Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                     Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı .....                     Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı .....                     “Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? .....                     Paşinyan Putinə 200 dəfə zəng edib .....                     İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır .....                     Dövlətin yol getdiyi Adam... .....                     Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır .....                     “Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” .....                     Köçəryan seçki sandığını terrorla əvəzləyir: .....                     “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır .....                     Ermənistanda Rusiya pasportu skandalı: .....                     Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? .....                     Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar .....                     Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika .....                     Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb .....                     SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar .....                     Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... .....                     Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” .....                     “Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” .....                     Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, .....                     Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... .....                     Hamlet Musayevin qızı azadlığa buraxıldı .....                     Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək .....                     Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... .....                     Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: .....                     Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu .....                 

“Rus Evi”, saxlanılan rusiyalılar və köhnə yanaşma: Moskva yenə güc dili ilə danışır? - NƏ BAŞ VERİR?
Tarix: 5-01-2026, 07:52 | Çap et

Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin bu günlərdə “İzvestiya” qəzetinə müsahibə verərək, Azərbaycanla münasibətlərin mümkün normallaşdırılması prosesində Rusiyanın prioritetlərini açıqlayıb.

Biz Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının mümkün qədər tez azad edilməsinə çalışırıq. Onların qanuni hüquqlarına riayət olunmasını tələb edirik. Azərbaycan tərəfi yaxın günlərdə diplomatlarımızın həmin vətəndaşlarımızla, bizim soydaşlarımızla təkrar konsulluq təmasına razılıq verib. Bu məsələ gündəlikdə ciddi yer tutur və biz soydaşlarımızın ən qısa zamanda azad olunmasına çalışmaqda davam edəcəyik”, – Rusiya XİN nümayəndəsi bildirib.

Bu, birinci məqamdır.

Biz, əlbəttə ki, münasibətlərimizin ümumi normallaşması çərçivəsində bu münasibətlərin mədəni-humanitar tərkib hissəsinin də bərpa olunmasının tərəfdarıyıq. Bu, son dərəcə vacibdir və Rusiyanın Azərbaycanın mədəni-humanitar məkanında mövcudluğunu əhatə edir. Gündəliyimizdəki mövzulardan biri humanitar mövcudluğumuzun, o cümlədən “Rus Evi”nin fəaliyyətinin bərpasıdır”, – Qaluzin əlavə edib.

Bu isə ikinci məqamdır.

Beləliklə, Qaluzin 2025-ci il iyunun 30-u – iyulun 1-də Bakıda saxlanılmış 11 Rusiya vətəndaşının azad olunmasını istəyir. Bu istək başadüşüləndir. Ancaq başqa bir məqam anlaşılmaz qalır: o, niyə münasibətlərin gərginləşdiyi həmin dövrdə Rusiyanın müxtəlif şəhərlərində Azərbaycan millətindən olan şəxslərin saxlanıldığını və bu günədək orada həbsdə qaldıqlarını xatırlatmağı “unudur”? Bəlkə, Qaluzinə elə gəlir ki, Bakı Moskvaya nəsə borcludur və bu səbəbdən qarşı tərəfdən analoji addımlar tələb etmədən saxlanılan rusiyalıları azad etməlidir? Niyə belə olmalıdır?

Bundan əlavə, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov daha əvvəl Bakıda “Rus Evi” ilə bağlı məsələnin birmənalı şəkildə bağlandığını bəyan etmişdi. Başqa sözlə, onun yenidən açılması gözlənilmir. Lakin Qaluzin sanki bu reallığı görməzlikdən gəlir və hələ də Azərbaycan tərəfi ilə “humanitar mövcudluğun, o cümlədən “Rus Evi”nin fəaliyyətinin bərpasını” müzakirə etmək niyyətində olduğunu deyir.

Qeyd olunan bu məqamlar Rusiyanın Azərbaycana qarşı münasibətdə bundan sonra da güc mövqeyindən çıxış etmək, öz şərtlərini diktə edərək, qarşı tərəfin tələblərini nəzərə almaq niyyətində olmadığının açıq göstəricisi sayıla bilərmi? Yəni Moskva hələ də özünü “böyük qardaş” kimi aparmaqda davam edir? Bu baxımdan, Qaluzinin “İzvestiya”ya müsahibəsini Bakıya qarşı hibrid təzyiq forması kimi qiymətləndirmək olarmı? Moskvanın bu cür yanaşması münasibətlərin bərpa olunması baxımından nə dərəcədə normaldır? Rusiya Azərbaycan rəhbərliyini “sıxışdıraraq” öz tələblərinin birtərəfli qaydada yerinə yetirilməsinə nail ola biləcəkmi?

Politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov Pressklub.az-a açıqlamasında bu suallarla bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Qaluzinin açıqlaması ilk növbədə Rusiya ictimaiyyətini maraqlandıran və Rusiya XİN rəhbərinin müavini kimi bilavasitə öz fəaliyyət dairəsinə daxil olan mövzulardan danışdığının göstəricisidir. “Əsasən rus diplomatlarının diqqət mərkəzində olan məsələlərin irəli çəkilməsindən söhbət gedir. Axı o demir ki, guya biz Azərbaycan tərəfinin tələblərini və ya istəklərini nəzərdən keçirmək niyyətində deyilik. Görünür, hesab edir ki, Azərbaycanla bağlı tələblər və istəklər Azərbaycan diplomatları tərəfindən səsləndirilməlidir. Dəqiq deyə bilərəm ki, o, Azərbaycan tərəfinin tələblərindən çox yaxşı xəbərdardır. Və hələlik bu istiqamətdə hər hansı irəliləyiş olmadığından, Azərbaycanın cənab Qaluzinin səsləndirdiyi istəklər istiqamətində hansısa birtərəfli addımlar atacağını gözləmək olmaz”, – deputat vurğulayıb.

Musabəyov qeyd edir ki, “Rus Evi” məsələsinə gəldikdə, bu mövzu ümumiyyətlə danışıqlar mövzusu deyil. “Azərbaycan bu barədə danışmaq niyyətində deyil. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov açıq şəkildə bildirib. Azərbaycanda Rusiya mədəniyyətinə aid kifayət qədər obyekt var. Əgər təhsil sistemimizin təxminən 10 faizi rus dilində fəaliyyət göstərirsə, Rus Dram Teatrı mövcuddursa, rus dilində onlarla qəzet və informasiya resursu nəşr olunursa, CBC telekanalı rus dilində yayımlanırsa, bu şəraitdə əlavə olaraq hansı “Rus Evi”nə ehtiyac var? Azərbaycanda rus icmasının Mədəniyyət Mərkəzi fəaliyyət göstərir və bu, kifayətdir. Üstəlik, dünyadakı “rus evləri”nin reputasiyası, onların xüsusi xidmət orqanları ilə əlaqələndirilməsi və dövlət üçün heç də hər zaman məqbul olmayan fəaliyyət cəhdləri hamıya məlumdur. “Rus evləri” dünyanın hər yerində ardıcıl şəkildə bağlanır.

Əgər onlar mütləq daha bir “Rus evi” saxlamaq istəyirlərsə, qoy bunu, məsələn, kiçik rus icmasının yaşadığı, rus mədəniyyət müəssisələrinin olmadığı İndoneziyada etsinlər. Ya da hansısa Qanada. Azərbaycanda “Rus evi”nə qətiyyən ehtiyac yoxdur.

Üstəlik, əgər cənab Qaluzin bütün məsələlərin bağlanmasından danışırsa, doğrudan hesab edir ki, vurulmuş mülki təyyarə ilə bağlı məsələnin bağlanması nəticəsində həlak olan 38 nəfəri diriltmək mümkündür? Burada heç nə geri dönmür və bunu başa düşmək lazımdır. Ona görə də düşünürəm ki, cənab Qaluzinin səsləndirdiyi istəklər eşidilib, amma bizim cavablarımız da onlar üçün kifayət qədər aydın və əhatəli olub. Hələ diplomatların üzərində işləməli olduğu məsələlər var”, – Rasim Musabəyov fikrini yekunlaşdırıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Bu gün, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Bu gün, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Bu gün, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Bu gün, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Bu gün, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Bu gün, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Bu gün, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25
Ermənistanda Rusiya pasportu skandalı: - Məşhur milyarderin qohumu həbs oluna bilər
Bu gün, 11:23
Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? - AÇIQLAMA
Bu gün, 11:11
Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar - "Xinhua" agentliyi
Bu gün, 11:09
Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika - Moskva yeni reallığı qəbul etməyə açıq şəkildə hazır deyil
Bu gün, 11:04
Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb – Rəsmi
Bu gün, 11:03
SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar – Saleh Səmədov işi böyüyür
Bu gün, 11:00
Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... - ETİRAZ VAR...
Bu gün, 10:53
Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” - BELƏ HARA GEDİRİK?
Bu gün, 10:49
“Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” - xanəndədən ETİRAZ
Bu gün, 10:35
Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, pulları “Topaz”da uduzdu
Bu gün, 10:34
Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... - "Zəngəzurda məscid tikəcəklər..."
Bu gün, 10:25
Hamlet Musayevin qızı azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 10:19
Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək - Sərkisyan
Bu gün, 10:11
Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... - Qanunsuzluq, özbaşınalıq və əmək istismarı
Bu gün, 10:09
Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: - “Dedi ki, uzun illər türmədə olub, “vor-zakon”dur”
Bu gün, 09:52
Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu – HÖKM
Bu gün, 09:46
Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb - Ermənistan mediası
Bu gün, 09:42
Məmurlar işini itirir, yoxsa bazar dəyişir? - Görünəni odur ki...
Bu gün, 09:37
"İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" - ÇAĞIRIŞ
Bu gün, 09:35
İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? - İşçilər deyir ki...
Bu gün, 09:30
Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Bu gün, 09:21
Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15
'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58
İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52
"Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru