Ermənistanda keçirilən növbəti seçkilərin nəticələrinə görə, yeni parlamentdə 4 siyasi qüvvə yer alacaq.
Bizim.Media “News.am”a istinadla xəbər verir ki, söhbət Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi", Samvel Karapetyanın "Güclü Ermənistan" alyansı, Robert Köçəryanın "Ermənistan" alyansı və Qaqaik Tsarukyanın Çiçəklənən Ermənistan Partiyasından gedir.
Parlamentdə mandatlar aşağıdakı kimi paylanacaq:
"Vətəndaş Müqaviləsi” - 61 mandat
"Güclü Ermənistan" alyansı - 28 mandat
"Ermənistan" bloku – 11 mandat
Çiçəklənən Ermənistan Partiyası – 5 mandat.








