Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                     Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: .....                     Paşinyanın qadın “batalyon”u .....                 

İCRA BAŞÇISI MƏHKƏMƏLƏRİ NECƏ SATIN ALIR?
Tarix: 2-07-2012, 10:50 | Çap et
İCRA BAŞÇISI MƏHKƏMƏLƏRİ NECƏ SATIN ALIR?

QARADAĞIN İCRA BAŞÇISI ÜÇÜN DÖVLƏTİN QANUNLARININ DƏYƏRİ YOXDUR

DİA.AZ: - Qaradağın icra başçısı Süleyman Mikayılovun özbaşınalıqlarından artıq neçə müddətdir ki, məlumatlar verməkdəyik. Bildirək ki, birbaşa olaraq Mətbuat Şurasının «qoruması altında» olan «Çakır» ləqəbli icra başçısı nəinki barsində yazılanları qulaqardına vurmaqla məşğuldur, hətta öz cinayətlərini də davam etdirməyindədir. Hər halda, sahibkarların haqqını yemək, insanlara zülm etmək, ailələrin yeganə dolanışığını əlindən almaq cnayətdən başqa bir əməl deyil.

Kəmaləddin Heydərovun çörəyinin duzu yox imiş

Məlumat üçün bildirək ki, 1962-ci ildə aprelin 27-də Naxçıvanda anadan olan Süleyman Mikayılov 1979-ci ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib.

1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984-1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994-1995-ci illərdə «Səma» kiçik müəssisəsinin direktoru işləyib.

1995-1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb.

1999-2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.

2005-ci ilin dekabr ayınadək Yardımlı Rayon İcra Hakimiyyətinin, 21 dekabr 2005-ci il tarixindən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı olub.

Azərbaycan Respublikası Prezidentinin 04 mart 2010-cu il tarixli Sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı təyin edilib. 2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse prezidentidir. Ailəlidir, iki övladı var.

Keçdiyi yola nəzər saldıqda da görürük ki, Süleyman Mikayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun cızdığı xətt üzrə bugünkü mənsəbinə yetişib. Amma son zamanlar, yəni icra başçısı institutuna transfer olunduqdan sonra Süleyman Mikayılov FHN şefinin himayəsindən imtina edərək ona tamam əks qütbdə dayanan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin çətiri altına sığınıb.

DİA.AZ-a daxil olan məlumatlarda da bildirilir ki, Süleyman Mikayılov hətta günü bu gün də Kəmaləddin Heydərovun adamlarını məqsədyönlü şəkildə incitməkdədir. Bu barədə danışan mənbənin sözlərinə görə, «Çakır»ın sözügedən prosesdə əsas bir marağı var: «İcra başçısı yaxşı bilir ki, Kəmaləddin Heydərov ona qarşı çox qəzəblidir. Hər halda, onun bədən tərbiyəsi müəllimliyindən indiki mərtəbəyə qədər yüksəlişində müstəsna rol oynamış Kəmaləddin Heydərov bütün bu yaxşılıqlarının qarşılığında yalnız Süleyman Mikayılovdan etibarsızlıq görüb».

Hətta DİA.AZ-a bir başqa istiqamətdən daxil olan digər bir məlumatda bildirilir ki, bu günlərdə Süleyman Mikayılov haqqını yediyi sahibkarlardan biri ilə danışığında FHN şefi ilə məzələnmə cəsarətini də ortaya qoyub. Bu barədə mənbənin söylədikləri: «Hadisə təxminən 3 ay əvvəl olub. Süleyman Mikayılov sahibkarlardan birinin haqqını yemişdi. Və həmin adam Kəmaləddin Heydərova yaxın şəxs olduğundan məsələ FHN şefinin səviyyəsinə qədər qalxmışdı. Amma buna baxmayaraq, Süleyman Mikayılov yenə də öz bildiyini edib, obyektini talan etdiyi sahibkarı incitməyində davam edib. Bunun səbəbini isə icra başçısı maraqlı formada izah edib. Məlum olub ki, sən demə, Kəmaləddin Heydərov məsələ ilə əlaqədar birbaşa olaraq Süleyman Mikayılovun müavinlərindən birinə zəng edib və həmin şəxs də nazirin ismarıcını başçıya çatdırıb. Bundan sonra sahibkarı yanına çağıran Süleyman Mikayılov ona bildirib ki, Kəmaləddin Heydərov nədən ona yox, müavininə zəng edib. Daha sonra icra başçısı daha da irəli gedərək bildirib ki, Kəmaləddin Heydərova desin və ona da zəng etsin».

Lənkərandan transferə 1 milyon manat…

Təbii ki, Süleyman Mikayılovun belə bir cəsarətinin arxasında onun PA rəhbəri Ramiz Mehdiyev tərəfindən himayə olunması dayanır. «Çakır» belə düşünür ki, artıq onun FHN şefinə ehtiyacı yoxdur və Kəmaləddin Heydərovla müqayisədə kifayət qədər nüfuzlu olan Ramiz Mehdiyevin adamı olduğu təqdirdə, ona kimsə söz deyə bilməz.

Əslində bu qənaətində Süleyman Mikayılov kifayət qədər haqlı görünür. Çünki bu gün Ramiz Mehdiyevin nəzarəti altında olan mətbuatın özü belə Süleyman Mikayılovu qorumaqdadır. Məsələ o yerdədir ki, hətta Kəmaləddin Heydərova yaxın dairələr tərəfindən qidalanan mətbuatda da Qaradağın icra başçısı ilə bağlı hansısa neqativ materiala rast gəlinməz ki, bu da əslində Ramiz Mehdiyevin - Süleyman Mikayılovu himayə edən qüvvənin qüdrətidir.

Beləcə, əvvəlki sahibinə xəyanətini ardından bu gün icra strukturlarında var-gəl edən Süleyman Mikayılov olduqca gəlirli bir ünvanda qərarlaşıb. Söhbət Qaradağın icra başçısı postundan gedir. Hər halda, bu rayonun icra başçısı olmaqla həm büdcədən ayrılan külli miqdarda vəsaiti mənimsəmə iqtidarında olursan, həm də böyük sahibkar ordusu üzərində padşahlıq hüququ əldə edirsən. Necə ki, bu gün Süleyman Mikayılov məhz sahibkarlar üzərindəki təkhakimiyyətliliyinin bəhrəsini dadmaqdadır.

Məlumdur ki, Qaradağ rayonu ərazisində yüzlərlə daş karxanası var ki, hər birinin aylıq gəliri 20-30 min manatın üzərində olur. Hətta bu sektordan bir aya 200 min manat qazanc əldə edən sahibkarlar da var ki, bütün bu sərvətlərdə Süleyman Mikayılovun çox ciddi pay sahibi olması hər kəsə məlumdur.

Bütün bunları xatırladan mötəbər mənbəmiz isə DİA.AZ-a bildirir ki, Süleyman Mikayılov hətta Lənkərandan Qaradağa transfer oluna bilməsi üçün təxminən 1 milyon manat həcmində xərcə də düşüb. Və artıq həmin pulları icra başçısı postunun hesağbına çoxdan geriyə - öz büdcəsinə qaytara bilib. Təbii ki, bu zaman əsas ağırlıq yerli sahibkarların çiyinlərinə düşür…

Sahibkarların qənimi - Süleyman Mikayılov

Süleyman Mikayılov ayağını rayona ilk basdığı andanca bir hədəfi olub ki, o da Qaradağın sahibkarlarıdır. Məsələn, keçən günlərdə redaksiyamıza müraciət edən Qaradağın yerli sahibkarlarından Ağahüseyn Ağayevin Süleyman Mikayılovun necə hədəfinə çevrilməsi barədə faktları diqqətinizə çatdırmışdıq. Bu barədə sahibkarın söylədikləri: «İcra başçısı üç obyektimi qanunsuz sökdürüb, birini də qanunsuz olaraq yaxın adamının adına özəlləşdirib. Məndən başqa, 10 nəfər sahibkarın əmlakı də qanunsuz özəlləşdirilib. Oğlumun adına olan mağazanın bir hissəsini - 238 kvadratmetrini sökdü, məhkəməyə müraciət etdim. Məhkəmə həmin mağazanın yerində əvvəlcə bank binası tikilməsi barədə qərar qəbul etdi. Mən özüm uzun illər həmin rayonda icra başçısının müavini olmuşam və xəritə üzrə hansı binaya hansı ərazidə bina tikintisi üçün yer ayrılmasını da yaxşı bilirdim. Bunu məhkəmədə sübut edəndən sonra, hakim əvvəl mənim xeyrimə qərar çıxartdı. Həmin günün ikinci yarısı məni tələsik məhkəməyə çağırdılar, hakim qərarını dəyişdi. Belə izah etdi kİ, Bakı şəhər İcra hakimiyyətinin tikintiyə dair sərəncamı var. Ancaq bu dəfə mağazanın yerində bank binası üçün yox, xəzinədarlıq idarəsinin tikintisi üçün qərar çıxartdı. Mən Prezident Administrasiyasına şikayət yazdım, ərizəm Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə İdarəsinə göndərilmişdi. Gecə ilə Xəzinədarlıq idarəsinin tikilmiş bir hissəsi söküldü, yer özümüzə qaytarıldı».

Ağahüseyn Ağayev 1 saylı İqtisadi-İnzibat məhkəməsində Qaradağ rayon İcra Hakimiyyətinə qarşı dəymiş zərərin ödənilməsinə dair iddia qaldırıb. 2 illik süründürməçilikdən sonra məhkəmə onun iddiasını təmin edib və ona dəymiş zərərin müqabilində 285 min manat kompensasiya ödənilməsinə dair qərar çıxarıb. Ağahüseyn Ağayev deyir ki, bu məbləğ mağazanın 190 kvadratmetrini kompensasiya edir. Sökülən mağazanın sahəsi isə 238 kvadratmetr olub.
Ağahüseyn Ağayev: «İndi apelyasiya şikayəti vermişik, Biz itirilmiş faydaya görə də kompensasiya tələb edirik. Başçı mağazanı sökdürəndə mənim orada olan 100 min manatlıq malım zay olub. 21 aydan da çoxdur mağaza işləmir və gəlirdən məhrum olmuşuq».

Ağahüseyn Ağayev onu da bildirib ki, bundan başqa, oğluna məxsus olan üzlü plitə sexi də icra başçısının göstərişi ilə qanunsuz sökülüb. O, 1 saylı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə ona əldən çıxmış fayda kimi aylıq 1000 manat hesablamaqla 19 min manat, dağıdılmış avadanlığa görə 22 min manat kompensasiya ödənilməsinə və sexin tikilib bərpa edilərək özünə qaytarılmasına dair qərar çıxarıb. Ancaq nə Qaradağ icra hakimiyyəti nə də sahibkar qərardan razı qalmayıb.

Sahibkar icra hakimiyyətinin rəhbərliyinə qarşı cinayət işi başlanmasına görə, xüsusi qərar çıxarılması üçün qərardan apelyasiya şikayəti verib. İcra hakimiyyəti isə söküntünün qanuni olduğunu iddia edərək həmin instansiyaya müraciət edib.

«Daha bir obyektimiz Bakı-Salyan yolunun 15-ci kilometrliyindədir. Sahəsi 300 kvadratmetr olan ticarət obyekti idi. Onu da sökdürdü. Ona görə məhkəmə bizim xeyrimizə qərar çıxarıb. Bazarın qarşısındakı ticarət cərgəsində isə 11 ticarət mağazasını sökdürüb ki, onlardan biri də mənim ailəmə məxsus olub. Ona görə hələ məhkəməyə müraciət etməmişik, çünki söz verib ki, o mağazanın əvəzinə başqa ərazidən yer ayrılacaq bizə».

İcra başçısı dövlət qurumlarını barmağında oynadır

Hüseynov Mirzəkərim Ağa oğlunun başına gələnlər də kifayət qədər dramatikdir. Onun redaksiyamıza söylədiklərindən belə aydın olur ki, Süleyman Mikayılov Qaradağda icra başçısı postunu ələ keçirdiyi ilk gündəncə yerli sahibkarlara divan tutmağa başlayıb. Mirzəkərim Hüseynov bildirir ki, 28 may küçəsində yerləşən Bazara bitişik ərazidə onun adına olan mağaza qanunsuz şəkildə Süleyman Mikayılovun yaxın adamları tərəfindən ələ keçirilib. Bəri başdan bildirən ki, sözügedən qalmaqallı obyekt «Azərittifaq»a məxsusdur, ayrıca texniki pasportu var və eyni zamanda bu obyektin bir kimsə ilə yox, «Azərittifaq»da 30 illik iş stajı olan Mirzəkərim Hüseynovun adına müqaviləsi var. Və qanunlar da belədir ki, hələ özəlləşməyən bu obyektin özəlləşdirilməsi barədə qərar verilərsə, ilk olaraq təklif olunan sahibkar kimi Mirzəkərim Hüseynova təklif edilməlidir.

Amma sən saydığını say, gör, qanunları vecinə almayan Süleyman Mikayılov nə sayır. Hər halda, bu adam üçün dövlətin qanunlarının və mərhum prezident Heydər Əliyevin dövründən qoyulan ənənələrin bir qəpiklik dəyəri də yoxdur. Ki, bu da Mirzəkərim Hüseynovun başına açılan oyunlarla bir daha sübutlanmış olur.

Hüseynov Mirzəkərim Ağa oğlu redaksiyamızda olarkən bildirdi ki, onun obyektini 2011-ci ilin fevral 18-də bağlayıblar: «Sifarişçi təbii ki, Sülemyan Mikayılovdur. Çünk sonradan onun bu işdə birbaşa maraqlı olduğu və obyektimin onun adamlarının əlinə keçməsi də dediklərimin təsdiqi kimi qəbul oluna bilər. Digər yandan da, dükanımın bağlanması üçün çıxarılan saxta məhkəmə qərarları da icra olunarkən mənə məhkəmə icraçılarından biri də etiraf etdi ki, sifariş birbaşa olaraq başçıdan gəlib və özü də qəti tapşırıqverib ki, mağaza məhz bu gün bağlanmalıdır».

Hər halda, buradan da Süleyman Mikayılovun nəinki icra strukturlarını, hətta Qaradağın digər dövlət qurumlarını da bir padşah kimi yönəltməsi tam olaraq aydın olur. Doğrudur, burada elə bir yenilik yoxdur. Çünki digər rayonlarda da icra başçıları özlərini padşah kimi apararaq, hətta polis orqanlarına belə hökmlər verirlər. Halbuki bu qurumların bir-birilərilə əlaqələri yaolnız dövləti təmsil etmələrindədir. Süleyman Mikayılovun başqa rayonların rəhbərlərindən isə əsas fərqi ondadır ki, bu adam Qaradağda tam hakimiyyətini qura bilib və rayonda kəsdiy başa sorğu-sual yoxdur.

Qohumuna güvənən başçı dövlətə güvənən sahibkarı necə yenir?

İndi isə gələk, haqqı tapdanan Mirzəkərim Hüseynovun üzləşdiyi problemə: «Mənim obyektimi Qaradağ rayon məhkəməsində çıxarılan özbaşına qərarla bağladılar. Hətta mağazamda olan 30 min manatlıq mal günü bu gün də onun içindədir və həmin malların böyük bir hissəsi ərzaq məhsulu olduğundan artıq çoxdan xarab olub. Siz bu adamların özbaşınalğının həddinə baxın ki, hətta mallarımı belə çıxarmağa imkan vermədilər. Çünki Süleyman Mikayılova nökərçilik edən məhkəmə icraçıları üçün Azərbaycan dövlətinin qanunlarının qara qəpik qiymətində dəyəri yox imiş».

Şikayətçi DİA.AZ-a bildiriri ki, Apellyasiya Məhkəməsi də eyni qadada rüşvət alaraq Qaradağ məhkəməsinin qərarını qüvvədə saxlayıb: «Maraqlıdır ki, həm Qaradağ rayon məhkəməsi və həm də Appellyasiya Məhkəməsi bütün qərarlarını məndən xəbərsiz formada çıxarıblar. Belə bir şey harda görünüb? Görün, bu adamlar özlərini nə qədər cəzasız mühitdə hiss edirlər ki, hətta ölkənin məhkəmələrini satın almaqdan belə çəkinmirlər».

Onu da bildirək ki, Süleyman Mikayılovun bu qədər arxayınçılığının bir nədəni də onun Ali Məhkəmənin sədri Ramiz Rzayevlə qohum olması faktı göstərilir. Hətta bu barədə Qaradağın icra başçısı haqqını yediyi sahibkarlardan birinə açıq şəkildə də bildirib ki, onun hara necə şikayət etməsindən asılı olmayaraq, bütün məhkəmələr yalnız onun xeyrinə qərar çıxaracaqlar. Necə ki, məhkəmə qapılarında qalan Mirzəkərim Hüseynovun məsələsində olduğu kimi. Obyekti yağmalanan sahibkar Azərbaycan dövlətinin məhkəmələrinin ədalətinə güvənsə də, qohumu Ramiz Rzayevə arxalanan Süleyman Mikayılov hətta dövlətdən belə üstün olduğunu sübutlayıb. Hər halda, dövlətin bu kimi məsələlərdə öz varlığını hiss etdirməməsi də vətəndaşları bir çox yanlış gümanlara salır ki, yaşadığı müsibətlərdən usanan Mirzəkərim Hüseynovun bir iradı da məhz bu məsələ ilə bağlıdır: «Məgər bu dövlətin sahibi yoxdur? Məgər Süleyman Mikayılova «dur» deyən olmayacaq?»

Süleyman Mikayılovun məhkəmə tryuku

Daha sonra narazı sahibkar DİA.AZ-a bildirir: «Ali Məhkəməyə Appelyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verildi və Ali Məhkəmə 1 distansiya məhkəməsinin qərarını ləğv edərək, geri göndərdi. Amma buna baxmayaraq, Ali Məhkəmədə əldə olunan bu müvəqqəti qələbəmi də lazımınca qeyd edə bilmədim. İcra başçısı Süleyman Mikayılov da yeni priyom işlədib, mağaza ilə bağlı saxta alqı-satqı həyata keçirib, mağazanın Ali Məhkəmənin qərarı ilə açılmasına mane ola biləsi üçün yeni sahibin iddiası ilə mağaza barədə yenidən bağlanma qərarı çıxarıb».

Bununla yanaşı, qarşılıqlı məhkəmə savaşları davam edib və obyektin yeni qanunsuz sahibi Adil Paşayev özünün bacısı oğlu olan əvvəlki qanunsuz sahibinin məhkəmə davasını davam etdirir. Apellyasiya məhkəməsi də əlavələrini edərək iddiaçının xeyrinə qətnamə çıxarıb. Qarşı tərəf Apellyasiya Məhkəməsindən Ali Məhkəməyə kassasiya şikayəti verib. Kassasiya şikayəti ilə əlaqədar Ali Məhkəmənin icrası 2011-ci ilin 19 oktyabr tarixində keçirilməli idi. Bu müddət ərzində bazarın rəhbəri Adil Paşayev öz bacısı oğlu Qasımov Hüseynnin adından mağazanı öz adına keçirir.

Halbuki həmin vaxtı iş Ali Məhkəmədə baxılma ərəfəsində imiş. Keçən ilin 4 oktyabr tarixində İH başçısının xüsusi sifarişilə, yenə də obyektin əsas sahibindən, həmçinin «Azərittifaq»dan xəbərsiz şəkildə alqı-satqı həyata keçirilib. Qaradağ rayon məhkəməsində yenidən dükanın bağlanması haqqında qətnamə çıxarıb ki, bununla da iş təzəlinb. Yəni artıq ittiham hədəfi dəyişdiyindən bütün hüquqi işləmlər də yenilənmək zorunda qalıb. Yəni Mirzəkərim Hüseynovun məhkəmə instansiyalarından keçdiyi yol öz əhəmiyyətini itirib. Çünki ittiham hədəfi dəyişib və iddialar, həmçinin məhkəmə instansiyalarının keçidi təzələnmək zorunda qalıb. Hər halda, Süleyman Mikayılova bu ideyanın elə məhkəmədəki himayədarları tərəfindən verildiyi heç şübhəsizdir.

Saxtakar özünü həm də Paşayevlərin adamı kimi təqdim edir

Hazırda işin 1 saylı Bakı İnzibat İqtisad Məhkəməsində olduğunu bildirən Mirzəkərim Hüseynov onu da söylədi ki, son ümidi məhz bu məhkəmə qurumunadır. Onu da qeyd edək ki, narazı sahibkarın obyektinin yeni saxta sahibi olan Adil Paşayev həm də fırıldaqçı kimi tanınır. Hər halda, özünü Heydər Əiyev Fondunun prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın qohumu kimi təqdim etməyin başqa bir adı yoxdur. Bildirək ki, rayonda özünü Paşayevlər ailəsinin nümayəndəsi kimi təqdim edən Adil Paşayev hətta «yuxarıdan» gələn təftişedici qurumların nümayəndələrini də bu yalanı ilə yola salır.

Daha sonra narazı sahibkar davam edir: «Ailələrimiz 1 il yarımdır ki, ac-susuzdur. Ailədə 9 nəfərik, o mağaza bizim yeganə qazanc yerimiz idi. İndi o boyda ailə 250 manat pensiyanın ümidinə qalıb. Mağazaya mal almaq üçün banklardan götürdüyüm 20 min dolları ödəyə bilmirəm. 2 ildir ordan-burdan borc tapa-tapa ödəyirəm. Pul da getdi, mal da getdi, mağaza da getdi».

DİA.AZ xatırladır ki, Mirzəkərim Hüseynova qarşı çıxarılan saxta məhkəmə qərarları nəticəsində, obyektin içində ərzaq məhsulları da girov qalıb. 30 min manatlıq malı girovluqda olan Mirzəkərim Hüsyenov bildirir ki, heç bir xəbərdarlıq edilmədən Sülemyan Mikayılovun adamı tərəfindən, məhkəmə qərarlarının icraçıları adından. Qaradağ rayon məhkəməsinin hakimi Rəşad Mustafayev tərəfindən 3 dəfə ondan xəbərsiz qərar çıxarıb: «2 ay əvvəl 1 saylı Bakı İnzibati İqtisad məhkəməsində vəsadət qaldırmışıq. Bir dəfə hazırlıq iclası olub, iyulun 4-də isə məhkəmə baxışı olacaq».

Sahibkar məsələ ilə bağlı ayrı-ayrı dövlət qurumlarına müraciət etdiyini xatırladar bildirir: «Niyə mənim şikayətimə baxan yoxdur? Əslində dükan «Azərittifaq»ın balansındadır və mən «Azərittifaq»la müqavilə bağlamışam. Hətta Süleyman Mikayılov üzərində özəlləşdirmə qərarı olmayan bir obyekti ələ keçirəcək səviyyədə özünü əlahiddə hiss edir. Halbuki mənim «Azərittifaq»da 30 illik əmək fəaliyyətim var, bu gün də qurumun payçısıyam».

Özünü bu gün onun obyektinə tamah salan Adil Paşayevlə müqayisə edən Mirzəkərim Hüseynov bildirir ki, onun oğlu 200 min dollarlıq maşın sürür: «Özünün də 3 «Leksus» markalı maşını var. Mən isə ailəmi dolandırmağa çörəkpulu tapmıram. Bundan başqa onun Suraxanı rayonu ərazisində sement zavodu da fəaliyyət göstərir. Təsadüfi adam deyil. Məhkəmədə iddiaçı ilə məzələnib də. Bir dəfə dedi ki, 26 milyon dollara təyyarə alıb, ikincisini alması üçün də 13 milyonu çatmır. Yaxşı əgər bu adamın bu qədər pulu varsa, biz kasıblardan nə istəyir? Mənim hesabımamı özünə ikinci təyyarə almalıdır?»

Mövzumuz davam edəcək. Bizi izləyin…









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Dünən, 10:43
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Dünən, 10:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru