"Venesuelanın davamı yüzdə yüz İrandır. ABŞ dünyanın neft rezervlərini birbaşa öz əlində cəmləşdirməklə həm Rusiya iqtisadiyyatını tamamilə çökdürməyə, həm də Çin iqtisadiyyatını məngənəyə salmağa çalışır..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında araşdırmaçı jurnalist Cavanşir Həsənli qeyd edib.
O daha sonra bu gün okeanın o tayında baş verənləri aşağıdakı kimi təsnif edib: "Baxın, həm Rusiya, həm Venesuela, həm də İran neftinin ən böyük alıcısı Çindir.
ABŞ İranda da məqsədlərinə nail olsa, dünya bazarında təkcə neftin qiymətinə deyil, onun müştərilərinə və neft milyardlarının təyinatına nəzarət edəcək. Tramp talantlı alverçidir, belələri bazarı hətta şantaj edə bilirlər. O, Çinlə qətiyyən savaşmayacaq, nefti ona Rusiyanın satdığından daha aşağı, hətta su qiymətinə (mal özgənin, @ özgənin) təklif edəcək, əlbəttə ki, Rusiya ilə hərbi-texniki əməkdaşlığı məhdudlaşdırmaq müqabilində.
Çinin isə iki yolu qalır; ya neft üçün ABŞ-la savaşmaq, ya da ucuz sövdələşməyə gedərək Rusiyadan imtina etmək".












