"Bir fəhlə mənə zəng vurmuşdu az öncə... "FAYTON MMC" adında bir şirkətdə işləyib, sonra ixtisara salıb, işdən çıxarıblar..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında blogger, sosial şəbəkə fenomeni Elçin Lənbəranski Elçin Lənbəranski qeyd edib.
O daha sonra bildirir: "Fəhlənin iddiasına görə şirkət ona 3000 manat borclu qalıb. İndi pulu heç cür ala bilmir. Şirkət deyir ki, get ayağını hara istəyirsən qoy, vecimizə deyil.
Fəhlə qardaş, şirkətin menecerinin nömrəsini verdi mənə. Menecerə zəng vurdum, necə göydən gedirsə, dəhşətə gəldim. Qadının özünə dedim ki, işçisi belə olan şirkətin gör rəhbəri necədir?
Fəhlənin haqqını yeyən hər kəsin Allah bəlasını versin..."








