Agentlikdən "Safe Point"ə 15 milyon manatlıq sifariş .....                     Bakı kiçilməsə... Azərbaycan BÖYÜMƏYƏCƏK... .....                     "İstədikləri vaxt suyu kəsirlər..." .....                     Praqa-Bakı reysində həyəcanlı anlar: AZAL-ın "qarabuğdayı" bələdçisi əsl qəhrəmanlıq etdi .....                     "Bu meydanı yaradan şəxs mənim ulu babam olub" .....                     Azərbaycan Qəzzaya niyə ƏSGƏR YOLLAMADI... .....                     Mübariz Mənsimov BUNLARI GÖRMÜRMÜ? .....                     Benzin bahalaşdı, taksi qiymətləri də qalxacaq? .....                     "“Azəriqaz” əhali üçün yeni “sayğac” əməliyyatı hazırlayır" .....                     Yasamalda “ekoloji terror” törədən şirkət görün kimin imiş .....                     Doğrudanmı, Venesuela böhranı ABŞ-Azərbaycan münasibətlərinə təsir edəcək? .....                     Neft ucuzlaşacaq, gəlirlər azalacaq! .....                     Azərbaycan üçün həm risk, həm də strateji fürsətlər... .....                     Ermənistan: səs-küylə uçmaq, yoxsa sakitcə qazanmaq? .....                     "Sənətinə hörmət etməyən insan musiqi adına böyük bir ləkədir" .....                     "Görünən odur ki beynəlxalq hüquq və prinsiplər işləmir" .....                     Real Dünya güc və qüdrətlə idarə olunur .....                     Kommunist Qurbanov İtaliyada müalicə alır .....                     Siqaret yenə bahalaşacaq? .....                     Bakıda ilin ilk ALİ GÖRÜŞÜ .....                     ABŞ-də vitse-prezidentin evində baş vermiş hadisədən sonra bir nəfər saxlanılıb .....                     Sabiq idarə rəisinin müavini Rəşad Daşdəmirovun yerinə gətirildi .....                     Türkiyədə 4 tankeri varmış .....                     Ali Məhkəmə həbsdəki jurnalistin cəzasını azaltdı .....                     Pərvizlə Türkanın arasına kim girib? .....                     Maduro həyat yoldaşı ilə birgə helikopterlə Manhetten məhkəməsinə aparılıb .....                     Tokayev Nazarbayevin Putinlə görüşlərinə münasibət bildirib .....                     5,5 milyardlıq büdcəsi olan nazirlik müəllimin 120 manatına göz dikib? .....                     "BTB Bank"dan oğurluq edən şəxslərlə bağlı .....                     Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı .....                     “P-Aqro” MMC-nin direktoru Azər Əlizadə ölkədən qaçıb?.. .....                     Deputatdan “Azəriqaz”a sərt mesaj .....                     Məşhur beyin mərkəzinin Azərbayan və Ermənistanla bağlı .....                     Bu il sülh olacaqmı? .....                     Moldova ordusu "Kalaşnikov" avtomatından imtina edib .....                     Maduronun oğlundan xəyanət sözləri .....                     LC Waikiki və Penti-nin Azərbaycandakı nümayəndəsi kapitalını azaldır .....                     3,2 milyon manatlıq avtomobil şirkəti .....                     Siqaretlərin qiyməti qoy lap çox bahalaşsın, “kəllə-çarx”a çıxsın! .....                     Üç qardaşın şərik olduğu şirkət borca düşdü .....                 

İran dəyişir: Təbriz niyə OYAQ DEYİL?.. - AKTUAL
Tarix: Dünən, 08:35 | Çap et

Artıq ötən ilin son günlərindən etibarən İranda etiraz aksiyaları intensiv şəkildə start götürüb. Əsasən farsdilli şəhərlərin əhalisi qiymət artımı, devalivasiya və iqtisadi böhranla bağlı etiraz edərək, hökumətdən tədbir görməsini tələb edir.

Öncəliklə bildirim ki, bu aksiyalar gözlənilən və proqnozlaşdırılan idi. Çünki gedişat gec-tez etiraza səbəb olacaqdı. Bunun üçün ciddi səbəblər var idi. Sanksiyalar, daxili çəkişmə, rejim rəhbərliyi ilə hökumət arasında ciddi fikir ayrılığı, SEPAH-ın ayrıca müstəqil qrup olaraq iş başına keçməsi və sair səbəblər göstərmək olar.

Bu aksiyaların əvvəlki dönəmlərdəki aksiyalardan mühüm bir fərqi diqqəti çəkir. Əgər Məhsa Əmini və ondan öncəki benzin etirazları zamanı aksiyalara ancaq sadə vətəndaşlar, fəhlə və tələbələr qoşulurdularsa, bu dəfəki aksiyanın təşkilatçısı kiçik burjaziyadır. Belə ki, Tehran Bazarının tacir heyəti artıq bahalaşma qarşısında duruş gətirə bilmədiklərindən məcburi bu addımı atmalı olublar.

İndiyə qədərki aksiyalarda burjaziyanın heç bir qolu və təbəqəsi iştirak etməyib. Əsasən İrandakı rejimin əsas iqtisadi dayaqları hesab olunurdular. Lakin bu hadisələr göstərdi ki, rejim həmin dayağını itirməyə başlayıb.

Əgər diqqət etsəniz, İran rejimi etirazçılara qarşı əvvəlki kimi daha sərt davranmır. Kütləvi həbslər, qətllər reallaşdırmır. Çünki ümid edir ki, burjaziyanı yenidən öz tərəfinə çəkə biləcək. Yəni, onlara qarşı daha sərt davranış bu təbəqəni birdəfəlik itirməyə səbəb ola bilər.

Pezeşkian, Qalibaf, habelə Səid Cəlili belə onlara boşuna dialoq təklif etmir. Əksinə, hadisələrin məcrasından çıxmamasına çalışırlar. Və yenidən onların etimadını qazanmağa cəhd edirlər. Bu imkanlar tükənərsə, durum fərqli şəkil almağa başlayacaq.

Hadisələri fərqləndirən bir başqa amil isə şüarlarda və tələblərdə yeniliyin olmasıdır. Düzdür, bundan öncəki aksiyalarda da tələblərdə rejim dəyişikliyi mövzusu var idi. Amma bu dəfəki qədər qabarıq deyildi.

Məsələ belədir ki, etirazçılar molla rejiminin getməsini açıq tələb şəklində qoymağa başlayıblar. Seçim olaraq İranın keçmiş şahı Rza Pəhləvinin ölkəyə dönməsi və hakimiyyətə sahiblənməsi tələbini qaldırıblar.

Niyə Rza Pəhləvi? Məsələ belədir ki, İrandakı rejim daxildə lider olmaq potensialı olan şəxsləri ya məhv edib, ya da ölkədən qaçmasına şərait yaradıb. Adətən, ölkədən qaça bilənlərin sayı barmaqla sayıla biləcək qədərdir. Üstəlik, onlar xaricdə əsl lider kimi yetişə bilməyiblər.

Bu gün müxalifət lideri kimi “Yaşıl Hərəkat”ın lideri Mirhüseyn Musəvinin, habelə Mehdi Kərrubi, hətta keçmiş prezident Həsən Ruhaninin adı çəkilsə də, İran cəmiyyətinin onlara güvənməsi real deyil.

Paralel olaraq, xaricdəki siyasi fəallar arasında da indiyə qədər ciddi bir lider formalaşmayıb. Əgər Məhsa Əmini aksiyaları zamanı Qacar nəslinin nümayəndəsi Babək Mirzə və daha bir neçə nəfərin adı lider kimi səsləndirilsə də, onların siyasi arenadda duruş gətirməsi uzun çəkmədi.

Pəhləvinin ön plana çıxması da məhz alternativsizliyin nəticəsidir. Yəni, onun rəqibi yoxdur. Əgər sabah rəqib ortaya çıxarsa, Pəhləvi əvvəlki kimi yenə ikinci plana keçəcək.

Güney Azərbaycan şəhərləri niyə aksiyalara qoşulmurlar?

Bunun bir neçə səbəbi var. Birinci səbəb odur ki, Təbriz burjaziyası Tehran biznesmenlərindən fərqli olaraq, molla rejimindən istədiyini qopara bilir. Məsələn, son iki gündə Təbrizə külli miqdarda ucuz qiymətə zəruri ərzaq malları göndərilib. Yəni, bazarda əhalinin cibinə uyğun qiymət formalaşdırılıb.

İkincisi, Pəhləvi məsələsi fikir ayrılığına səbəb olub. Güney ictimaiyyəti Pəhləvinin tərəfdarı olmadığını birmənalı bəyan edir. Çünki zamanında şahın hansı zərbələrini yediklərinin fərqindədirlər. Və hesab edirlər ki, Pəhləvi hakimiyyətə gələrsə, Güney Azərbaycan şəhərləri ciddi nəzarət altına düşməklə yanaşı, repressiyaların da mərkəzinə çevriləcək.

Bu əsnada bir məqamı diqqətinizə çatdırım. Ötən günlərdə Rza Pəhləvi açıqlamasında bəyan edib ki, o, İranda türk adlı xalq tanımır. Halbuki öz doğmaca anası Fərəh Pəhləvi əsilli, nəsilli türkdür. Yəni, adam öz anasını danır.

Üçüncüsü, Təbriz İranda 3 dəfə inqilabın beşiyi olmaqla yanaşı, həm də həlledici rol oynayıb. Hər üçündə də ən böyük zərbəni alıb. Xiyabani, Səttar xan öldürüldüyü kimi, Güneyin ən nüfuzlu alimi olan və İslam inqilabından sonra Azərbaycan şəhərlərini mollalara qarşı qaldıran məşhur ayətullah Şəriətmədari də qətlə yetirildi. Bu gün də Mədari tərəfdarları var və onun ideyasını dəstəkləyənlər mövcuddur.

O səbəbdən də Güney prosesləri izləyir, öz maraqlarına cavab verəcəyi təqdirdə hadisələrə qoşulub, həlledici nöqtəni qoyacaq. Yəni, bu gün analoji səhvləri edib, eyni vəziyyətlə üzləşmək istəmirlər.
Bundan sonra İranda nə baş verəcək? Hazırda ölkə içində daha hansı proseslər gedir? Bu barədə də gəlğn yazılarımızda.

Fikrət Fərəməzoğlu yenicag.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Agentlikdən "Safe Point"ə 15 milyon manatlıq sifariş - DETALLAR
Bu gün, 08:13
Bakı kiçilməsə... Azərbaycan BÖYÜMƏYƏCƏK... - BU, BELƏDİR!
Bu gün, 08:05
"İstədikləri vaxt suyu kəsirlər..." - GİLEY
Bu gün, 07:52
Praqa-Bakı reysində həyəcanlı anlar: AZAL-ın "qarabuğdayı" bələdçisi əsl qəhrəmanlıq etdi - TƏFƏRRÜAT
Bu gün, 07:38
"Bu meydanı yaradan şəxs mənim ulu babam olub" - Xalq artisti
Bu gün, 07:35
Azərbaycan Qəzzaya niyə ƏSGƏR YOLLAMADI... - İndi aydın olur...
Bu gün, 07:29
Mübariz Mənsimov BUNLARI GÖRMÜRMÜ? - İTTİHAM VAR...
Bu gün, 07:21
Benzin bahalaşdı, taksi qiymətləri də qalxacaq? – Gözlənilən ssenari
Bu gün, 07:05
"“Azəriqaz” əhali üçün yeni “sayğac” əməliyyatı hazırlayır" - Görünəni odur ki...
Bu gün, 06:54
Yasamalda “ekoloji terror” törədən şirkət görün kimin imiş – “Avant Group” MTK ilə bağlı yeni detallar üzə çıxdı
Bu gün, 06:51
Doğrudanmı, Venesuela böhranı ABŞ-Azərbaycan münasibətlərinə təsir edəcək? - AKTUAL
Bu gün, 06:48
Neft ucuzlaşacaq, gəlirlər azalacaq! - Azərbaycan bu perspektivə necə hazırlaşmalıdır?
Bu gün, 06:46
Azərbaycan üçün həm risk, həm də strateji fürsətlər... - NƏ BAŞ VERİR?
Bu gün, 06:43
Ermənistan: səs-küylə uçmaq, yoxsa sakitcə qazanmaq? - ARAŞDIRMA
Bu gün, 06:38
"Sənətinə hörmət etməyən insan musiqi adına böyük bir ləkədir"
Bu gün, 06:33
"Görünən odur ki beynəlxalq hüquq və prinsiplər işləmir" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:31
Real Dünya güc və qüdrətlə idarə olunur - Ağ Evdən İLGİNC ETİRAF
Bu gün, 06:23
Kommunist Qurbanov İtaliyada müalicə alır
Dünən, 19:05
Siqaret yenə bahalaşacaq? - AÇIQLAMA
Dünən, 17:54
Bakıda ilin ilk ALİ GÖRÜŞÜ - Prezidentin ABŞ-dən o tələbi...
Dünən, 17:16
ABŞ-də vitse-prezidentin evində baş vermiş hadisədən sonra bir nəfər saxlanılıb
Dünən, 17:13
Sabiq idarə rəisinin müavini Rəşad Daşdəmirovun yerinə gətirildi - BUNDAN SONRA...
Dünən, 17:09
Türkiyədə 4 tankeri varmış - İDDİA
Dünən, 17:07
Ali Məhkəmə həbsdəki jurnalistin cəzasını azaltdı - AÇIQLAMA
Dünən, 17:06
Pərvizlə Türkanın arasına kim girib? – "Bizi gözə gətiriblər"
Dünən, 17:02
Maduro həyat yoldaşı ilə birgə helikopterlə Manhetten məhkəməsinə aparılıb
Dünən, 17:00
Tokayev Nazarbayevin Putinlə görüşlərinə münasibət bildirib
Dünən, 16:58
5,5 milyardlıq büdcəsi olan nazirlik müəllimin 120 manatına göz dikib? - “Təhsilə pul xərcləmək lazımdır, qazanmaq yox”
Dünən, 16:49
"BTB Bank"dan oğurluq edən şəxslərlə bağlı QƏRAR
Dünən, 16:48
Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - ƏMR
Dünən, 16:47
“P-Aqro” MMC-nin direktoru Azər Əlizadə ölkədən qaçıb?.. - NƏ BAŞ VERİR?
Dünən, 16:45
Deputatdan “Azəriqaz”a sərt mesaj - "...“texniki çətinlik” izahı kifayət etmir"
Dünən, 16:41
Məşhur beyin mərkəzinin Azərbayan və Ermənistanla bağlı PROQNOZU
Dünən, 16:37
Bu il sülh olacaqmı? - Bakının son tələbləri budur
Dünən, 16:32
Moldova ordusu "Kalaşnikov" avtomatından imtina edib - "Sputnik"
Dünən, 16:31
Maduronun oğlundan xəyanət sözləri - “Hərbi qüvvələr heç bir müqavimət göstərmədi”
Dünən, 16:25
LC Waikiki və Penti-nin Azərbaycandakı nümayəndəsi kapitalını azaldır
Dünən, 16:22
3,2 milyon manatlıq avtomobil şirkəti - LƏĞV OLUNUR
Dünən, 16:19
Siqaretlərin qiyməti qoy lap çox bahalaşsın, “kəllə-çarx”a çıxsın! - İqtisadçımız belə deyir
Dünən, 16:16
Üç qardaşın şərik olduğu şirkət borca düşdü
Dünən, 16:12
BDU-nun 23 milyonluq təmir tenderini udan şirkət məlum oldu
Dünən, 16:11
Azərbaycan Ərəb Əmirliklərindən donuz ətindən hazırlanan ərzaq unu idxal edib
Dünən, 16:10
Xankəndidə Türkiyə vətəndaşları qanunsuz işləyirmiş - Şirkətə 30 min cərimə!
Dünən, 16:05
“Maduro əməliyyatı”nın nəticəsi necə olacaq?
Dünən, 16:03
Elmira Axundovanın yaxın adamı həbsin bir addımlığında - TƏFƏRRÜAT
Dünən, 15:58
II Qaregin rəsmən hədəfə alındı - “Əsl canidir, həbs olunmalıdır”
Dünən, 15:56
İran hələ o mərhələyə çatmayıb - İNCƏLƏMƏ
Dünən, 15:55
Nəsimidə icra başçısı vəzifəsi niyə birinci müavinə tapşırılmadı? - İLGİNC
Dünən, 15:52
Nazirlik Namiq Ağalarovdan 42 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Dünən, 15:13
Azərbaycanda burda da BAHALAŞMA OLACAQ... - AÇIQLAMA
Dünən, 15:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru