Macarıstanın yeni hökuməti, Viktor Orbanın dövründə əvvəlki hökumət tərəfindən tətbiq edilən qadağanı aradan qaldıraraq, Avropa Sülh Fondundan Ukraynaya hərbi yardım üçün istifadə etməyə razılıq verib.
APA xəbər verir ki, bu barədə “Nepszava” qəzeti məlumat yayıb.
Qeyd edək ki, Macarıstan 2024-cü ildən bəri Avropa Sülh Fondundan Ukraynaya təxminən 6,6 milyard avroluq hərbi yardımın ayrılmasını bloklamışdı.









