“Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb .....                     Paşinyan müxalifəti hədələdi: .....                     "QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxundu .....                     Robert Koçaryana qarşı cinayət işi başlanacaq .....                     Ermənistanda ABŞ, Fransa və Yunanıstanın iştirakı ilə hərbi təlimlər keçirilir .....                     ÖZÜ DEDİ: Paşinyan Bakıya gəlir... .....                     İlqar Xəyal oğlunun duet təklifinə niyə "YOX" deyib? .....                     "Sea Breeze"in mühafizəçisi dələduzluğun qurbanı olub .....                     Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır .....                     9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir .....                     Paşinyan Azərbaycanla sülhə qarşı çıxan qüvvələrə müqavimət göstərməyə çağırıb .....                     `AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR... .....                     Gözləmə mövqeyində olan investorları necə cəlb etməli? .....                     Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb .....                     Hansı ölkədə ailələrin daha çox borcu var? .....                     16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi .....                     AZAL iyunun I yarısında Bakı–Naxçıvan–Bakı reysi ilə 47 mindən çox sərnişin daşıyıb .....                     Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər .....                     Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər .....                     Partiya sədrindən deputata SƏRT TƏPKİ: . .....                     Turistlər Azərbaycana ona görə gəlmirlər ki: .....                     Ermənistan MSK Karapetyanın blokundan namizədin həbsinə icazə verdi .....                     Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib .....                     İran neftini daşıyan tankerlər Hörmüz boğazını keçib .....                     Pekinin Rusiya və İranla bağlı öz planları var... .....                     Xəzər Türklərinə aid qeyri adi toqqa .....                     Azərbaycana daxil olan humanitar yardımlar azalıb .....                     Maaş kartını rəisə vermədi, işdən çıxarıldı .....                     BANM tələbəsi 10 ən nüfuzlu universitetə qəbul olub .....                     Bakıda “Milli Xalq Oyunları” Festivalı keçirilib .....                     Meyxanaçı Rüfət onları efirə çağırmayan kanallardan şikayətləndi .....                     20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir: Özünə yeni vəzifə verildi .....                     Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər .....                     Ermənistan parlamentinin sədri özündən 20 yaş kiçik modellə evlənir .....                     Azərbaycan Gürcüstandan ən çox pul köçürülən ölkə olub .....                     Mülayim qərb küləyi əsəcək .....                     “Sahil-S İnşaat” MTK-nın yeni sədri də axtarışa verildi .....                     “Səhhətindəki problemlərə, ayağındakı ağrılara baxmayaraq Ramiz Rövşən konsertimə gəldi” .....                     "Millət vəkillərinin tələbə övladları varsa, onlar da gedib işləsinlər" .....                     ETİRAZ: Şəhəri BELƏMİ SALIRLAR? .....                 

Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Tarix: 29-04-2026, 06:17 | Çap et

Ukraynalı əsgərlər aylarla Xarkov vilayətindəki Kupyansk şəhərini ələ keçirmək və qorumaq uğrunda döyüşüblər. Oskol çayının ikiyə böldüyü bu şəhərdə hazırda istifadəsiz dəmiryol xətti yerləşir.

Ukraynanın 14-cü Əlahiddə Mexanikləşdirilmiş Briqadası və digər bölmələr ötən ilin payızında Rusiya qoşunlarının qəfil hücumunu dəf edə biliblər. "DİA-AZ"ın AzadlıqRadiosunun Ukrayna xidmətinə istinadən məlumatına görə, bu, 14-cü briqadaya ağır başa gəlib.

Ötən həftə briqadanın bəzi əsgərlərinin yaxınları narazılıqlarını ictimailəşdirərək bir dəri-bir sümük əsgərlərin şəkillərini yayıblar. Onlar bunu qida və su çatışmazlığı, həmçinin pis idarəetmə ilə əlaqələndiriblər.

Olqa bildirib ki, əri və briqadanın digər üzvləri günlərlə yeməksiz və susuz qalıb: "Mənə yazmışdı ki, "Sağam, amma acıq"… Doqquz gün idi ki, yemək yeməmişdilər".

Anastasiya adlı digər bir əsgər xanımı AzadlıqRadiosuna şikayətlənərək deyib: "Mədə quruyana qədər yeməksiz nə qədər yaşamaq olar? Əvvəl mədə işləməyi dayandırır. Sonra susuzlaşma başlayır. Su olmadığı üçün onların ayaqları ağrıyırdı".

Briqada komandiri vəzifəsindən azad edilib

Bu şəkillər və şikayətlər Ukrayna cəmiyyətində ciddi rezonans doğurub. Dörd ildən çoxdur davam edən müharibə onsuz da əhalini yorub. Məsələ ordu rəhbərliyinin də diqqətini çəkib. Aprelin 24-də general Oleksandr Sırski 14-cü briqadanın komandirini vəzifəsindən azad edib. Baş Qərargah səbəb kimi briqadanın ərzaq təminatında yaranmış ciddi problemləri göstərib.

2022-ci ilin fevralında Rusiya genişmiqyaslı işğala başlayandan bəri Ukrayna əzmkarlıq və qətiyyət, Qərb silahları və dron texnologiyaları sayəsində Rusiyanın qarşısında dura bilib. Bununla belə, orduya canlı qüvvənin cəlb edilməsi ciddi problem olaraq qalır. Prezident Volodimir Zelenski və deputatlar iki il ərzində səfərbərlik qanunvericiliyində islahatları razılaşdırsalar da, hərbi xidmətdən yayınma halları geniş vüsət alıb. Çağırış sisteminin mərkəzləşdirilməməsi korrupsiya və rüşvət iddialarına yol açıb.

Ukraynanın ən təcrübəli bölmələrindən olan 3-cü Əlahiddə Hücum Briqadası şəxsi heyətin say tərkibini əsasən lazımi səviyyədə saxlaya bilib. Digər hərbi hissələr isə həm şəxsi heyətin sayı, həm də yeni çağırışçıların təlim keyfiyyəti ilə bağlı çətinlik çəkir. Məsələn, Qərbdə təlim keçmiş və müasir texnika ilə təchiz olunmuş 155-ci Əlahiddə Mexanikləşdirilmiş Briqada fərarilik, qarşılıqlı ittihamlar və komandanlığın ünvanına kəskin ictimai tənqid dalğası ilə üzləşib. Briqada komandiri cəbhəyə yollanmağa bir neçə gün qalmış vəzifəsindən azad edilib.

Xarkov vilayətinin Kupyansk rayonu yaxınlığında aylarla təminatdan məhrum qalan və taqətdən düşmüş Ukrayna hərbçisi.

"Tez-tez huşumuzu itiririk"

Kupyansk yaxınlığındakı 14-cü briqada üzvlərinin yaxınları AzadlıqRadiosunun Ukrayna xidmətinə deyiblər ki, bölmə yeddi ayadək ərzaq və təchizat çatışmazlığı ilə üzləşib. Keçən həftə digər bir əsgər xanımı Anastasiya Silçuk Facebook-da hərbçilərin fotolarını paylaşaraq onların bu sözlərini sitat gətirib: "Yeddi aydır ərzaq, su və yanacaq davamlı gecikir. Tez-tez huşumuzu itiririk, mövqelərimizi müdafiə etmək üçün fiziki gücümüz qalmır".

Komandirlər və ordu rəsmiləri təminat qıtlığını inkar etməyiblər; onlar mövcud vəziyyəti qismən döyüşlərin getdiyi Oskol çayı üzərindən yüklərin daşınmasının çətinliyi ilə əlaqələndiriblər. Rəsmilər məhdud miqdarda təchizatın dronlar vasitəsilə çatdırıldığını qeyd ediblər. Briqadanın sözçüsü Nadiya Zamrıqa isə AzadlıqRadiosuna açıqlamasında logistika ilə bağlı vəziyyətin artıq stabilləşdiyini bildirib.

Problemlər daha dərindir

Ukrayna ordusunun fəaliyyətinə nəzarət edən hüquq müdafiəçisi Olqa Reşetilovanın sözlərinə görə, logistika problemi təkcə 14-cü briqadaya məxsus deyil. O, qoşunların rotasiyası və tükənmiş bölmələrin cəbhə xəttindən geri çəkilməsi ilə bağlı daha genişmiqyaslı problemlərin mövcudluğuna diqqət çəkib.

İstefada olan polkovnik, 53-cü motoatıcı briqadanın sabiq komandiri Anatoli Kozyol isə bildirib ki, zabitlər tez-tez rəhbərliyə yanlış məlumatlar ötürürlər. O vurğulayıb ki, bu problem təkcə logistika ilə deyil, həm də cəbhədəki real vəziyyət və müdafiə mövqelərinin durumu ilə bağlıdır: "Cəbhədə elə mövqelər var ki, real taktiki vəziyyətə cavab vermir. Bəzi mövqelərdə hazırlıq səviyyəsi uzun müddət yarımçıq qalıb, rabitə yoxdur... Lakin briqada komandiri bunu yuxarı rəhbərliyə bildirməkdən sadəcə qorxur".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb - FOTO
Bu gün, 18:26
Paşinyan müxalifəti hədələdi: - “Kökünü qazıb məhv edəcəm!”
Bu gün, 18:23
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxundu
Bu gün, 18:20
Robert Koçaryana qarşı cinayət işi başlanacaq
Bu gün, 18:17
Ermənistanda ABŞ, Fransa və Yunanıstanın iştirakı ilə hərbi təlimlər keçirilir
Bu gün, 18:16
ÖZÜ DEDİ: Paşinyan Bakıya gəlir... - AÇIQLAMA
Bu gün, 18:11
İlqar Xəyal oğlunun duet təklifinə niyə "YOX" deyib? – Səbəb hər kəsi təəccübləndirdi
Bu gün, 18:10
"Sea Breeze"in mühafizəçisi dələduzluğun qurbanı olub
Bu gün, 18:08
Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır - "Bloomberg"
Bu gün, 18:07
9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir
Bu gün, 18:05
Paşinyan Azərbaycanla sülhə qarşı çıxan qüvvələrə müqavimət göstərməyə çağırıb - KİV
Bu gün, 18:03
`AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR... - İTTİHAM VAR...
Bu gün, 17:56
Gözləmə mövqeyində olan investorları necə cəlb etməli? - Ekspert deyir ki...
Bu gün, 17:43
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:42
Hansı ölkədə ailələrin daha çox borcu var?
Bu gün, 17:21
16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 17:18
AZAL iyunun I yarısında Bakı–Naxçıvan–Bakı reysi ilə 47 mindən çox sərnişin daşıyıb - DİQQƏT!
Bu gün, 17:13
Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər - GƏLİŞMƏ
Bu gün, 17:06
Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər
Bu gün, 17:04
Partiya sədrindən deputata SƏRT TƏPKİ: . - Elə sözlər dedi ki..
Bu gün, 16:28
Turistlər Azərbaycana ona görə gəlmirlər ki: - Bilet baha, yol bağlı...
Bu gün, 16:20
Ermənistan MSK Karapetyanın blokundan namizədin həbsinə icazə verdi - KİV
Bu gün, 16:15
Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib - SİYAHI
Bu gün, 16:02
İran neftini daşıyan tankerlər Hörmüz boğazını keçib
Bu gün, 15:54
Pekinin Rusiya və İranla bağlı öz planları var... - İNCƏLƏMƏ
Bu gün, 13:21
Xəzər Türklərinə aid qeyri adi toqqa - FOTO
Bu gün, 13:18
Azərbaycana daxil olan humanitar yardımlar azalıb
Bu gün, 13:15
Maaş kartını rəisə vermədi, işdən çıxarıldı - İNDİ İSƏ...
Bu gün, 13:07
BANM tələbəsi 10 ən nüfuzlu universitetə qəbul olub - FOTO
Bu gün, 13:03
Bakıda “Milli Xalq Oyunları” Festivalı keçirilib - FOTO
Bu gün, 12:58
Meyxanaçı Rüfət onları efirə çağırmayan kanallardan şikayətləndi - Meyxanaçı kimdən tərbiyəsizdir?
Bu gün, 12:55
20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir: Özünə yeni vəzifə verildi - İLGİNC
Bu gün, 12:40
Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər - QƏRAR
Bu gün, 12:36
Ermənistan parlamentinin sədri özündən 20 yaş kiçik modellə evlənir
Bu gün, 12:33
Azərbaycan Gürcüstandan ən çox pul köçürülən ölkə olub - SİYAHI
Bu gün, 12:31
Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:28
“Sahil-S İnşaat” MTK-nın yeni sədri də axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 12:24
“Səhhətindəki problemlərə, ayağındakı ağrılara baxmayaraq Ramiz Rövşən konsertimə gəldi”
Bu gün, 12:19
"Millət vəkillərinin tələbə övladları varsa, onlar da gedib işləsinlər" - deputat
Bu gün, 12:16
ETİRAZ: Şəhəri BELƏMİ SALIRLAR? - "Bu necə mümkündür axı?"
Bu gün, 12:14
Xaçmazdan adam oğurlayıb Bakıya gətirərək döyən şəxslərə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 12:04
Sərdar Cəlaloğlunun “cinsi uyğunsuzluq” fikri mübahisə yaratdı – Cavadzadədən cavab
Bu gün, 11:56
"Ondan olmaz, əli qana batıb, gələcək lideri biz müəyyən edəcəyik" - İran şahının oğlundan Trampa təpki
Bu gün, 11:48
Prezidentin təsdiqlədiyi investisiya layihələrinin icrasına hansı qurum mane olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:42
Ziraat Bank Azərbaycanda YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:40
Cənubda EKOTERROR DAVAM EDİR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:25
“İtirilmiş ada” tələsi və ya Kreml Krımı saxlaya bilmir - Böhran içində "qala"
Bu gün, 11:15
İrəvandan sülhə qarşı SABOTAJ – erməni nazirin O YALANI...
Bu gün, 11:04
FHN 289 min manata 2 ədəd “Toyota” alır - DETALLAR
Bu gün, 11:02
Rusiya Ermənistana qapıları bağlayır? - Moskva qadağaların səbəbini açıqladı
Bu gün, 10:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru