Mehdiyevin arvadının milliyyəti nədir? .....                     “İstanbul NS Klinikası”nın dövlətə vergi borcu var .....                     Natiq Cəfərlinin paylaşımı müzakirə yaratdı: Naxçıvana nə qədər əcnəbi gəlib? .....                     Nazirlik işçiləri arasında əyləncəli oyunlara 66 min manat xərcləyəcək .....                     Tibbi qurum 9,5 milyon manatlıq tenderlər elan etdi .....                     Belarus prezidentliyinə keçmiş namizədin oğlu Ukraynada öldü .....                     AZAL-ın Bakı–Tbilisi reysləri aeroportun I terminalından həyata keçiriləcək .....                     Həsən Həsənov: Ramiz Mehdiyev vəzifədə riyakar, intriqabaz, səmimiyyətdən uzaq idi .....                     Rusiyada yanacaq böhranı davam edir .....                     "Medaura Klinikası"nın dövlətə 241 min manatdan çox .....                     Suvarma və drenaj işləri üçün 21 milyonluq tenderlərdə .....                     "Sənəti olmayanlarla efirə çıxmıram" .....                     Prezidentin saytı Ramiz Mehdiyevin xəbərini və fotosunu sildi .....                     Nazirlikdəki işindən ayrıldı VƏ... .....                     "Pro Construction Company" yenə nazirliyin tenderini qazandı .....                     Ət bahalaşır, mal-qara qırılır .....                     Keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanan TƏBİB əməkdaşı EVƏ buraxılıb .....                     Azərbaycan və Qazaxıstan strateji müttəfiqliyi möhkəmləndirir .....                     Strateji tərəfdaşlığın inkişafı üçün böyük əhəmiyyətə malik olan səfər .....                     Çərəz, quru meyvə, şokolad satılan mağazalar şəbəkəsi niyə kafe kimi QEYDİYATDADIR? .....                     “Polşa Putinin təyyarəsini tuta bilər” .....                     “Atəşgah Həyat”ın rəhbərliyinə təyinat olub .....                     Məhkəmə Ruben Vardanyanın vəkildən imtina etməsi barədə vəsatətini təmin edib .....                     Adı Ramiz Mehdiyevlə qoşa çəkilən deputatdan .....                     Əliyevin ASTANA SƏFƏRİ... .....                     "AS Group" gecə Bakıda tikinti aparır: "Sakinlər yata bilmir" .....                     İntim videoları yayanlar bu cəzanı alacaq .....                     Moskva məhkəməsinin azərbaycanlı yeniyetmələrə hökmü .....                     Firdovsi Əliyev hər il eyni şirkətə yol təmir etdirir .....                     Dövlət qurumlarında iş vədi ilə pul alan "polkovnik"ə hökm oxundu .....                     Nazir müavininin "sürücüsünə" hökm oxundu .....                     “Qadın müğənnilərin arasında Şövkət xanım qədər seviləni yoxdur” .....                     Alqış Musayevdən Mehdiyevə görə YAP-çı deputata SƏRT İTTİHAM: “Bu, siyasi itaətsizlikdir” .....                     Ermənistan Azərbaycan Prezidentinin bəyanatını alqışlayır .....                     Şərurlu İsfəndiyar: “Allah hökumətin canını sağ eləsin, pensiya ilə dolanıram” .....                     Mehdiyevlə bağlı yeni FAKT: ona yaxın 22 tanınmışın siyahısı .....                     Qareginin sirrini açan keşiş erməni kilsəsindən qovuldu .....                     Qumar oyunları təşkil edən 12 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, .....                     Türkiyə ilə Ermənistan Gümrü-Qars dəmir yolunun bərpası ilə bağlı görüşəcək .....                     Ramiz Mehdiyev işində adı keçən “Şərq-Qərb” Nəşriyyatı kimindir: Elm və Təhsil Nazirliyi niyə ancaq onunla işləyir? .....                 

Azərbaycan və Qazaxıstan strateji müttəfiqliyi möhkəmləndirir - MƏQALƏ
Tarix: Bu gün, 16:29 | Çap et

Azərbaycan və Qazaxıstanı bir-birinə bağlayan münasibətlər sadəcə siyasi və iqtisadi maraqlarla məhdudlaşmır. Bu münasibətlərin təməlində ortaq tarix, mədəniyyət, dil, milli köklər və türklük ruhu dayanır. Tarix boyu xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətləri bu gün müstəqil dövlətlər səviyyəsində sıx müttəfiqlik və strateji tərəfdaşlıq formasında öz təzahürünü tapmaqdadır.
Azərbaycan-Qazaxıstan münasibətlərinin özünün ən yüksək inkişaf mərhələsini yaşayır. İki qardaş dövlət arasında formalaşmış qarşılıqlı etimad, hörmət və anlayış mühiti regionda sabitliyin, təhlükəsizliyin və tərəqqinin mühüm dayaqlarından biridir. Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşılıqlı səfərləri, imzalanan sənədlər və aparılan yüksəksəviyyəli danışıqlar iki ölkə arasında əlaqələrin dərin strateji məzmun kəsb etdiyini bir daha sübut edir. Azərbaycan Mərkəzi Asiya regionunda yerləşən ölkələrlə, xüsusən də Türk Dövlətləri Təşkilatına üzv qardaş dövlətlərlə münasibətlərə xüsusi önəm verir. Bu siyasət təkcə regional inteqrasiyanın güclənməsinə deyil, həm də bütün türk dünyasının birliyinə və iqtisadi-siyasi koordinasiyasına yeni impuls verir. Qazaxıstan bu mənada Azərbaycanın ən mühüm tərəfdaşlarından biri olmaqla həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq platformalarında etibarlı müttəfiq kimi çıxış edir.
Xalqlarımız arasında tarixi qardaşlıq və dostluq, qarşılıqlı dəstək və həmrəylik, oxşar mədəni ənənələr və mənəvi dəyərlər əsasında möhkəm bir strateji əməkdaşlıq modeli formalaşıb. Enerji, nəqliyyat, logistika, təhsil, mədəniyyət, kənd təsərrüfatı və humanitar sahələrdə uğurla həyata keçirilən layihələr bu əməkdaşlığın praktiki nəticələrini əyani şəkildə nümayiş etdirir.
Son üç ildə Prezident İlham Əliyevin qardaş ölkəyə yeddinci səfəridir. Həmin müddət ərzində Prezident Kasım-Jomart Kemeleviç Tokayev Azərbaycana altı dəfə səfər edib. Bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına birgə səylərimizi nümayiş etdirir. Bundan əlavə, müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir.
Mövcud dostluq və qarşılıqlı etimad ruhunda inkişaf edən Azərbaycan-Qazaxıstan münasibətləri bu gün təkcə regional deyil, eyni zamanda beynəlxalq müstəvidə də mühüm nümunə kimi dəyərləndirilir. Hər iki ölkə arasında əməkdaşlığın strateji xarakter alması qarşılıqlı siyasi iradənin və qardaşlıq münasibətlərinin təzahürüdür. Bu istiqamətdə atılan addımlar qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşməsinə, iqtisadi və humanitar əlaqələrin daha da genişlənməsinə şərait yaradıb.
Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlıq əlaqələri son illərdə xüsusilə dinamik inkişaf mərhələsinə qədəm qoyub. İkitərəfli münasibətlərin strateji səviyyəyə yüksəldilməsi təkcə siyasi dialoqla məhdudlaşmır, həmçinin iqtisadi əməkdaşlığın yeni istiqamətlərini formalaşdırır. Hər iki ölkə arasında həyata keçirilən birgə layihələr, yaradılan biznes-forumlar, investisiya təşəbbüsləri və qarşılıqlı ticarət missiyaları bu əməkdaşlığın praktiki nəticələrini daha da gücləndirir. Bu günə qədər ölkəmizdə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Bu, investisiya mühitinə yüksək etimadı təsdiq edir və qarşılıqlı iqtisadi fəaliyyətin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla 547 milyon dollara çatıb. Bu artım Orta dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə sıx bağlıdır.
Bu istiqamətdə Prezident İlham Əliyevin oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfəri xüsusi əhəmiyyətə malikdir. Astanadakı görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta dəhlizin inkişafı” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub. Təqdimat mərasimində qeyd edilib ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Vurğulanıb ki, Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır.
Daha sonra hər iki dövlət başçısının iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi olub, prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir. Son illər Prezident Kasım-Jomart Tokayevin həyata keçirdiyi islahatlar, modernləşmə kursu, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı Qazaxıstanın inkişaf və modernləşmə yolu ilə inamla irəlilədiyini nümayiş etdirir. Dövlətimizin başçısı Qazaxıstanın beynəlxalq nüfuzu da möhkəmləndiyini xüsusi vurğulayıb.
Prezident İlham Əliyev bildirilib ki, Bakı və Astananın fəal qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı diqqətə çatdırıb: “Bu gün ölkələrimiz arasında aktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və tez-tez vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçün daimi diqqət və təbii ki, dövlət başçılarının iştirakını tələb edir”.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatında söyləyib ki, Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir. "Sevindirici haldır ki, ikitərəfli əməkdaşlığın inkişafı üzrə hərtərəfli proqram (Qazaxıstan və Azərbaycan – red.) qrafik üzrə həyata keçirilir. Danışıqlar zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildi və biz yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsini iki dəfə artırmaq və onu 1 milyard dollara çatdırmaq üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəldik”, - deyə Qazaxıstan Lideri vurğulayıb.
Danışıqlar zamanı qeyd edilib ki, Xəzər dənizinin ekoloji tarazlığının qorunması və dayazlaşmanın fəsadlarının aradan qaldırılması tək bir ölkənin deyil, bütün region dövlətlərinin birgə məsuliyyətidir. Ortaq səylər və koordinasiyalı yanaşma nəticəsində Xəzər dənizinin təbii tarazlığını qorumaq, onun gələcək nəsillər üçün ekoloji baxımdan sağlam və sabit bir su hövzəsi kimi saxlanılması mümkün olacaq.


Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mehdiyevin arvadının milliyyəti nədir? - Sirr kimi rəsmi cavab
Bu gün, 18:01
“İstanbul NS Klinikası”nın dövlətə vergi borcu var
Bu gün, 17:50
Natiq Cəfərlinin paylaşımı müzakirə yaratdı: Naxçıvana nə qədər əcnəbi gəlib? - TƏFƏRRÜAT
Bu gün, 17:47
Nazirlik işçiləri arasında əyləncəli oyunlara 66 min manat xərcləyəcək
Bu gün, 17:44
Tibbi qurum 9,5 milyon manatlıq tenderlər elan etdi - DETALLAR
Bu gün, 17:42
Belarus prezidentliyinə keçmiş namizədin oğlu Ukraynada öldü - Rusiya tərəfində döyüşürdü
Bu gün, 17:37
AZAL-ın Bakı–Tbilisi reysləri aeroportun I terminalından həyata keçiriləcək - DİQQƏT!
Bu gün, 17:30
Həsən Həsənov: Ramiz Mehdiyev vəzifədə riyakar, intriqabaz, səmimiyyətdən uzaq idi - MÜSAHİBƏ
Bu gün, 17:28
Rusiyada yanacaq böhranı davam edir – Bəzi ərazilərdə limitlə satılır
Bu gün, 17:12
"Medaura Klinikası"nın dövlətə 241 min manatdan çox - VERGİ BORCU YARANIB
Bu gün, 17:10
Suvarma və drenaj işləri üçün 21 milyonluq tenderlərdə – KİMLƏR QALİB GƏLDİ?
Bu gün, 17:09
"Sənəti olmayanlarla efirə çıxmıram"
Bu gün, 17:04
Prezidentin saytı Ramiz Mehdiyevin xəbərini və fotosunu sildi - TƏFƏRRÜAT
Bu gün, 16:48
Nazirlikdəki işindən ayrıldı VƏ... - Muxtar Babayev yeni vəzifə verdi
Bu gün, 16:43
"Pro Construction Company" yenə nazirliyin tenderini qazandı - Bu dəfə 9,6 milyon...
Bu gün, 16:41
Ət bahalaşır, mal-qara qırılır - Kənd Təsərrüfatı Nazirliyi niyə gecikir?
Bu gün, 16:38
Keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanan TƏBİB əməkdaşı EVƏ buraxılıb - AÇIQLAMA
Bu gün, 16:36
Azərbaycan və Qazaxıstan strateji müttəfiqliyi möhkəmləndirir - MƏQALƏ
Bu gün, 16:29
Strateji tərəfdaşlığın inkişafı üçün böyük əhəmiyyətə malik olan səfər - İsrafil Kərimovun yazısı
Bu gün, 16:27
Çərəz, quru meyvə, şokolad satılan mağazalar şəbəkəsi niyə kafe kimi QEYDİYATDADIR? - "Gavalı"nın qəbzlərində QƏRİBƏLİK
Bu gün, 16:09
“Polşa Putinin təyyarəsini tuta bilər” - Sikorski
Bu gün, 16:01
“Atəşgah Həyat”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:52
Məhkəmə Ruben Vardanyanın vəkildən imtina etməsi barədə vəsatətini təmin edib
Bu gün, 15:48
Adı Ramiz Mehdiyevlə qoşa çəkilən deputatdan - "Üz-üzə 4-5 dəfə gəlmişik, ya yox"
Bu gün, 15:43
Əliyevin ASTANA SƏFƏRİ... - buna görə ƏHƏMİYYƏTLİDİR!
Bu gün, 15:24
"AS Group" gecə Bakıda tikinti aparır: "Sakinlər yata bilmir" - VİDEO
Bu gün, 15:21
İntim videoları yayanlar bu cəzanı alacaq - Vəkil AÇIQLADI
Bu gün, 15:11
Moskva məhkəməsinin azərbaycanlı yeniyetmələrə hökmü – qərəzin yeni nümunəsi
Bu gün, 15:10
Firdovsi Əliyev hər il eyni şirkətə yol təmir etdirir - 615 min manatlıq tenderin izi ilə
Bu gün, 15:04
Dövlət qurumlarında iş vədi ilə pul alan "polkovnik"ə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 14:46
Nazir müavininin "sürücüsünə" hökm oxundu - O, İdris İsayevin adından necə istifadə edilib?
Bu gün, 14:45
“Qadın müğənnilərin arasında Şövkət xanım qədər seviləni yoxdur” - sənətkarın gəlini
Bu gün, 14:40
Alqış Musayevdən Mehdiyevə görə YAP-çı deputata SƏRT İTTİHAM: “Bu, siyasi itaətsizlikdir” - NƏ BAŞ VERİR?
Bu gün, 14:36
Ermənistan Azərbaycan Prezidentinin bəyanatını alqışlayır - AÇIQLAMA
Bu gün, 14:27
Şərurlu İsfəndiyar: “Allah hökumətin canını sağ eləsin, pensiya ilə dolanıram” - RƏSMƏN HARINLAYIB...
Bu gün, 14:22
Mehdiyevlə bağlı yeni FAKT: ona yaxın 22 tanınmışın siyahısı – Adlar
Bu gün, 14:16
Qareginin sirrini açan keşiş erməni kilsəsindən qovuldu
Bu gün, 14:14
Qumar oyunları təşkil edən 12 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, ittiham aktı yarımçıq qaldı
Bu gün, 13:31
Türkiyə ilə Ermənistan Gümrü-Qars dəmir yolunun bərpası ilə bağlı görüşəcək
Bu gün, 13:27
Ramiz Mehdiyev işində adı keçən “Şərq-Qərb” Nəşriyyatı kimindir: Elm və Təhsil Nazirliyi niyə ancaq onunla işləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:26
Qohum evliliyini işıqlandırdığına görə “Space TV”ə xəbərdarlıq olunub
Bu gün, 13:19
Bu şirkət xəstəxana tikintisi üçün 10 milyonluq - MÜQAVİLƏ BAĞLADI
Bu gün, 13:13
Azərbaycanda bankların aktivləri öhdəliklərindən nə qədər çoxdur? – Tam siyahı
Bu gün, 13:05
"Ziraat Bank" (Azərbaycan)da əmanətləriniz TƏHLÜKƏDƏ - DİQQƏT!
Bu gün, 13:01
Bəzi yerlərdə yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:53
Ramiz Mehdiyevin cinayət işi üzrə yeni detallar məlum oldu - TƏFƏRRÜAT
Bu gün, 12:50
Mirzoyan və Kallas tərəfdaşlıq üzrə yeni gündəliyi müzakirə edib
Bu gün, 12:43
"Hətta İrəvanın mərkəzindəki Göy məscid də farslaşdırılıb" - deputat
Bu gün, 12:42
Moskvada erməni tanınmış kinooperatoru qətlə yetirib
Bu gün, 12:37
Ruslar bizə İKİNCİ TƏYYARƏ MESAJI YOLLAYIR... - NƏ BAŞ VERİR?
Bu gün, 12:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru