"Şikayətim "Madeyra" mebel mağazasındandır". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Əsmətxanım Məcidova adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Divan sifariş vermişəm, alanda dönə-dönə tapşırmışam ki, saat 17-dən sonra - mən işdən gələndə çatdırsınlar... Elə vaxtda gətiriblər ki, qonşudan xahiş etdim ki, qəbul etsin.
Gətirdikləri mebel defektlidir, zənglərimə mağazada cavab verən yoxdur. Təhvil-təslim kağızı onsuz da imzalanmayıb və verilməyib.
Nəyə görə mən defektli məhsul üçün ödəniş etməliyəm?
Bir tərəfdə mebelin ayağı yoxdur, tam bağlanmır, balışlar başqa rəngdədir..."










