“Ziraat Bank Azərbaycan” ASC-də Komplayens departamentinə direktor təyin edilib.
Banker.az xəbər verir ki, bu vəzifə Kənan Əlisoya həvalə edilib.
Kənan Əlisoy təhsilini Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Inholland University of Applied Sciences və University of Amsterdam – Amsterdam Business School-da bakalavr dərəcəsi ilə başlayıb. Daha sonra ADA University-də Biznesin İdarəedilməsi üzrə MBA və Università degli Studi di Bergamo-da Beynəlxalq Təhlükəsizlik üzrə magistratura (2020–2021), həmçinin The University of Manchester-də İdarəetmə, Risk və Uyğunluq (GRC) üzrə magistratura dərəcəsini tamamlayıb.









