Daha 3 nəfər müğənni Dəniz Əsədovadan xüsusi ittiham qaydasında cəzalanmasını tələb edir
Tarix: 2-12-2024, 17:46 |
Çap et
Daha 3 nəfər müğənni Dəniz Əsədovadan xüsusi ittiham qaydasında cəzalanmasını tələb edir.
"Report"un xəbərinə görə, şikayətçilər Dəniz Əsədovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş edir.
Hər üç şəxsin müraciətinə hazırda Binəqədi rayon Məhkəməsində baxılacaq.
Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən bu maddədə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Qeyd edək ki, hazırda məhkəmədə Dəniz Əsədova barəsində anoloji məhkəmə prosesi davam edir.