Zəngəzur dəhlizi bu tarixdə işə düşəcək .....                     Həkim prokurorluğa yalan məlumat veribmiş .....                     Sarayda 20,3 milyon manata binalar tikəcək şirkət .....                     Yevlax Pilot Aqroparkın idarə olunmasına görə haqqın məbləği müəyyənləşib .....                     Maliyyə sıxıntısı yaşayan şirkət əmlakını satır .....                     Azər Türk Bank-da yeni təyinat baş tutub .....                     10 manatlıq qida şirkətinin vergi borcu 4,8 milyon manata yaxınlaşıb .....                     AQTA-nın regional bölməsinin mühüm sənədi yoxa çıxıb .....                     “Azərbaycan Sənaye Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     İcra başçılarının maaşı narazılıq doğurdu .....                     Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR... .....                     "2024-cü ildə dövlət büdcəsinin 30 faizindən çoxu idarəetməyə sərf olunub" .....                     Rusiya prezidentinin vurulan təyyarə ilə bağlı Düşənbədə verdiyi söz yerinə yetiriləcəkmi? .....                     BU NƏDİR BELƏ: Elə bil oğurluq mal satırlar... .....                     AZƏRİQAZ-da hansı qanunlar keçərlidir... BİLİNMİR! .....                     "Mən göydə Allaha, yerdə Cənab Prezident İlham Əliyevə güvənirəm" .....                     Qafqazda TRİPP reallığı: İrəvan Tiflisi “sıradan” çıxarır .....                     Həsənovun 7 aylıq xərci: 22 milyon... .....                     “Pilgrim Education“ xaricdə təhsil şirkətindən şikayət .....                     Sabunçuda tam olaraq BAŞ(ÇI)SIZLIQDIR .....                     Pirallahıda məmurlar başçıdan gileylənir .....                     Siqaretin qiyməti 2 dəfə BAHALAŞACAQ .....                     Polisin qanuni əmrinə tabe olmayan Vətən müharibəsi iştirakçısı cərimə edilib .....                     "Tamam başqa cür qız idi... .....                     Azərbaycanda bu nazirliklər və qurumlar birləşə bilər .....                     Tramp Ukraynadakı müharibənin maliyyələşdirilməsini dayandırıb .....                     ABŞ-la Ermənistana qalsa, layihə iki il ləngiyəcək .....                     İrəvanda sirli iclas: Azərbaycanın 4 kəndinə qarşılıq... .....                     Samirə Əfəndi “sülh göyərçini” oldu, amma qalib olmadı .....                     Qarabağa Bakıdan MÜHÜM TRANSFER .....                     Ayda 16 manat ödəməyən işsiz cərimələnəcək .....                     Ramiz Mehdiyev vəkilindən imtina etdi: “Boz kardinal” nə düşünür? .....                     Psixoloq Hacı Şahinə sataşdı .....                     FHN şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi .....                     Agentlik Şərqi Zəngəzur filialı üçün ofis axtarır .....                     Avropa Parlamentinin keçmiş deputatı Rusiyadan rüşvət alıb .....                     Bakıda ardıcıl baş verən yanğın və partlayış: Bədbəxt hadisə, yoxsa terror? .....                     Azərbaycan Mərkəzi Bankı Yaşıl İstiqraz Fonduna investisiya edib .....                     “AFB Bank”da yeni təyinat .....                     Meqa Həyat və Meqa Sığorta şirkətində riskləri bu şəxs idarə edəcək .....                 

Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib
Tarix: 12-11-2024, 16:51 | Çap et
Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev Prezident İlham Əliyevə raport verdi.

Tankerə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən azad edilən əzəli və əbədi Azərbaycan torpağı Zəngilanın adı verilib.

Qırx dörd günlük Vətən müharibəsindən sonra Zəngilanda Azərbaycan Bayrağını ucaldan Prezident İlham Əliyevin indi isə üçrəngli bayrağımız altında beynəlxalq sularda üzəcək “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirakının çox böyük rəmzi mənası var.

“Zəngilan” Bakı gəmiqayırma zavodunda inşa olunan sayca dördüncü milli tankerdir. Bundan əvvəl istismara verilən “Laçın” və “Kəlbəcər” tankerlərindən fərqli olaraq, “Akademik Xoşbəxt Yusifzadə” tankeri kimi, “Zəngilan” ilə də həm neft, həm də kimyəvi məhsullar daşınacaq. Bakı gəmiqayırma zavodunda ASCO üçün “Zəngilan” tipli daha üç tankerin inşası da nəzərdə tutulur. Bununla bağlı sifarişlər alınıb və müvafiq müqavilələr imzalanıb.

Tanker barədə Prezident İlham Əliyevə məlumat verən Rauf Vəliyev bildirib ki, nadir dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik “Zəngilan”ın konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu ilə uğurlu əməkdaşlıq çərçivəsində hazırlanıb. Yeni nəsil tankerin uzunluğu 141 metr, eni 16.9 metr, bortunun hündürlüyü isə 6 metrdir. Saatda 10 knot sürətlə hərəkət edə biləcək tanker 15 nəfərlik heyət tərəfindən idarə olunacaq. Tanker ümumi tutumu 9212 kubmetr olan 6 yük çəninə malikdir. Dedveyti 7875 ton təşkil edən tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Gəminin texniki göstəriciləri, xüsusilə suya oturumu maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımağa imkan yaradır. Yeni nəsil “Zəngilan” tankeri də digər milli istehsalımız olan tankerlər kimi Xəzərdə və Xəzərdənkənar sularda istismar ediləcək.

“Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Elşad Nuriyev dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ümumilikdə 1046 nəfərin çalışdığı zavodda bir Ro-Pax tipli bərənin, iki tankerin və bir dibdərinləşdirən gəminin inşası davam etdirilir. İki tanker, dörd dalğıc və üç sürətli sərnişin gəmisi layihələndirmə, dörd quru yük gəmisi, bir patrul gəmisi və bir yanğınsöndürmə gəmisi isə müqavilə mərhələsindədir. Zavod beş ticarət və səkkiz xidmət gəmisi ilə bağlı müqavilələr imzalayıb.

Sonra dövlətimizin başçısı tankerin istifadəyə verilməsini bildirən rəmzi lenti kəsdi.

Qeyd edək ki, ASCO yarandığı dövrdən bəri ümumilikdə 29 yeni gəmi istismara verilib. Onlardan biri yedək, üçü sərnişin, ikisi Ro-Pax tipli gəmi-bərə, dördü tanker olmaqla, ümumilikdə 10-u Bakı gəmiqayırma zavodunda inşa edilib. Həmçinin ASCO-nun Müşahidə Şurasının məqbul hesab etdiyi Gəmiçiliyin Strateji İnkişaf Proqramına uyğun olaraq Bakı gəmiqayırma zavoduna 11 gəminin, o cümlədən bir Ro-Pax tipli gəmi-bərə, üç tanker, 50 nəfərlik üç sərnişin gəmisi, 60 və 45 metr dərinliklərdə işləmək üçün nəzərdə tutulmuş dörd dalğıc gəmisinin tikintisinə dair yeni sifarişlər verilib.

Ümumilikdə son illərdə donanmanın yenilənməsi və yeni gəmilərin tikintisi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər ASCO-nun Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılmasına, Azərbaycan ərazisindən artan tranzit yükdaşımalarında gəmilərə olan tələbatın ödənilməsinə, Xəzərdə neft-qaz layihələrinin uğurla icrasına böyük töhfə verir. Bu istiqamətdə görülən genişmiqyaslı işlər Xəzərdənkənar sularda Gəmiçiliyin mövqeyinin möhkəmləndirilməsi və genişləndirilməsində də mühüm rol oynayır.

Bunlarla yanaşı, son bir ildə beynəlxalq sularda yeni tipli daha böyük gəmilərin istismara verilməsi istiqamətində də uğurlu layihələr icra olunub. 2023-cü ildə xarici sularda Azərbaycan Bayrağı altında “Şuşa”, “Qarabağ”, “Zəngəzur” adlı 3 “Aframax” tipli tanker istismara verilib. Cari ilin mayında isə Çində “Xocalı” adlı “Handysize” tipli bir quru yük gəmisinin istismara verilməsi ilə Gəmiçilik quru yük daşımalarında yeni seqmentə daxil olub. Bu gəminin ilk səfəri Cənubi Koreyanın “Bakpyung” limanından ABŞ-ın “Portland” limanına yerinə yetirilib. Gəmi artıq təyinat limanındadır və hazırda yükboşaltma əməliyyatı icra edilir.

Onu da qeyd edək ki, bu səfərlə “Xocalı” müstəqil Azərbaycan Bayrağı altında Amerika sularına daxil olan ilk gəmi kimi tarixə düşüb.

Təbii ki, görülən işlər bütövlükdə ölkəmizin iqtisadi sahədə dinamik inkişafının nəticəsidir. Hazırda Azərbaycan dünyada gedən müxtəlif geosiyasi böhranlara baxmayaraq, öz iqtisadiyyatını bu böhranın yaratdığı mənfi meyillərdən maksimum dərəcədə qoruya bilir. Bu gün hər bir sektorda, o cümlədən dəniz nəqliyyatı sahəsində ciddi inkişaf templəri müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət dayanır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəngəzur dəhlizi bu tarixdə işə düşəcək - Matevosyan
Bu gün, 10:01
Həkim prokurorluğa yalan məlumat veribmiş - SƏN DEMƏ...
Bu gün, 09:59
Sarayda 20,3 milyon manata binalar tikəcək şirkət - MƏLUM OLDU
Bu gün, 09:57
Yevlax Pilot Aqroparkın idarə olunmasına görə haqqın məbləği müəyyənləşib - QƏRAR
Bu gün, 09:56
Maliyyə sıxıntısı yaşayan şirkət əmlakını satır - YIĞINCAQ
Bu gün, 09:55
Azər Türk Bank-da yeni təyinat baş tutub - BUNDAN SONRA...
Bu gün, 09:54
10 manatlıq qida şirkətinin vergi borcu 4,8 milyon manata yaxınlaşıb - TƏFƏRRÜAT
Bu gün, 09:51
AQTA-nın regional bölməsinin mühüm sənədi yoxa çıxıb
Bu gün, 09:50
“Azərbaycan Sənaye Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:49
İcra başçılarının maaşı narazılıq doğurdu - təklif
Bu gün, 09:42
Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR... - Rektor kölgədə... Vasif Həsənov meydanda...
Bu gün, 09:36
"2024-cü ildə dövlət büdcəsinin 30 faizindən çoxu idarəetməyə sərf olunub" - Partiya sədri
Bu gün, 09:21
Rusiya prezidentinin vurulan təyyarə ilə bağlı Düşənbədə verdiyi söz yerinə yetiriləcəkmi? - Azərbaycanın gözləntisi
Bu gün, 09:18
BU NƏDİR BELƏ: Elə bil oğurluq mal satırlar... - ETİRAZ VAR!
Bu gün, 07:42
AZƏRİQAZ-da hansı qanunlar keçərlidir... BİLİNMİR! - NARAZILIQ VAR...
Bu gün, 07:28
"Mən göydə Allaha, yerdə Cənab Prezident İlham Əliyevə güvənirəm" - Əməkdar artist
Bu gün, 07:15
Qafqazda TRİPP reallığı: İrəvan Tiflisi “sıradan” çıxarır - ARAŞDIRMA
Bu gün, 07:02
Həsənovun 7 aylıq xərci: 22 milyon... - İcazə verin şübhələnək...
Bu gün, 07:00
“Pilgrim Education“ xaricdə təhsil şirkətindən şikayət - “Pulumu alıb, lakin xidmət göstərməyib“
Bu gün, 06:55
Sabunçuda tam olaraq BAŞ(ÇI)SIZLIQDIR - VİDEOFAKT
Bu gün, 06:52
Pirallahıda məmurlar başçıdan gileylənir - "Məktəbli kimi dərs oxuyuruq..."
Bu gün, 06:41
Siqaretin qiyməti 2 dəfə BAHALAŞACAQ - AÇIQLAMA
Bu gün, 06:36
Polisin qanuni əmrinə tabe olmayan Vətən müharibəsi iştirakçısı cərimə edilib - TƏFƏRRÜAT
Bu gün, 06:30
"Tamam başqa cür qız idi... ...mənimlə onun arasında çox fərq var idi"
Bu gün, 06:28
Azərbaycanda bu nazirliklər və qurumlar birləşə bilər – Siyahı yayıldı
Bu gün, 06:24
Tramp Ukraynadakı müharibənin maliyyələşdirilməsini dayandırıb - Ağ Ev
Bu gün, 06:20
ABŞ-la Ermənistana qalsa, layihə iki il ləngiyəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:29
İrəvanda sirli iclas: Azərbaycanın 4 kəndinə qarşılıq... - GƏLİŞMƏ
Bu gün, 01:26
Samirə Əfəndi “sülh göyərçini” oldu, amma qalib olmadı - AKTUAL
Bu gün, 01:24
Qarabağa Bakıdan MÜHÜM TRANSFER - bu, baş tutarsa...
Bu gün, 01:22
Ayda 16 manat ödəməyən işsiz cərimələnəcək - Qanuna dəyişiklik nələri tələb edir?
Dünən, 19:48
Ramiz Mehdiyev vəkilindən imtina etdi: “Boz kardinal” nə düşünür? - İLGİNC
Dünən, 19:44
Psixoloq Hacı Şahinə sataşdı - "O, hər ağlına gələni deyib"
Dünən, 19:40
FHN şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi - DETALLAR
Dünən, 19:38
Agentlik Şərqi Zəngəzur filialı üçün ofis axtarır – Ayda 8 285 manat ödəyəcək
Dünən, 18:31
Avropa Parlamentinin keçmiş deputatı Rusiyadan rüşvət alıb – qalmaqalın TƏFƏRRÜATLARI
Dünən, 18:30
Bakıda ardıcıl baş verən yanğın və partlayış: Bədbəxt hadisə, yoxsa terror? - AKTUAL
Dünən, 18:14
Azərbaycan Mərkəzi Bankı Yaşıl İstiqraz Fonduna investisiya edib
Dünən, 18:13
“AFB Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:49
Meqa Həyat və Meqa Sığorta şirkətində riskləri bu şəxs idarə edəcək - YENİ TƏYİNAT
Dünən, 17:45
İşsizlərə tibbi sığorta ödənişi tələbi narazılıq yaratdı - Deputat dəyişikliyə yenidən baxılmasını istəyir
Dünən, 17:39
“Başına benzin tökdü, gördüm ki, yanır” – Yanaraq ölən Zəhmətin MƏHKƏMƏSİ
Dünən, 17:36
27 senator Bakıya qarşı - erməni canilərin azad edilməsi və sanksiyalar tələb olunur
Dünən, 17:33
Qərbi Azərbaycana qayıdış konsepsiyası - Tarixi ədalət, milli kimlik və beynəlxalq hüquq kontekstində yeni mərhələ
Dünən, 17:31
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən sayt rəhbəri və tanışının məhkəməsi başlayır
Dünən, 17:15
“SOCAR-AQŞ”nin xüsusilə külli miqdarda vergi borcu var
Dünən, 17:06
“Zəngəzur dəhlizi layihəsinin tamamlanması 4-5 il çəkəcək” - İranlı deputat
Dünən, 17:03
Paşinyan Amerikanın agenti olub - Eks-müdafiə naziri
Dünən, 16:59
Azarkeşlər TVNET platformasında matçları türkiyəli Ertem Şenerin şərhi ilə izləyəcəklər
Dünən, 16:51
Pedofil Mərdanı ögey qızı İFŞA EDİBMİŞ... - TƏFƏRRÜAT
Dünən, 16:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru