Azərbaycanın dövlət borcu açıqlanıb .....                     Neftdən asılı ölkələr üçün risk siqnalı .....                     ““Azəriqaz” rəhbərliyi arxayındır ki, cəza almayacaq, adam özünü ağır söz deməkdən güclə saxlayır...” .....                     AAYDA-da gizli “maliyyə piramida”sı: Saleh Məmmədov təcili “ixtisar”a başlayıb .....                     "Sarı Gəlin"in İran dövlət telekanalında erməni musiqisi kimi təqdimatına görə .....                     Ukraynalı generalın atası bayramı Moskvada keçirdi .....                     Keçmiş məmurun şirkəti ləğv prosesini yekunlaşdırır .....                     Sosial sığorta, yoxsa "sosial zərbə"? .....                     "Rabitəinşaat" Ağdamda 10 milyonluq tikinti işləri görəcək .....                     Trampın Venesueladan sonra İrana hərbi müdaxilə ehtimalı yüksəlib .....                     Azərbaycan və Gürcüstanın eyni qiymətə idxal etdiyi kərə yağı marketlərdə fərqli qiymətə satılır .....                     “Azərbaycan şəhərləri öz sözünü son anda deyəcək” .....                     Bakıda oğul atasının şikayəti ilə həbs edildi: "Avara-avara gəzir..." .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Tanınmış aparıcı "Space TV"dən getdi .....                     Ağcabədidə 9 aylıq körpənin ölümü ilə bağlı SİRLƏR AÇILDI .....                     “70 yaşlı kişiyə ərə getsəm gərək halvasını yeyib, sonra onu basdırım” .....                     “Balakhani Operating Company” Sabunçu sakinlərinin evini “qanunsuz tikili” adı ilə sökür .....                     İlhamə Quliyevanın oğlu müəmmalı şəkildə yoxa çıxıb .....                     Hirkan Milli Parkının vəzifəli şəxsi azadlığa buraxıldı .....                     Separatçıların yeni köhnə nağılları: Yenə Qarabağa “qayıdırlar” .....                     Ötən il azərbaycanlılar Türkiyədə 113, .....                     “Yeni Klinika” “Bakcell”ə olan borcunu ödəməyib .....                     “Azərbaycan Zəngəzura girəcək...” .....                     İRİA 3 şirkətlə 2 milyonluq müqavilə bağlayıb .....                     “Avant Qrup” MTK sakinləri necə “tələ”yə salıb? .....                     Saxta hesabla sosial şəbəkədə təhqir yazanları hansı cəza gözləyir? .....                     Azərbaycan-Türkiyə-Ermənistan ALYANSI yarana bilər .....                     Gəlinini doğrayıb zibil qutusuna atan qayınata daha əvvəl .....                     Paşinyan II Qaregini devirmək üçün koordinasiya şurası yaradıb .....                     "Beş ildir ki, əməkhaqqımızda heç bir artım baş vermir..." .....                     Finlandiya polisi azərbaycanlı gəmiçinin həbsini tələb edir .....                     Məhkəmə vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı qərar çıxardı .....                     Binəqədi icra başçısından “bayram fürsəti”… .....                     Xaçmazda 2 il əvvəl itkin düşmüş şəxsin öldürülməsi müəyyən olundu .....                     “Bakı Elektroavtomat”ın vergi borcu .....                     Nizami RİH-in Qarabağ qazisinə "müvafiq tapmacası" .....                     “Ziraat Bank Azərbaycan”da yeni təyinat olub .....                     “Bakı Elektroavtomat”a rəhbərlik təyin ediləcək .....                     Bakı Fond Birjasında sədrə müşavir təyin olunub .....                 

İranda elita dəyişir - Maduro ssenarisi olmayacaq
Tarix: Dünən, 15:59 | Çap et

ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Natiq bəy, ABŞ-nin Venesueladakı son əməliyyatı, Prezident Nikolas Maduronun öz ölkəsindən birbaşa Amerikaya aparılmasının kökündə nə dayanır?

- Əslində ABŞ ilə Venesuela arasında münaqişənin kökləri çox dərindir. Bu bir neçə müddət öncə başlamış hadisədir. Ötən əsrin 60-cı illərində Amerika şirkətləri Venesuelanın neft ehtiyatlarının idarə olunmasında iştirak edirdi. Amma Venesuelanın keçmiş prezidenti Uqo Çavesin (1999 –2013) dönəmində, təxminın 2000-ci illərin ortalarında milliləşdirmə əməliyyatı çərçivəsində ABŞ şirkətlərinə məxsus neft yataqları onların əlindən alındı, imzalanmış kontraktlar qüvvədən düşmüş hesab olundu. Bu, o zaman ABŞ tərəfindən Venesuelaya qarşı sanksiyaların tətbiq olunması ilə nəticələndi. Sözsüz ki, bu da Venesuelanın istiqamətinin dəyişməsinə səbəb oldu. Beləliklə, Venesuela daha çox Rusiya və Çinlə əməkdaşlığa başladı. Uqo Çavesin dönəmində məhz bu proseslərin əsası qoyuldu. Daha sonra Nikolas Maduro (2013-2026) ABŞ-də Demokratlar Partiyası ilə müəyyən anlaşmalara nail oldu. Bununla Amerikaya məxsus nəhəng neft şirkəti olan "Chevron" Venesuelaya qayıtdı. Bu heç də onların bütün haqlarının bərpası demək deyildi. Şirkət demək olaraq ki, Venesuelaya satılacaq neftin operatoru kimi qayıtmış oldu. Sözsüz, bu Amerikanın əvvəlki gözləntilərinə tam cavab vermirdi.

- Burada əsas məsələ nədən ibarətdir? Bu Venesuela neftinin özəllikləri ilə bağlıdır, yoxsa başqa səbəblər var?

- Sözsüz ki, bu daha çox Venesuela neftinin özəllikləri, onun spesifik xüsusiyyətləri ilə bağlıdır. Bu neftin tərkibi həddindən artıq qurğuşun ağırlıqlıdır. Ona görə də Venesuela neftinin emal olunması o qədər də asan deyil. Adi hallarda belə Venesuela nefti böyük endirimlə satılırdı. Amerika şirkətləri də bundan istifadə edərək, Karib dənizi sahillərində Venesuela neftini emal edə biləcək 20-yə yaxın zavod qurmuşdu. Çünki Venesuela neftini istənilən emal zavoduna təhvil vermək mümkün deyil. Bunun üçün xüsusi avadanlıqlar lazımdır. Amerikalılar bu infrastrukturu qurmasına baxmayaraq, Venesueladan gələn neftin həcmi azalmağa başladı. Nəticə etibarı ilə ABŞ-nin həmin zavodları boş qaldı.

- Belə çıxır ki, son əməliyyat birbaşa neft amili ilə bağlı olub…

- ABŞ-nin son addımları “demokratiya” və “insan haqqları”, “avtoritarizmlə” mübarizə ilə müşahidə olunsa da, əsas məsələ neft amili ilə bağlıdır. Amerikalılar Venesuela neftinə tam çıxış əldə etsələr, orada istehsalın artımına nail olmaqla yanaşı, boş qalmış zavodların işə düşməsi təmin ediləcək. Həmin zavodlar gündə 2,5 milyon barrel nefti emal etmək gücünə malikdir. Bu isə kifayət qədər böyük bir həcmdir. Sözsüz ki, bu milyonlarla barrel yanacaq deməkdir.

- Amerikanın yenidən Venesuelanın neft sənayesinə qayıdışı nə dərəcədə asan prosesdir?

- Ötən gündən Venesuela hökuməti dövlət başçısının səlahiyyətlərinin icrasını rəsmi olaraq vitse-prezident Delsi Rodrigezə həvalə edib. Çox güman ki, Ağ Evlə Rodrigez arasında bir anlaşma əldə ediləcək. Bununla da Amerika şirkətlərinin Venesuelaya qayıtması, neft yataqlarının birgə işlənilməsi və yaxud ABŞ-nin birbaşa nəzarəti ilə prosesə başlanılacaq. Təbii ki, bu elə də asan proses deyil. İndiki halda investisiyalara ehtiyac var. İnfrastrukturun yenidən qurulması, yeni investisiyaların cəlbi üçün zaman lazım olacaq. Amma bir müddət sonra Venesuela neftinin dünya bazarına Amerika vasitəsi ilə çıxması da kifayət qədər ciddi rezonans doğuracaq.

- Venesuelanın yaxın müttəfiqi olan Rusiyanın reaksiyaları nədən ibarətdir? Kreml asanlıqla daha bir müttəfiqini ABŞ-yə güzəştə gedəcəkmi?

- Rusiya-Ukrayna müharibəsi Kremli çox ciddi problemlərin içərisinə sürükləyib. Ona görə də Moskvanın bu proseslərə müqavimət göstərmək imkanları çox zəifdir. Coğrafı olaraq Rusiya Suriyada ötən il baş verən hakimiyyət dəyişikliyinə müqavimət göstərə bilmədi. Bununla da Suriyadakı bütün mövqelərini itirməklə barışmaq məcburiyyətində qaldı. Venesuela məsələsində də Rusiyanın hansısa ciddi bir addım atacağı düşündürücü görünmür. Bunun üçün Kremlin gücü və qabiliyyəti çatmayacaq. Okeanın o tayında Rusiyanın Venesuela ilə birlikdə hansısa əməliyyatlarda iştirakı da mümkün görünmür. Həmçinin Venesuela xalqı indiki halından məmnun görünür. Əgər, bir ölkənin prezidentini oğurlayıb aparırlarsa, onun doğrudan da milyonlarla tərəfdarı vardısa, niyə bu gün Venesuela küçələrində Maduroya dəstək verəcək adam yoxdur? Faktiki olaraq, hadisələrdən sonra prezident evinin qarşısına cəmi 700 nəfər adam toplaşmışdı ki, onların da hamısı məmurlar idi. Bu adamlar da öz gələcəklərindən narahatdırlar. Yəni, faktiki olaraq Venesuelada xalq hərəkatı yoxdur ki, Rusiya keçmiş sovet dövründə olduğu kimi silah yardımı etməklə müəyyən müqavimət göstərsin. Bu halda Rusiya ancaq bəyanatlar verməklə kifayətlənəcək. Əslində Kremlin bu bəyanatları Avropanın Ukrayna məsələsindəki yanaşmasını xatırlatdı.

- Çinin bu məsələyə reaksiyası necədir? Vaşinqtonla Pekin arasında hansısa razılaşmalardan bəhs edilir…

- Görünən odur ki, ABŞ Çinlə bu məsələdə bu və ya digər formada razılaşma əldə edib. Çünki hadisələrdən 24 saat əvvəl Çin nümayəndə heyəti Venesuelada olub. Həmçinin əməliyyatdan cəmi 10 saat öncə Çinin ABŞ-dəki səfiri Prezident Donald Trampla görüşmüşdü. Təbii ki, ABŞ prezidenti kimi bir şəxsin səfirlə görüşməsi çox nadir hadisədir. Bu, o deməkdir ki, Çinlə müəyyən anlaşmalar var. Venesuelada Çinin müəyyən investisiyaları mövcuddur. İddialar var k, Çin ora 20 milyarda qədər investisiya qoyub. Trampın açıqlamaları da bu mənada diqqəti cəlb edir. O açıq şəkildə bəyan etdi ki, Çin bu məsələdə narazı qalmayacaq və neft alacaq.

- İran daxilində ötən ilin sonlarından başlayan etiraz dalğası var. Amerika Prezidentinin də aksiyaçılara atəş açılması ilə bağlı çağırışları mövcuddur. Tehranla bağlı gözləntilər nədən ibarətdir? İndiki halda az qala Maduro ssenarisinin İranda da təkrarlanacağı iddia edilir. Belə ehtimallar varmı?

- Bəziləri İranda bir gündə hər şeyin kökündən dəyişəcəyini gözləyir. Hətta şah rejiminin bərpasını, demokratik inqilabın baş verəcəyini proqnozlaşdırırlar. Sözsüz ki, bunlar yanlış yanaşmalardır. Çünki İran demək olar ki, artıq dəyişib. Getdikcə daha çox bu dəyişikliklərin olacağı da qaçılmazdır. İranda dəyişiklik əslində mərhələ-mərhələ baş verir. 10 il bundan öncəki İranla indiki arasında böyük fərq var. 5 il sonrakı İran isə tamam başqa cür olacaq. Ona görə də İranda çox ciddi dəyişikliklər baş verir. Dini və avtoritar rejimlər çox şeyə nəzarət edə bilsələr də, nəsil dəyişiminə nəzarət edə bilmir. Nə olsa belə, nəsil dəyişir. İndi İranda inqilabı görməmiş, bunu ancaq eşitmiş bir nəsil formalaşıb. 1979-cu ildən yəni, sonuncu İran inqilabından bəri insanlar başqa ölkə istəyir. Hazırda İran dünyada gənc əhali sayına görə ən dinamik ölkədir. Ölkə əhalisinin 65-66 faizə yaxını 45 yaşa qədər olan insanlardır ki, bu adamlar da inqilabı görməyiblər. Onlar isə tamam başqa cür yaşamaq istəyirlər.

- İranın daxili və kənar müdaxilələrə müqavimət imkanları necədir?

- Faktiki olaraq, İran bu gün bölgədə də öz nüfuzunu itirib. Tehranın özünün uzantılarını belə bölgədə saxlamağa imkanı qalmayıb. Hazırda İran Prezidenti olan Məsud Pezeşkianın isə tamamilə fərqli bir ritorikası var. Bu isə dəyişikliyinin bir hissəsidir. Sözsüz ki, İran daxilində bu dəyişikliyə qarşı çıxan qüvvələr də az deyil. Amma onların nəsil dəyişikliyinə qarşı çıxması mümkünsüzdür. Pezeşkianın da son açıqlamaları onun arxasında ciddi şəkildə dəyişiklik istəyən qüvvələrin olduğuna işarə edir. İranın böyük potensialı fonunda açıq siyasət həyata keçirilsə, qısa zamanda varlı bir ölkəyə çevrilə bilər. Köklü ölkələrdə dəyişiklik elitanın içərisində baş verir. Hazırda İranda elitanın daxilində bir inqilab gedir. Bu demək olar ki, başa çatmaqdadır. Burada Venesuela hadisələri arasında da təbii ki, bir bağ var. ABŞ rəsmiləri də ötən gün açıqlamalarında İranın adını çəkmədilər. Amma Maduronun başına gətirilənlər nümunə göstərildi. Bu elə İran elitası üçün də bir mesaj idi. Çox guman ki, bu mesaj da yerini tapacaq. Çünki İran xalqı kənardan olan müdaxilələrə qarşı fərqli refleksə malikdir. Bu isə rejimi daha da gücləndirir. Ona görə də İrandakı dəyişikliklər sırf daxildə baş verə verəcək və o bir müddət sonra fərqli bir ölkəyə çevriləcək.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın dövlət borcu açıqlanıb
Bu gün, 14:06
Neftdən asılı ölkələr üçün risk siqnalı - Qiymətlər nə qədər düşə bilər?
Bu gün, 13:11
““Azəriqaz” rəhbərliyi arxayındır ki, cəza almayacaq, adam özünü ağır söz deməkdən güclə saxlayır...” - Tahir Kərimli
Bu gün, 13:03
AAYDA-da gizli “maliyyə piramida”sı: Saleh Məmmədov təcili “ixtisar”a başlayıb - İLGİNC
Bu gün, 13:02
"Sarı Gəlin"in İran dövlət telekanalında erməni musiqisi kimi təqdimatına görə araşdırma aparılır
Bu gün, 12:58
Ukraynalı generalın atası bayramı Moskvada keçirdi – 1 milyon rubla…
Bu gün, 12:56
Keçmiş məmurun şirkəti ləğv prosesini yekunlaşdırır - DETALLAR
Bu gün, 12:54
Sosial sığorta, yoxsa "sosial zərbə"? - "Kəndlinin son ümidini də kəsirlər"
Bu gün, 12:52
"Rabitəinşaat" Ağdamda 10 milyonluq tikinti işləri görəcək
Bu gün, 12:50
Trampın Venesueladan sonra İrana hərbi müdaxilə ehtimalı yüksəlib - ŞƏRH
Bu gün, 12:47
Azərbaycan və Gürcüstanın eyni qiymətə idxal etdiyi kərə yağı marketlərdə fərqli qiymətə satılır - SİYAHI
Bu gün, 12:42
“Azərbaycan şəhərləri öz sözünü son anda deyəcək” - Sabir Rüstəmxanlı
Bu gün, 12:33
Bakıda oğul atasının şikayəti ilə həbs edildi: "Avara-avara gəzir..." - TƏFƏRRÜAT
Bu gün, 12:22
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:17
Tanınmış aparıcı "Space TV"dən getdi - FOTO
Bu gün, 12:16
Ağcabədidə 9 aylıq körpənin ölümü ilə bağlı SİRLƏR AÇILDI – “Oksigen balonu problemi uzun müddətdir var”
Bu gün, 12:14
“70 yaşlı kişiyə ərə getsəm gərək halvasını yeyib, sonra onu basdırım”
Bu gün, 12:12
“Balakhani Operating Company” Sabunçu sakinlərinin evini “qanunsuz tikili” adı ilə sökür - ÖZBAŞINA QALIBLAR
Bu gün, 12:05
İlhamə Quliyevanın oğlu müəmmalı şəkildə yoxa çıxıb - “Orxanı Moskvada itiriblər”
Bu gün, 12:01
Hirkan Milli Parkının vəzifəli şəxsi azadlığa buraxıldı
Bu gün, 11:56
Separatçıların yeni köhnə nağılları: Yenə Qarabağa “qayıdırlar” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:54
Ötən il azərbaycanlılar Türkiyədə 113, ermənilər isə 1 şirkət təsis ediblər
Bu gün, 11:49
“Yeni Klinika” “Bakcell”ə olan borcunu ödəməyib
Bu gün, 11:48
“Azərbaycan Zəngəzura girəcək...” – İran olayları İrəvanda PANİKA yaratdı
Bu gün, 11:45
İRİA 3 şirkətlə 2 milyonluq müqavilə bağlayıb
Bu gün, 11:43
“Avant Qrup” MTK sakinləri necə “tələ”yə salıb? - TƏFƏRRÜAT
Bu gün, 11:38
Saxta hesabla sosial şəbəkədə təhqir yazanları hansı cəza gözləyir? - CAVAB
Bu gün, 11:31
Azərbaycan-Türkiyə-Ermənistan ALYANSI yarana bilər – SENSASİON iddia
Bu gün, 11:28
Gəlinini doğrayıb zibil qutusuna atan qayınata daha əvvəl 2 dəfə şikayətini geri götürbmüş
Bu gün, 11:23
Paşinyan II Qaregini devirmək üçün koordinasiya şurası yaradıb - KİV
Bu gün, 11:18
"Beş ildir ki, əməkhaqqımızda heç bir artım baş vermir..." - NARAZILIQ VAR...
Bu gün, 11:14
Finlandiya polisi azərbaycanlı gəmiçinin həbsini tələb edir - TƏFƏRRÜAT
Bu gün, 11:05
Məhkəmə vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı qərar çıxardı
Bu gün, 10:56
Binəqədi icra başçısından “bayram fürsəti”… - VİDEO
Bu gün, 10:51
Xaçmazda 2 il əvvəl itkin düşmüş şəxsin öldürülməsi müəyyən olundu - İki qurumdan birgə açıqlama
Bu gün, 10:36
“Bakı Elektroavtomat”ın vergi borcu - 441 MİN MANATI ÖTÜB
Bu gün, 10:35
Nizami RİH-in Qarabağ qazisinə "müvafiq tapmacası" - AÇMASINI KİM TAPAR?
Bu gün, 10:34
“Ziraat Bank Azərbaycan”da yeni təyinat olub - ƏMR
Bu gün, 10:30
“Bakı Elektroavtomat”a rəhbərlik təyin ediləcək - TOPLANTI VAR...
Bu gün, 10:29
Bakı Fond Birjasında sədrə müşavir təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:27
Azərbaycanda müştərək sığorta şirkət ləğv olunur - YIĞINCAQ
Bu gün, 10:25
Bu il manatın kursu ciddi şəkildə AŞAĞI DÜŞƏCƏK - QAÇILMAZDIR...
Bu gün, 10:21
Xamenei Rusiyaya qaçmağı planlaşdırır - The Times
Bu gün, 10:18
"Pulumuzu almısan, qazımızı ver... qazı vermirsənsə, o zaman pulumuzu ver" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15
Cəbrayılovun rəhbərliyi altında XAOS DAVAM EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:10
Tokayev prezidentlərin bu sirrini açdı... - "İlham Əliyev fiziki cəhətdən..."
Bu gün, 10:07
Azərbaycanda bu siqaretlər bahalaşdı - SİYAHI
Bu gün, 10:04
Xocavənddə 60 evin təmirinə 4 milyon manat ayrıldı
Bu gün, 10:02
"İndi pulu heç cür ala bilmir..." - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:00
Rus ordusunun yeni taktikası: - Ukrayna çıxılmaz durumda...
Bu gün, 08:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru