“İsrailin Livana hücumları İranın səbrini tükəndirib”.
Globalinfo.az xəbər verir ki, bunu İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti qeyd edilib.
“Beyrutdakı yanlış hesablamalar səbrimizi tükəndirdi. Əmr verilib. Vaxt çatdı və raketlər hazırdır. “Hizbullah” Müqavimət Oxunun bir hissəsidir”, – o yazıb.
Vilayəti bildirib ki, İsrail Livana zərbələri dayandırmasa, İran iki güclü coğrafi silah olan Hörmüz və Bab əl-Məndəb boğazlarını daraldacaq.










