni xalqı Paşinyana ona görə səs verdi, hakimiyyətdə saxladı ki, məğlub Baş nazir sülh vəd etdi. Ona görə də, sülh sazişi Paşinyana daha çox lazımdır. Yenə də deyirəm, “top” İrəvandadır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirildi - “Sağ tərəfim quruyub”
Bu gün, 18:03
Zelenski Rusiyanın itkilərinin sayını açıqlayıb
Bu gün, 18:01
Robert Köçəryan Serj Sarqsyanın torpaq satışı ilə bağlı cinayət işi üzrə şahid qismində çıxış edir - KİV
Bu gün, 18:00
Saleh Məmmədov-Əvəz Qocayev cütlüyü DÖVLƏTİN AYAĞINA MİLYONLARLA BORC YAZIB - İLGİNC FAKTLAR...
Bu gün, 17:58
Bələdiyyə sədrinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 17:45
Dabaq xəstəliyi Şəki-Zaqatalanı da BÜRÜDÜ: “Vaksin fayda vermir, mal-qaralar TƏLƏF olur” – FOTO
Bu gün, 17:38
“Tamaşaçı komik filmlərə bilet alıb gedir, ona problem lazım deyil”
Bu gün, 17:29
Paşinyan bəzi dini məbədlərin dövlətin balansına verilməsinə icazə verib
Bu gün, 17:25
Hafiz Həsənovun məhkəməsi başlayıb
Bu gün, 17:22
Qanunsuz estetik əməliyyat edən “Dr Gülü” haqqında nə zaman tədbir görüləcək? - ÖZBAŞINALIQ...
Bu gün, 17:18
Həccə gedək, yoxsa xeyriyyəçilik edək? - Elşad Miridən şok açıqlama
Bu gün, 17:14
Rusiyaya qarşı sanksiyalar Serbiyanın Aİ-yə üzvlüyü üçün şərtdir - Avropa Parlamenti
Bu gün, 17:12
İcra Hakimiyyətləri “yarışa” girib: 1.1 milyonluq anlaşma – RƏY
Bu gün, 17:06
Bakı-İcevan dəmir yolu: Qazaxın 3 kəndi Azərbaycana qaytarılacaq - GƏLİŞMƏ
Bu gün, 16:55
Şimali Kiprin yeni prezidenti bu tarixdə işə başlayacaq
Bu gün, 16:53
Azərbaycanda qiymət artımının əsas səbəbi idxaldan asılılıqdır - NƏ ETMƏLİ?
Bu gün, 16:48
"1 xal "Qarabağ" üçün qələbəyə bərabər olacaq" - "Atletik"ə qarşı oynamış futbolçu
Bu gün, 16:46
Operativ Qərargah 1,9 ildir koronaviruslu xəstələri “UNUDUB” - FAKT BUDUR...
Bu gün, 16:45
Ermənistan və ABŞ TRIPP layihəsinin həyata keçirilməsi üzərində çalışır - Paşinyan
Bu gün, 16:41
Azərbaycan siyasi sistemi “Vahid Qafqaz evi” ideyasının tərəfdarıdır - AMMA...
Bu gün, 16:29
Sülhə doğru daha bir addım - “Top” İrəvandadır
Bu gün, 16:26
Azərbaycan dizeli hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 16:23
II Qareqinin legitimliyini tanımıram - Simonyan
Bu gün, 16:19
7 illik vergi güzəşti ləğv olunur - Bu qədər ödəyəcəyik
Bu gün, 16:14
Bakıda məşhur iş adamı həbs edildi: Milyonları büdcədən yayındırıb... - TƏFƏRRÜAT
Bu gün, 16:10
General-mayora yüksək vəzifə verildi - ƏMR
Bu gün, 16:09
Paşinyan Baku TV-nin sualını cavablandırmaqdan YAYINDI - VİDEO
Bu gün, 16:06
Zərdabda tiktoker həbs edildi
Bu gün, 15:48
"Təəssüf edirəm ki, dövlətdə elə adamlar olub və var" - Yaqub Eyyubov Ramiz Mehdiyevdən DANIŞDI
Bu gün, 15:42
BU NƏDİ BELƏ: Bakının bərpa edilmiş TARİXİ BİNALARI DA SÖKÜLÜR... - FOTOFAKT
Bu gün, 15:35
Hüququ pozulan Göygöl rayon sakini Prezidentdən KÖMƏK istəyir - MÜRACİƏT
Bu gün, 15:23
"Atam var gücü ilə işləyir, amma onu başa düşmürlər" - Pezeşkianın oğlu
Bu gün, 15:14
AZAL təyyarəsinin qəzasi ilə bağlı araşdırmanın nəticələri yeni ildən sonra açıqlanacaq - RİA “Novosti”
Bu gün, 14:32
Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxıb - ƏMR
Bu gün, 14:15
Mehdiyev ailəsinin “baş kassiri” kimdir? – Köhnə elitanın maliyyə şəbəkəsinin iç üzü
Bu gün, 13:26
Ramiz Mehdiyevin İMİŞLİDƏKİ ƏLALTISI... - Görün, nə işlə məşğul olur...
Bu gün, 13:16
ÇAĞIRIŞ: AYNA-nın rəhbərliyi gəlsin burada avtobusa minsin, görək... - NARAZILIQ VAR...
Bu gün, 13:07
Tofiq Yaqublunun şikayətinə sabiq deputat baxacaq - FOTO
Bu gün, 13:01
“Aİ Ukrayna üzrə plan hazırlayıb” - The Telegraf
Bu gün, 12:56
"Əli Həsənov dedi ki, o, bu yaşdan sonra pula satılmaz” - Partiya sədrləri arasında toqquşma
Bu gün, 12:45
Putinə söz verdilər: - Gəlsə, həbs olunmayacaq
Bu gün, 12:43
Naxçıvanın quru sərhədləri açıqdır, amma buna baxmayaraq... TURİZM BATIR!
Bu gün, 12:23
Nazir yeni şöbə müdiri təyin etdi - BUNDAN SONRA...
Bu gün, 12:20
Azərbaycan “Aİ-95”i xaricdən 1 manat 5 qəpiyə alıb, Gürcüstana 83 qəpiyə satıb - BU NƏDİ BELƏ?
Bu gün, 12:18
"Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib - ƏMR
Bu gün, 12:15
Azərbaycanda mal əti bahalaşdı - Yeni qiymətlər
Bu gün, 12:05
“QHT işi”ndə Qalib Bayramovla bağlı ittiham aktı elan edilib - TƏFƏRRÜAT
Bu gün, 12:00
Baş nazirin I müavini Yaqub Eyyubov "İstiqlal" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 11:58
“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan edib - FOTO
Bu gün, 11:51
Böyük an yaxınlaşır! Bu gün bir nəfər lüks avtomobil qazanacaq - DİQQƏT!
Bu gün, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru