Ali təhsil müəssisəsinə rəhbərlik edən şəxs – rektor – təkcə inzibati fiqur deyil. O, elm, akademik nüfuz, elmi məktəb və intellektual liderlik simvoludur.Ali məktəb – elmin, tədqiqatın və akademik mühitin mərkəzidir. Bu mühitə rəhbərlik edən şəxsin elmi dərəcəsinin olmaması təhsilin məzmununa ziddir.Dünyanın aparıcı universitetlərinə nəzər salsaq, bir dənə də olsun nüfuzlu ali məktəb tapmaq olmaz ki, onun rəhbəri elmi dərəcəsiz olsun. Çünki rektor:dissertasiya şuralarına rəhbərlik edir,professor-müəllim heyətinin elmi fəaliyyətinə qiymət verir,elmi strategiyanı müəyyənləşdirir.
Mediatv.az xəbər verir ki,Fuad Hacıyev 1984-cü ildə M.V.Lomonosov adına Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu fərqlənmə diplomu ilə bitirərək “mühəndis-texnoloq” ixtisasına yiyələnən, 1994-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki Prezident yanında Dövlət İdarəçilik Akademiyası) yenə fərqlənmə diplomu ilə başa vuraraq “politoloq” adı alan bir şəxsin təhsil bioqrafiyası kağız üzərində kifayət qədər “parlaq” görünür.
Mediatv.az xəbər verir ki,Fuad Hacıyev 1984-cü ildə M.V.Lomonosov adına Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu fərqlənmə diplomu ilə bitirərək “mühəndis-texnoloq” ixtisasına yiyələnən, 1994-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki Prezident yanında Dövlət İdarəçilik Akademiyası) yenə fərqlənmə diplomu ilə başa vuraraq “politoloq” adı alan bir şəxsin təhsil bioqrafiyası kağız üzərində kifayət qədər “parlaq” görünür.
Ancaq sual diplomların sayında deyil, bu diplomların elmə, tədrisə və auditoriyaya nə verdiyindədir.
Faktlar isə tam fərqli mənzərə yaradır:
– Bu şəxs heç vaxt real auditoriya təcrübəsi keçməyib,
– elmi-pedaqoji fəaliyyəti olmayıb,
– elmi məqaləsi, monoqrafiyası, dərs vəsaiti yoxdur,
– elmi dərəcəsi belə mövcud deyil.
Buna baxmayaraq, Fuad Hacıyev 2015-ci ildən etibarən Azərbaycan İdman Akademiyasına rektorluq edir.
Bu artıq təkcə fərdi məsələ deyil, Azərbaycan ali təhsil sisteminin nüfuzuna vurulan zərbədir. Çünki ali məktəb rektoru sadəcə inzibatçı deyil. Rektor – elmin siması, akademik mühitin lideri, müəllim və tələbə üçün örnək fiqurdur. Elmi dərəcəsi olmayan, auditoriya girib dərs deməyən, elmi məktəb formalaşdırmamış bir şəxsin bu posta gəlməsi isə ali təhsilin mahiyyətini boşaltmaqdan başqa bir şey deyil.
1. Qanun nə deyir, reallıq nədir?
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 29.0.5-ə əsasən:
Ali təhsil müəssisələrinin rəhbər vəzifəli şəxsləri yüksək ixtisaslı, elmi-pedaqoji hazırlığa və müvafiq idarəetmə bacarığına malik olmalıdırlar.
Sual açıq qalır:
– Elmi-pedaqoji fəaliyyəti olmayan,
– auditoriyada dərs deməyən,
– elmi dərəcə almayan şəxs bu tələbi necə ödəyir?
2. Nazirlər Kabinetinin 2010-cu il qərarı“Ali təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi”
Bu sənədə görə, ali məktəb rektoru:
tədris prosesinə,
elmi fəaliyyətin təşkili və inkişafına,
elmi kadr hazırlığına birbaşa cavabdeh şəxsdir.
3. “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 4 və Maddə 23-də qeyd olunur ki:
Elmi fəaliyyət sistemli tədqiqat, elmi nəticələrin dərc edilməsi və elmi məktəblərin formalaşdırılması üzərində qurulur.
Bu şəxsin:
elmi məqaləsi,
monoqrafiyası,
dərs vəsaiti,
elmi rəhbərlik fəaliyyəti mövcud deyil
Elmi fəaliyyətdə iştirakı olmayan, elmi rəhbərlik etməmiş, dissertasiya müdafiə etməmiş bir şəxsin elmi prosesə rəhbərlik etməsi formal ziddiyyət deyil, açıq normativ uyğunsuzluqdur.Daha acınacaqlısı odur ki, onlarla elmlər doktoru, professor, beynəlxalq jurnallarda məqalələri çap olunan alimlər kənarda qalır, amma elmdən uzaq, tədrisdən bixəbər şəxs illərlə rektor kreslosunu zəbt edir.Rektorluq şəxsi karyera meydanı deyil.









