Rusiya və ABŞ xarici işlər nazirlərinin görüşü təxirə salınıb .....                     Azərbaycanlı alim Ankarada “Türk dünyasında yeniləşmək-cədidçilik fəlsəfəsinin iki məktəbi: hüseynzadəçilik və qaspıraçılıq” mövzusunda məruzə edib .....                     London meri pedofil dəstələrinin fəaliyyətini gizlətməkdə ittiham olunur .....                     Qağaməli Seyfullayev “Neftqaztikinti” Trestini KOLXOZA DÖNDƏRİB .....                     Ramiz Mehdiyevin ailəsi ilə bağlı sirlər açılır .....                     "Gürcüstanın qərarı milli azlıqların təhsil hüququnun pozulması deməkdir” .....                     Ramiz Mehdiyevin gömrükdəki ƏSAS ADAMI: Azər Məmmədov... .....                     "Mehdiyev işi"nə görə onlarla vəzifəli şəxs həbs oluna bilər" .....                     "Bu işdə bizim peşəkar medianın da günahı var" .....                     Dövlət Sərhəd Xidmətinin tenderində iştirak edəcək 3 şirkət tapılmadı .....                     Mehdiyevin biznes şəbəkəsi əlindən alınır .....                     Fiziki şəxs Rasim Rzayev kimdir ki belə... .....                     Niyazi Bayramov rəsmən ÖZBAŞINA QALIB... .....                     “Ramiz Mehdiyev bizi 24 il parlamentə buraxmadı” .....                     Camaata xəstə heyvanların əti yedirilir... .....                     Bu şirkət Qarabağda evlərin təmirindən .....                     Fəzail Ağamalı Ramiz Mehdiyevə məktubundan danışdı .....                     Elm və Təhsil Nazirliyində yoxlama aparılsa... .....                     Rəqqasəmiz fəlsəfi danışır... .....                     ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini 11-ci dəfə rədd etdi .....                     Ramiz Mehdiyev bir az dik duran insanları sındırıb, məhv edib .....                     "Yutub qazancım bütün müğənnilərin gəlirindən çoxdur" .....                     Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkət edən sürücü həbs olundu .....                     Bakı hava limanında iş adamı narkotiklə saxlanıldı: Həbs edildi .....                     Bu MKTB-lərin 16,1 milyon manat borcu var .....                     Qubada tonlarla alma bağlarda ÇÜRÜYÜR .....                     Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş .....                     İrəvanda səs-küylü hadisə: Kadırovun adamları... .....                     Görüşlər və "danışıqlar" .....                     Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər .....                     Böyük Britaniyanın gəmiçilik şirkətinin Azərbaycandakı törəməsi bağlanır .....                     İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin… .....                     Müdafiə Nazirliyinin rəisi onlardan rüşvət alıb .....                     “Ramiz Mehdiyevi incitsələr, onu müdafiə edəcəyəm” .....                     Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər .....                     SOCAR-da dəyişiklik gözlənilir .....                     Nazirlik Vəli Bayroyevdən 18 min manata ofis icarəyə götürüb .....                     "Ramiz Mehdiyev özünü elə aparırdı ki, sanki dünyada onu əvəzedəcək adam yoxdur" .....                     Putin Şaraa ilə niyə “yaşıl otaq”da görüşdü? .....                     Bakcell bu həftə 1 avtomobil, 7 “iPhone 17” hədiyyə edəcək! .....                 

Elm və Təhsil Nazirliyində yoxlama aparılsa... - İTTİHAM VAR...
Tarix: Bu gün, 05:24 | Çap et

"Dövlətimiz hər il təhsilə, təxminən, 5 milyard manat vəsait ayırır". Bizimyol.info xəbər verir ki, bu sözləri “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini İdris İsayev deyib. Nazir müavini qeyd edib ki, digər ölkələrdə, orta hesabla, 85 faiz investisiya dövlət üzərindədir: "Azərbaycanda bu göstərici 95 faiz və daha yüksəkdir. Ölkəmizdə təhsilə yatırım sürətlə artır. Təhsilə bundan sonra da diqqət artırılacaq. Bu da bizə imkan verəcək ki, təhsilin daha keyfiyyətli formada təminatını həyata keçirək”.

  • Hər il təhsilə 5 milyard manat ayrılırmı? Ayrılırsa, bu pul doğru istiqamətdə xərclənirmi? Əgər xərclənirsə, niyə müəllimlər imtahanı keçə, direktorlar "özünü" və məktəbi idarə edə bilmir?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib ki, təhsil büdcəsi çox səmərəsiz və təyinatı üzrə xərclənmir: “Elm və Təhsil nazirinin müavini İdris İsayevin söylədiyi fikri barədə razıyam ki, doğrudan da dövlətimiz ildən-ilə təhsil sahəsinə investisiyanın qoyuluşunu artırır, o cümlədən də təhsil büdcəsi də ildən-ilə artır. Bizim təhsil sahəsinə ayrılmış büdcə az qala qonşu Ermənistan Respublikasının Dövlət büdcəsinə çatmaqdadır. Amma çox təəssüf olsun ki, təhsil büdcəsi çox səmərəsiz istifadə olunur və təyinatı üzrə xərclənmir. Elm və Təhsil Nazirliyinin vəzifəsi ölkədə təhsil siyasətini həyata keçirməkdir. Amma hal-hazırda elm və təhsil nazirliyinin fəaliyyətinə baxsaq təhsil büdcəsi müxtəlif təlimlərə, layihələrə xərclənir. Eyni zamanda təchizat vasitəsi ilə də təhsil büdcəsinin silinməsi görsənir. Hal-hazırda Maliyyə Nazirliyi, yaxud Hesablama Palatası Elm və Təhsil Nazirliyini yoxlayarsa, 100 milyonlarla vəsaitin təyinatı üzrə xərclənmədiyi məlum olacaq və bu da təbii ki, çox ciddi problemlərə gətirib çıxardacaq. Nəticə etibarilə Elm və Təhsil Nazirliyində korrupsiyalaşmış bir qruplaşma var. Bu qruplaşmadakı şəxslər özəl şirkətlərdən, müxtəlif zavodlardan və fabriklərdən gətirilmiş təhsilə aidiyyəti olmayan şəxslərdir ki, bunlar büdcə vəsaitlərini dağıtmağı daha yaxşı bacarırlar. Nəticədə təhsil qalır bir yana və təhsil büdcəsi təyinatı üzrə xərclənmir. Yalnız pul silmələrə xidmət edir. Bəli doğrudan da Azərbaycan dövləti təhsilə vəsait ayırır, amma bu vəsaitlər təyinatı üzrə xərclənmir. Ən böyük "pul yemə maşını" Təhsil İnstitutudur. Mən çox istərdim ki, Elm və Təhsil Nazirliyinin rəsmiləri il ərzində neçə milyon manat təlimlər vasitəsilə "məhv edilir". Neçə milyon manat layihələr vasitəsilə "silinir". Bunları göstərsinlər. Neçə milyondur, neçə yüz milyonlardır. Bu təlimlərin, bu layihələrin, nəticəsi nədir? Müsbət nəticəsi varmı? O da yoxdur”.

Təhsil eksperti vurğulayıb ki, Elm və Təhsil Nazirliyi dövlət qulluğuna vakansiyaları ən çox gizlədən qurumdur: “Elm və Təhsil Nazirliyi ölkə prezidentinin 24 iyul 2023-cü il tarixli məlum fərmanı ilə təsdiq olunmuş Elm və Təhsil Nazirliyinin əsasnaməsinə uyğun olaraq fəaliyyət göstərməlidir. Çox təəssüf olsun ki, biz Elm və Təhsil Nazirliyinin Əsasnamə üzrə fəaliyyət göstərdiyini görmürük. Qeyd edim ki, Elm və Təhsil Nazirliyində təhsillə bağlı olan kadrlar yoxdur. Ölkənin təhsil büdcəsinin təqribən yarısı ümumtəhsil pilləsinə ayrılır, amma çox təəssüflər olsun ki, ölkədə ən bərbad vəziyyətdə ümumtəhsil sektorundadır. Hal-hazırda 12 regional idarə Bakı şəhərininin təhsil idarəsinin Nəvai Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi mövcuddur. Bakı Təhsil İdarəsinin 3 ildən artıqdır ki, rəhbəri yoxdur. Bakı Təhsil İdarəsində hal-hazırda rəhbər vəzifədə məktəbəqədər ümumtəhsil üzrə dövlət agentliyinin müdir vəzifəsini daşıyan Nərminə xanım rəhbərlik edir və Emin Əmrullayevin Amerikadan tələbə yoldaşıdır. Hansı ki, ömründə 1 dəfə də olsun nə məktəbəqədər müəssisədə işləyib, nə bu sahədə təhsili, nə də anlayışı var.

Bu gün Bakı şəhər Təhsil İdarəsi hansı ki, ölkədə işləyən hər 5 müəllimdən biri, təhsil alan hər 3 şagirddən biri Bakı şəhər Təhsil İdarəsinə tabe olan məktəblərdədir. Bakı şəhər Təhsil İdarəsi necə, hansı formada idarə olunur? Bunu Bakı məktəblərində olan vəziyyəti göstərir. Eyni zamanda 12 regional təhsil idarəsi artıq 12 xanlığa bölünüb. Biri də Naxçıvan Muxtar Respublikasının təhsil naziridir. Ölkə təhsili heç vaxt bu qədər bərbad vəziyyətə düşməmişdir. Hətta Sovet İmperiyasının dağıldığı dövrlərdə 1990-cı illərin əvvəllərində belə ölkə təhsili bu qədər bərbad vəziyyətə düşməmişdir. Rüşvətxorluq, məktəblərdə pul yığılmalar, uşaqlara qarşı cinsi zorakılıq, təhsil idarəetmə orqanlarının fəaliyyətsizliyi - bütün bunlar hamısı bir arada sanki belə bir təəssürat yaradır ki, təhsil sistemi bilərəkdən məhv edilir. Təhsil sistemi bilərəkdən dağıdılır. Əslində dağıdılıb.

Təsəvvür edin, artıq tədris ilinin 5-ci həftəsidir, yüzlərlə məktəblərdə müəllim çatışmır, yüzlərlə məktəblərdə dərsliklər çatışmır. Yüzlərlə məktəblərdə hələ də dərs bölgüsü və dərs cədvəli aparıla bilməyib. Bu qədər xaos, bu qədər anarxiya 2-ci bir dövlət qurumunda yoxdur. Bu gün sosial şəbəkəni açırıq, yalnız təhsildə olan neqativ hallardan danışılır. Reallıq budur ki, bütün bunların içərisində ölkədə olan 4400-dən artıq məktəbdə hər 5-6 məktəbin birində direktor əvəzedicidir. Ölkədə olan 4-5 məktəbin birində direktor müavini vəzifəsi ən azı vakantdır. Ortalama hər 4 məktəbin birini direktor əvəz edir. Hər 3 məktəbin birində ən azı bir müavin yoxdur. İboyu ancaq işə qəbul müsabiqələri keçirilirdi. Hər regionun özünün işə qəbul qaydaları ayrıdır. Sanki başqa bir strukturdur.

Bundan əlavə olaraq, Elm və Təhsil Nazirliyi dövlət qulluğuna vakansiyaları ən çox gizlədən qurumdur. Təmiz bazar münasibətləri hökm sürür. Kim nə istəyir, onu edir. Qaydalar yoxdur, olan qaydalar da işləmir. Bütün bunların içərisində deyə bilərik ki, yenə də dövlət ən çox investisiyanı elm və təhsilə yatırır. Bəs təhsili idarə edənlər bu investisiya ilə nə edirlər? Başlarına nə oyun açırlar? Vəziyyət o qədər kritikdir ki, cəmiyyət də, təhsil prosesinin tərəfləri də, təhsillə bağlı olan olmayan insanlar da hamı yaxşı bilir ki, ölkə təhsili sürətlə məhv edilir və bu məhvetmə prosesinin başında Emin Əmrullayev, onun “AZGRANATA”-dan gətirdiyi dostları, digər şirkətlərdən gətirdiyi dostlarıdır. Mahiyyət etibarilə, bu proses bütün sürəti ilə davam edir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya və ABŞ xarici işlər nazirlərinin görüşü təxirə salınıb - KİV
Bu gün, 08:35
Azərbaycanlı alim Ankarada “Türk dünyasında yeniləşmək-cədidçilik fəlsəfəsinin iki məktəbi: hüseynzadəçilik və qaspıraçılıq” mövzusunda məruzə edib
Bu gün, 08:26
London meri pedofil dəstələrinin fəaliyyətini gizlətməkdə ittiham olunur
Bu gün, 07:32
Qağaməli Seyfullayev “Neftqaztikinti” Trestini KOLXOZA DÖNDƏRİB - BU NƏDİ BELƏ?
Bu gün, 07:30
Ramiz Mehdiyevin ailəsi ilə bağlı sirlər açılır - “Arvadı və qızı…”
Bu gün, 07:24
"Gürcüstanın qərarı milli azlıqların təhsil hüququnun pozulması deməkdir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:55
Ramiz Mehdiyevin gömrükdəki ƏSAS ADAMI: Azər Məmmədov... HƏLƏ DƏ İŞ BAŞINDADIR...
Bu gün, 06:49
"Mehdiyev işi"nə görə onlarla vəzifəli şəxs həbs oluna bilər" - GÖZLƏNTİ
Bu gün, 06:29
"Bu işdə bizim peşəkar medianın da günahı var" - Professordan dezinformasiyalara MÜNASİBƏT
Bu gün, 06:27
Dövlət Sərhəd Xidmətinin tenderində iştirak edəcək 3 şirkət tapılmadı - TƏFƏRRÜAT
Bu gün, 06:01
Mehdiyevin biznes şəbəkəsi əlindən alınır - TƏHLÜKƏLİDİR...
Bu gün, 05:59
Fiziki şəxs Rasim Rzayev kimdir ki belə... - İLGİNC FAKTLAR
Bu gün, 05:47
Niyazi Bayramov rəsmən ÖZBAŞINA QALIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 05:43
“Ramiz Mehdiyev bizi 24 il parlamentə buraxmadı” - Partiya sədri
Bu gün, 05:36
Camaata xəstə heyvanların əti yedirilir... - AQTA-nın nəzərinə...
Bu gün, 05:34
Bu şirkət Qarabağda evlərin təmirindən - 6 MİLYON QAZANACAQ
Bu gün, 05:31
Fəzail Ağamalı Ramiz Mehdiyevə məktubundan danışdı - "Siyasətdə adi şeydir"
Bu gün, 05:27
Elm və Təhsil Nazirliyində yoxlama aparılsa... - İTTİHAM VAR...
Bu gün, 05:24
Rəqqasəmiz fəlsəfi danışır... - FOTO
Bu gün, 05:10
ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini 11-ci dəfə rədd etdi - "C-SPAN" telekanalı
Bu gün, 05:03
Ramiz Mehdiyev bir az dik duran insanları sındırıb, məhv edib - VİDEO
Bu gün, 04:58
"Yutub qazancım bütün müğənnilərin gəlirindən çoxdur"
Dünən, 22:29
Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkət edən sürücü həbs olundu - TƏFƏRRÜAT
Dünən, 22:25
Bakı hava limanında iş adamı narkotiklə saxlanıldı: Həbs edildi - TƏFƏRRÜAT
Dünən, 18:10
Bu MKTB-lərin 16,1 milyon manat borcu var - Rəhbərlərinə "stop" qoyula bilər
Dünən, 18:08
Qubada tonlarla alma bağlarda ÇÜRÜYÜR – Fermerlər ÇƏTİN DURUMDA
Dünən, 18:05
Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - FOTOFAKT
Dünən, 17:52
İrəvanda səs-küylü hadisə: Kadırovun adamları... - FOTO
Dünən, 17:45
Görüşlər və "danışıqlar" - Sülh olacaqmı?
Dünən, 17:38
Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər - SİYAHI
Dünən, 17:36
Böyük Britaniyanın gəmiçilik şirkətinin Azərbaycandakı törəməsi bağlanır
Dünən, 17:32
İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin… - "Belə görünür ki..."
Dünən, 17:24
Müdafiə Nazirliyinin rəisi onlardan rüşvət alıb - DETALLAR
Dünən, 17:22
“Ramiz Mehdiyevi incitsələr, onu müdafiə edəcəyəm” – Novella Cəfəroğludan ŞOK AÇIQLAMA
Dünən, 17:19
Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər - ARAŞDIRMA
Dünən, 16:44
SOCAR-da dəyişiklik gözlənilir – Fərhan Əliyev vitse-prezident olacaq?..
Dünən, 16:37
Nazirlik Vəli Bayroyevdən 18 min manata ofis icarəyə götürüb
Dünən, 16:29
"Ramiz Mehdiyev özünü elə aparırdı ki, sanki dünyada onu əvəzedəcək adam yoxdur" - Keçmiş Baş nazirdən İLGİNC AÇIQLAMALAR
Dünən, 16:23
Putin Şaraa ilə niyə “yaşıl otaq”da görüşdü? – Danışıqların qaranlıq üzü
Dünən, 16:18
Bakcell bu həftə 1 avtomobil, 7 “iPhone 17” hədiyyə edəcək! - DETALLAR
Dünən, 16:16
Bu klinikalarda plastik əməliyyat təhlükəlidir - FOTOLAR/SİYAHI
Dünən, 16:05
Mənə “hər şey yaxşı olacaq” deməyin - Simonyan
Dünən, 15:58
Sinaqoqda terrora hazırlaşan şəxs məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Dünən, 15:56
Naxçıvanda nazir müavini vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:46
Ramiz Mehdiyev nə qədər pensiya alır? - “Gözqamaşdıran məbləğ”
Dünən, 15:40
“Məktəbə bahalı telefonla gəlir, müəllimə hücum çəkir” – VİDEO
Dünən, 15:38
Bu şirkət yenidən nazirliyin 10 milyonluq - TENDERİNİ UDDU
Dünən, 15:36
Məktəbdə oxuyan qızların ailəsinə pul verilsin - Erkən nikahla mübarizədə yeni yol
Dünən, 15:32
Gəncədə 71 yaşlı kişi xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq ölüb - belə deyirlər...
Dünən, 15:24
Bakı xarabalıqlarından QAZANILAN MİLYONLAR... - BU TARİXDİR, AXI...
Dünən, 15:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru