ABŞ-ın bəzi ştatlarında və Kanadanın müəyyən bölgələrində separatçı hərəkatlar fəallaşıb.
Bu barədə "The New York" Times qəzeti məlumat yayıb.
Məlumata görə, Vaşinqton ştatının Sietl şəhərində fəaliyyət göstərən "Cascadia Democratic Action" təşkilatı Vaşinqton və Oreqon ştatlarının ABŞ-dan ayrılaraq müstəqil Kaskadiya dövləti yaratması ilə bağlı 2028-ci ildə referendum keçirilməsi istiqamətində fəaliyyət göstərir.
Təşkilatın rəhbəri Endryu Engelson bildirib ki, əgər federal hökumətlə münasibətlər yaxşılaşmasa, ayrılma məsələsi gündəmdə qalacaq.
Onun sözlərinə görə, Donald Trampın ikinci prezidentlik dövründə ölkə əhalisi “federal hökumətlə zorakı münasibətlər içindədir” və “ayrılmaq düzgün çıxış yoludur”.
Nəşr qeyd edir ki, Texas və Kaliforniyada da müstəqillik tərəfdarlarının fəaliyyəti güclənir.
Bundan əlavə, Kanadanın Alberta əyalətində də bu ilin oktyabrında ölkədən ayrılmaq məsələsinin səsverməyə çıxarılması planlaşdırılır.









