Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ramiz Mehdiyevlə əlaqəsi olduğu bildirilən deputatlardan biri də Rasim Musabəyovdur.
"DİA-AZ" demokrat.az-a istinadla xəbər verir ki, o, iddianın doğru olmadığını bildirib:
“Kimin ağlına nə gəlir, danışır. Son 10 ildə Ramiz Mehdiyevlə heç üz-üzə gəlib salamlaşmamışıq. hansı münasibətdən danışmaq olar?
Təbii ki, ikimiz də sovet adamlarıyıq, bir-birimizi tanıyırıq. Amma hansısa şəxsi təmaslarımız olmayıb. Üz-üzə 4-5 dəfə gəlmişik, ya yox”.