Keşiş Aram Asatryan Erməni Apostol Kilsəsindən uzaqlaşdırılıb.
Teleqraf xəbər verir ki, müvafiq sərəncam bütün ermənilərin katolikosu II Qaregin tərəfindən imzalanıb.
Asatryan “erməni kilsəsini və onun rəhbərini ləkələməkdə” ittiham olunub.
Qərara əsasən, kilsədən uzaqlaşırılan keşiş dünyəvilər sırasına daxil edilib və adı Stepan Asatryana dəyişdirilib. Yəni dini adı (Aram Asatryan) ləğv edilib.
Xatırladaq ki, Asatryan bundan əvvəl II Qareginin din adamlarını siyasi müxalifətin mitinqlərində iştiraka məcbur etdiyini açıqlayıb. Keşiş katolikosun gizli şəkildə müxalifətin siyasi fəaliyyətlərində iştirak etdiyini də söyləyib. Məsələ ilə əlaqədar açılan cinayət işi çərçivəsində artıq kilsənin üç yeparxiyasının rəhbəri həbs olunub.