“Avromaydanda bəşəri cinayətlər törədilməyib”
Tarix: 13-11-2015, 09:11 |
Çap et
“2014-cü ilin Avromaydan etirazları zamanı Ukrayna təhlükəsizlik qüvvələri “aşırı” gücdən istifadə ediblər, ancaq bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunmurlar”. Bunu Beynəlxalq Cinayət Məhkəməsi (ICC) ilkin təhqiqatın nəticəsində bildirib.
ICC-nin baş təhqiqatçısı Fatou Bensouda (qadındır- red.) noyabrın 12-də açıqlanmış hesabatda bildirib ki, Haaqada yerləşən qurum münaqişəni təhqiq etməyə başlayıb.
Kiyev Maydanında qərbyönlü etirazlar 2013-cü ilin noyabrın başlanıb, rusiyapərəst Viktor Yanukovych hökumətinin devrilməsi ilə nəticələnib. 100-dək etirazçı həlak olub.
Bensouda deyib ki, həmin hadisələr “bəşəriyyətə qarşı cinayət sayılmasa da, Maydanda ciddi insan haqları pozuntuları baş verib”. “Etirazçılara hücumlar dinc əhaliyə hücum sayılsa da, bunun geniş yayılmış və ya sistematik olmasına dair qənaət yoxdur,” Bensouda söyləyib.
ICC Rusiyanın anneksiya etdiyi Krımda və şərqi Donbas regionunda da təhqiqatı davam etdirir.
Ukraynada hökumət qüvvələri ilə separatçıların münaqişəsində 7 min 900-dən çox insan həlak olub.