Gənclər və İdman Nazirliyinin işçiləri arasında intellektual-əyləncəli oyunlar keçiriləcək.
Bu barədə İqtisadiyyat.az dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Məlumata görə, nazirliyin gənc əməkdaşları arasında “Fibonacci” adlı intellektual-əyləncəli oyunu, “Fibonaççi” intellektual-əyləncəli oyunu üzrə “GİNius 86,600” və “GİNius Qürur rəngləri” şüarı altında kvest yarışı təşkil ediləcək.
Nazirlik oyun və yarışların təşkilini “Fibonacci” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, oyun və yarışlar nazirliyə 66 500 manata başa gələcək.