Parlamentin həyətində çadır quruldu
Tarix: 28-09-2015, 07:58 |
Çap et
Danimarka parlamentinin həyətində son həftələrdə dünyanın gündəmində olan miqrant problemi barədə məlumat vermək və miqrantlara yardım etmək üçün çadır qurulub. ANS PRESS-in məlumatına görə, “We have space” (Yerimiz var) adlı çadırda Suriyada baş verənləri və miqrantlartın yolçuluq müddətində çəkdiyi çətinlikləri əks etdirən foto şəkil sərgisi açılıb. Həmçinin çadırda Danimarkanın miqrantlara tətbiq etdiyi sərt qanunlar ilə Suriyada müharibəni və miqrantların o anda yaşadığı sıxıntıların göstərən filmlər nümayiş olunur. Suriya və Yunanıstan kimi ölkələrdə miqrantların çəkdiyi sıxıntıları şəxsən görmüş 4 könüllü çadırı ziyarət edənlərə bu barədə məlumat verir.
Birinci gün Sığınmaçı Hüquqları təşkilatının sədri Coanna Haas Avropada miqrant problemi barədə məlumat verib. Bundan sonra turistik Bronholm adasının bələdiyyə sədri Binni Qrossbol isə adadakı düşərgədə miqrantları necə qarşıladıqlarından danışıb. Daha sonra suriyalı həkim Haifa Avadın, müharibənin davam etdiyi Suriyada həkimlik etməyin nə qədər çətin olması barədə təqdimatı olub.
İkinci gün suriyalı qadınlar Zeynəb və Yeşila Danimarkada miqrant kimi yaşadıqları iki il barədə danışıblar və qonaqlara Suriya mətbəxindən yeməklər verilib. Daha sonra danimarkalıların və suriyalıların iştirakı ilə nərd turniri keçirilib.
Son gün isə Yunanıstanın Lesbos adasında miqrantların yaşadıqları çətinlikləri əks etdirən foto şəkillər, həmçinin döyüş müxbiri Nagieb Khaja Suriyada davam edən müharibə barədə təqdimat nümayiş olunub.