ABŞ hərbçiləri son 38 ildə ilk dəfə olaraq dənizdə döyüş əməliyyatı zamanı gəmi toplarından istifadə edib.
Teleqraf xəbər verir ki, bu barədə "The War Zone" nəşri məlumat yayıb.
Bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Arli Berk” sinifli USS “Spruance” esminesi İranın “Touska” ticarət gəmisinə qarşı əməliyyat zamanı gəmi toplarından istifadə edib, daha sonra isə gəmi ələ keçirilib.
Məlumata görə, ABŞ HDQ sonuncu dəfə 1988-ci ildə döyüş şəraitində digər gəmilərə qarşı bu tip silahdan istifadə edib. Həmin hadisə də eyni bölgədə və İrana qarşı həyata keçirilib.
Nəşr qeyd edir ki, son təsdiqlənmiş belə hadisə 1988-ci il aprelin 18-də “Praying Mantis” (“Tanrıya dua edən həşərat”) əməliyyatı zamanı baş verib.
Qeyd edək ki, daha əvvəl İran Xarici İşlər Nazirliyi ABŞ-dan “Touska” gəmisinin ekipajının azad edilməsini tələb etmişdi. Rəsmi Tehran bu hadisəni atəşkəs rejiminin pozulması kimi qiymətləndirib.










