Təsəvvür edin, bəşəriyyət neft, qaz və kömür kimi bütün qalıq yanacaqlardan tamamilə imtina edib, tam şəkildə elektrik enerjisinə keçir.
Bunun üçün Saxara səhrasının cəmi 5%-ni günəş panelləri ilə örtmək yetərlidir. İnternet bu gün necə Amerikadan çıxıb qalın kabellərlə bütün dünyaya yayılırsa, enerji də eyni şəkildə Saxaradan dünyaya paylana bilər.
İşıq demək olar pulsuz olar, zavod və fabriklər daha sərfəli işləyər, planet çirklənmədən xilas olar. Baha başa gələn texnika, qida və geyim də ucuzlaşar, hər kəs üçün əlçatan olar. İnsanlıq ucuz enerji hesabına daha sürətlə inkişaf edib Qallaktikanı fəth edər.
Belə layihələr çoxdur, amma Rusiya, Çin və ABŞ kimi 3 gücün siyasi və iqtisadi rəqabətinə görə həyata keçmir. Digər ölkələr isə bu güclərdən birinin təsiri altındadır, müzakirəyə dəyməz. Bu 3 ölkə anlaşsa, dünya müdafiə nazirliklərini ləğv edər...
Müəllif: Orxan Atabəy - "DİA-AZ"








