Yevlax Pilot Aqroparkın idarə olunmasına görə haqqın məbləği müəyyənləşib.
Trend-in məlumatına görə, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq qərar imzalayıb.
1. Birillik əkinlər (tərəvəzçilik təsərrüfatları istisna olmaqla) və yem bitkiləri üzrə:
- sahəsi 250 hektaradək olduqda – 24 AZN;
- sahəsi 250-1000 hektar olduqda – 16 AZN;
- sahəsi 1000 hektardan yuxarı olduqda – 20 AZN.
2. Çoxillik əkmələr (bağçılıq) üzrə – 59 AZN.
3. Tingçilik təsərrüfatları üzrə – 64 AZN.
4. Tərəvəzçilik təsərrüfatları üzrə – 70.8 AZN.
5. Örtülü sahələr (istixanalar) və innovativ bitkiçilik üzrə – 160 AZN.
6. Müasir heyvandarlıq kompleksləri üzrə – 600 AZN.
7. Müasir quşçuluq və balıqyetişdirmə təsərrüfatları üzrə – 1440 AZN.
8. Kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı üzrə – 1440 AZN.
Məlumat üçün bildirək ki, qərar sentyabrın 26-da qəbul edilib, noyabrın 20-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, noyabrın 21-də qüvvəyə minib.









