"Medaura Klinikası" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1401863531) vergi borcu 241 min manatı ötüb.
"DİA-AZ" xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 241 min 050,53 manat vergi borcu var.
Hazırkı məlumatlara əsasən klinikanın qanuni təmsilçisi Fəxrəddin Abdullayev Qiyas oğludur.
Şirkət 23 iyun 2017-ci ildə yaradılıb. AZ1009, Bakı Şəhər Nəsimi Rayonu, Salatın Əsgərova, ev.178 ünvanında qeydiyyatdadır.