"Gavalı" mağazalar şəbəkəsinin müştəriləri çərəz, quru meyvələr və lokum alış-verişi zamanı aldıqları kassa çekləri ilə bağlı ciddi problemlə üzləşiblər.
32gun.az xəbər verir ki, Mağazanın rəsmi VÖEN təyinatında "kafe meyvəli" göstərilməsinə baxmayaraq, əsasən pərakəndə satış məhsulları təklif edən "Gavalı"dan alınan mallara görə ödənilmiş Əlavə Dəyər Vergisinin (ƏDV) geri qaytarılması mümkün olmur. Təqdim edilən qəbzlərdə 2% Sadə Vergi qeyd edilsə də, bu çeklər "ƏDV geri al" sistemi tərəfindən qəbul edilmir. Üstəlik, kassa çeklərində məhsulların adı ümumi şəkildə ("Quru meyvə", "Müxtəlif məhsullar, şokoladlar, lokumlar, çərəzlər, digər məhsullar") göstərilir ki, bu da Vergi Məcəlləsinin fiskal çeklərə dair tələblərinə cavab verməyərək ƏDV-nin geri alınması prosesinə maneə yaradır. Bu vəziyyət, mağazanın rəsmi qeydiyyat növü ilə faktiki fəaliyyəti arasındakı uyğunsuzluq səbəbindən vergi sistemində yaranan problemlərə işarə edir və alıcılara ƏDV-nin bir hissəsini geri almaq imkanını əllərindən alır.
32gun.az-ın əldə etdiyi digər məlumata görə “Kafe Meyvəli” MMC-də operativ vergi nəzarəti həyata keçirilib. nəzarət tədbiri üzrə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasının vəziyyəti haqqında akt tərtib olunub.
Bu akta əsasən şirkətə 1000 manat maliyyə sanksiyası tətbiq edilib.
Bildirək ki, "KAFE MEYVƏLİ" MMC-nin qanuni təmsilçisi AZƏR ORUCOV BƏHMƏN OĞLU, nizamnamə kapitalı 50 manatdır.