İranda mürtəce mollakratiyaya qarşı hərəkata dəstək üçün müdaxilə edən ABŞ qısa müddətdən sonra bəyan etdi ki, bəs bizi İran xalqının azadlığı yox, neft və qaz maraqlandırır. İmperializmə xas riyakarlıqla etiraf etdilər ki, bir babat ayatollah tapsaydıq, onunla sövdələşib anlaşıb, ölkənin milli sərvətini bölüşdürərdik. Bu arada gülləbaran edilmiş 50 min etirazçı da unuduldu, İranda demokratiya və azadlıq problemləri də...
Fəqət babat ayatollah tapa bilmədilər, hakim zümrəni parçalamağa müvəffəq olmadılar, ən pis ayatollahla bir masada əyləşib anlaşmağa cəhd etdilər. Yenə alınmadı. Sonra hərbi işğala əl atdılar. Zəbt edə bilmədilər... Sonda ən pis mollanı inandırmağa çalışdılar ki, heç olmasa əvvəlki status-kvo bərpa edilsin, Hürmüz açılsın. Alınmadı...
Vəhşi imperializm hər zaman dəyərlər uğrunda yox, yırtıcı maraqlar naminə çarpışır. İmperializmin bu vəhşi üzünü gördükdə insan solçuluğun ən ifrat qanadına belə qoşulmaq istəyir. Amerika, MAGA və Tramp - iyrənc, ürəkbulandırıcı və nifrətə layiq qüvvədir!
Müəllif: Eynulla Fətullayev
"DİA-AZ"








