“Azər Türk Bank”da (ATB) İdarə Heyəti sədrinin Aparatına rəhbər təyin olunub.
Banker.az xəbər verir ki, Şəhriyar Habilov bu vəzifəyə təyin edilib.
O, 2025-ci ilin noyabrından müvafiq vəzifənin icrasına başlayıb.
Ş.Habilob bundan əvvəl uzun müddət maliyyə və sığorta sektorunda müxtəlif vəzifələrdə çalışıb. O, 2015–2018-ci illərdə “Azsığorta” ASC-də hüquqşünas, 2018–2019-cu illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasında hüquq departamentində çalışıb. 2020–2024-cü illərdə isə Azərbaycan Mərkəzi Bankında ardıcıl olaraq aparıcı vəzifələr tutaraq, sığorta nəzarəti, istehlakçı hüquqlarının müdafiəsi və metodologiya sahəsində fəaliyyət göstərib. 2024–2025-ci illərdə Mərkəzi Bankın Sığorta nəzarəti metodologiyası şöbəsinin müdiri olub.
ATB-nin hazırda İdarə Heyəti sədri vəzifəsini baş risk inzibatçısı Tural Həsənov müvəqqəti icra edir.
Xatırladaq ki, “Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin “Zıraat Bank”ına, 1,08%-i “Zıraat Bank İnternational”a, 6,55%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.









