Yaponiya İkinci Dünya müharibəsinin sonundan bəri ilk dəfə müdafiə ixracı qaydalarını yumşaldır.
Bu barədə “Reuters“ adı açıqlanmayan rəsmilərə istinadən məlumat verib.
Məlumata görə Yaponiyanın bu ay yeni qaydaları rəsmi olaraq qəbul etməsi gözlənilir.
Potensial müştərilər arasında Polşa Silahlı Qüvvələri və Filippin Hərbi Dəniz Qüvvələri var.
Agentlik avropalı diplomatlara istinadən bildirir ki, Yaponiyanın silah ixracı siyasətinin gələcəkdə yumşaldılması Qərb ölkələrinin ABŞ-dan asılılığının azalmasına kömək edəcək.








