Bu savaş hər kəsi yorub... - Bu savaşdan hər kəs yorulub...
Tarix: 3-04-2026, 14:26 | Çap et

ABŞ prezidenti Donald Tramp bir tərəfdən Tehranın danışıqlara maraq göstərdiyini söyləyərkən, digər tərəfdən ölkəsinin yaxın 2-3 həftə ərzində İrandakı bütün hərbi hədəfləri məhv edəcəyini bildirib. Bu o deməkdir ki, müharibə hələ bir müddət də davam edəcək. Tramp son çıxışında əvvəlkilərdə olduğu kimi İranın donanması və hərbi hava qüvvələrini böyük ölçüdə məhv edildiyini vurğulasa da, məsələni hələ tam bitirmədiklərinə işarə edib. Trampın çıxışından o da bəlli oldu ki, onun Hörmüz boğazının açılmasıyla bağlı orduya hücum əmri vermək fikri yoxdur. Misal üçün Ağ Ev sahibi deyib ki, ABŞ hazırda dünyada ən böyük neft və qaz istehsalçısı olduğuna görə Hörmüz boğazına ehtiyacı yoxdur və bu marşrutdan istifadə edən ölkələr təhlükəsizliyi özləri təmin etməlidir.
Tramp müharibəni dayandırmaq istəyən dövlətlərin vasitəçilik təklifləri ilə bağlı heç nə deməyib. Halbuki, müxtəlif ölkələr vasitəçilik təşəbbüsləri ilə çıxış edirlər. Sonuncu dəfə belə təşəbbüslə Pakistanla Çin birlikdə çıxış ediblər. Çin və Pakistan müttəfiq olduqlarından Yaxın Şərqdəki durumla bağlı eyni mövqeyə malikdirlər. Ancaq Ağ Ev Çin xarici işlər naziri Vanq İ ilə Pakistanın xarici işlər naziri İshaq Dar arasında Pekində keçirilən danışıqlardan sonra verilən Pakistan-Çin birgə bəyanatını qulaqardına vurmuş kimi görünür. Yaxın Şərqdəki müharibə ikinci ayına qədəm qoyarkən, dünyanın enerji təchizatı ciddi böhran içində olarkən və neft qiymətləri kəskin şəkildə artırarkən, Pakistan və Çin sülhməramlı kimi prosesə müdaxilə etməyə çalışırlar. Çini ən çox narahat edən Hörmüz boğazının təhlükə altında olmasıdır. Doğrudur, İran Çinə neft daşıyan tankerlərin Hörmüz boğazından keçidinə şərait yaradıb. Buna baxmayaraq, davam edən gərginlik Çinin bölgənin enerji daşıyıcılarına çıxını məhdudlaşdırıb. Pekində hesab edirlər ki, ABŞ İrana qarşı hərbi əməliyyat vasitəsilə digər rəqiblərini qorxutmağa çalışır. Misal üçün Çinin Tayvan adasını nəzarətə götürməklə bağlı planı var. Çin planının reallaşması üçün münasib zaman gözləyir. Tayvanı yalnız hərbi yolla nəzarətə götürmək mümkündür. Vaşinqton Çinin Tayvan adasını hərbi yolla nəzarətə götürməsinə seyrçi qalmayacaq. Bu səbəbdən ABŞ-ın İrana qarşı hərbi əməliyyatı həm də Çinə mesajdır ki, Pekin Tayvan adasını nəzarətə götürmək planından imtina etsin.
Donald Tramp mayın ortalarında Çinə səfər etməyi planlaşdırır. ABŞ Prezidenti həmin tarixə qədər müharibəni bitirməyi planlaşdırır. Pekin də buna ümid edir. Yaxın Şərqdəki müharibələr Çin iqtisadiyyatına mənfi təsir edir. Bu müharibələr Çin ixracatçılarına problemlər yaradıb. Çinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman və İraqda müxtəlif layihələri mövcuddur. Hazırda isə bu ölkələrin hər biri atəş altındadır. İranın zəifləməsi də Çinin iqtisadi maraqlarına təsir edir. Tehran və Pekin arasında onilliklər boyu davam edən tərəfdaşlıq mövcuddur. Çin İranın aparıcı ticarət tərəfdaşıdır və İran neftinin təxminən 80%-ni alır. Digər tərəfdən müharibələr Çinin plastik istehsalından tutmuş müasir sintetik parçalar üçün xammallara, telefonlara, elektrik avtomobillərinə və yarımkeçiricilərə gedən yüzlərlə komponentə qədər bütün təchizat zəncirinə mənfi təsir edir. Buna görə də Pekin Yaxın Şərq sülh prosesində fəal rol oynamaq barədə düşünür. Problem ondadır ki, Pekin qarşısında yenə Vaşinqtonu görəcək. ABŞ Çinin Yaxın Şərqdə diplomatik fəallığını əngəlləməyə çalışacaq.
İran Çinlə yanaşı Hindistana da neft daşıyan tankerlərin Hörmüz boğazından keçidinə şərait yaradıb. Ancaq Pekin kimi Yeni Dehli də müharibənin uzanmasından narahatdır. Böyük iyirmilərin (G20) 2023-cü ilin sentyabrında Yeni Dehlidə keçirilən sammitində Hindistan da daxil olmaqla Cənubi Asiyanı Yaxın Şərq üzərindən Avropa ilə birləşdirən yeni nəqliyyat dəhlizi ilə bağlı memorandum imzalanmışdı. Ancaq Yaxın Şərqdə davam edən müharibələr səbəbindən bu layihənin reallaşdırılması təxirə salınıb.
Müəllif: Elxan Şahinoğlu - Mənbə: "DİA-AZ"

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Günün günorta çağı QARƏT... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 08:36 |
|
|
|
| • Tramp razılaşmanın bağlanması şərtilə İrana hücumun ləğv edildiyini açıqlayıb - "Truth Social"
Bu gün, 08:26 |
|
|
|
| • Suriya İraqa xəbərdarlıq etdi: - Hücum cavabsız qalmayacaq
Bu gün, 08:24 |
|
|
|
| • Bu ölkə bizə Qara dənizdə kömək edə bilər - Zelenski
Bu gün, 08:22 |
|
|
|
| • Müharibə Azərbaycan sərhədlərinə yaxınlaşır? – Tehran narahatdır…
Bu gün, 08:21 |
|
|
|
| • AzəriQaz-da ABSURD BÜROKRATİYA... - Nəticədə vətəndaş yenə eyni sualı verir...
Bu gün, 07:20 |
|
|
|
| • Vətəndə qəriblik... - Təbrizsiz elə hey belədir...
Bu gün, 07:11 |
|
|
|
| • Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Bu gün, 07:06 |
|
|
|
| • "Bu savadsız qarını hardan tapdınız?" - ETİRAZ
Bu gün, 07:04 |
|
|
|
| • Bayram Məmmədovun qardaşı tərəfindən qətlə yetirilən anasının - FOTOSU
Bu gün, 06:50 |
|
|
|
| • Qızıl alıb-satmaqla qeyri-neft-qaz ixracının payı artır: İrəli getmək üçün geri addım atmaq - AKTUAL
Bu gün, 06:48 |
|
|
|
| • "Biri sözümüzü ucaltdı, digəri səsi ilə milli ruhumuzu yaşatdı" - ANIM
Bu gün, 06:41 |
|
|
|
| • Bakıda 14 yaşlı qızın uşaq dünyaya gətirməsinə görə - Qardaşı həbs olundu
Bu gün, 06:37 |
|
|
|
| • Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Bu gün, 06:32 |
|
|
|
| • Rusiyada səfərbərlik vahiməsi – İnsanlar qaçmağa hazırlaşırlar
Bu gün, 06:24 |
|
|
|
| • Sabirabad Olimpiya İdman Kompleksinin dövlətə vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:19 |
|
|
|
| • Hörmüz boğazında Qətərdən maye qaz daşıyan tanker mərmi zərbəsinə məruz qalıb - "Bloomberg"
Dünən, 16:12 |
|
|
|
| • Göyçayın Təhsil Sektorunun müdiri vəzifəsindən azad olunub - BUNDAN SONRA...
Dünən, 16:04 |
|
|
|
| • Qusarda alternativ içməli su mənbəyi tikiləcək – 3,2 MİLYON MANATA
Dünən, 16:00 |
|
|
|
| • Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır - MƏQALƏ
Dünən, 15:53 |
|
|
|
| • Bakıda ikinci telefon qalmaqalı: arvadın gizli əməli cinayətə səbəb oldu - TƏFƏRRÜAT
Dünən, 15:51 |
|
|
|
| • Rusiyanın Qara dənizdə radioelektron kəşfiyyat bölməsi, anbarları və Krımdakı körpüləri məhv edilib - TƏFƏRRÜAT
Dünən, 13:27 |
|
|
|
| • "Sabah çörək qıtlığı yaransa..." - ÇAĞIRIŞ...
Dünən, 13:17 |
|
|
|
| • Bakıdakı bu universitet bağlandı: Diplomların taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:02 |
|
|
|
| • "Mənə qaranlığımdan qorxmayan insan lazımdır"
Dünən, 13:00 |
|
|
|
| • Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu - FOTO
Dünən, 12:51 |
|
|
|
| • Rusiya Ermənistanı bazardan uzaqlaşdırmayacaq - ÇÜNKİ...
Dünən, 12:36 |
|
|
|
| • “Yeyintini edən Əli İsa və komandasıdır” - Şeyx Əbdül
Dünən, 12:26 |
|
|
|
| • Rusiya Ukrayna kəşfiyyatı ilə əlaqədə olmaqda şübhəli bilinən iki nəfəri saxladı - KİV
Dünən, 12:21 |
|
|
|
| • Xırdalan sakinlərini təngə gətirən üfunət: - Kanalizasiya küçəyə axır
Dünən, 12:16 |
|
|
|
| • Nəriman müəllim gördü ki, tərəddüd edirəm... - ANIM
Dünən, 12:09 |
|
|
|
| • Ukraynanın Putinin ballistik terrorunu dayandırmaq imkanı var... - ABŞ-dan xəbər...
Dünən, 11:28 |
|
|
|
| • "Düz hərəkət etdim ki, vaxtında deputatlıqdan uzaqlaşdım" – Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
| • İstanbulda şübhəli şəkildə ölən “NIDA” üzvünün ANASI QƏTLƏ YETİRİLDİ: Qardaşı həbs olundu! - TƏFƏRRÜAT
Dünən, 11:13 |
|
|
|
| • Əvvəl Taleh Yüzbəyov, indi də Cəbiş müəllim... - Reklamlar niyə qalmaqal yaradır?
Dünən, 11:00 |
|
|
|
| • 6 yaşında adı dəyişdirildi, bu xəbərə görə əsgərlikdən qaçdı - Nəriman Həsənzadə KİMDİR
Dünən, 10:50 |
|
|
|
| • "Deyir ŞƏHİDİN KÖHNƏLİB, şəhidə belə qiymət verərlər?" - GİLEY
Dünən, 10:41 |
|
|
|
| • Cəllabada QAZİLƏRİN dərmanlarını vermirlər... - "...bilərək ZÜLM EDİRLİR"
Dünən, 10:38 |
|
|
|
| • Zuğulba-Bilgəh yolu NƏZARƏTSİZ QALIB? - BU NƏDİ BELƏ?
Dünən, 10:33 |
|
|
|
| • "Qadağalar Azərbaycan istehsalçıları üçün yeni imkanlar yaradır" - ŞƏRH
Dünən, 10:00 |
|
|
|
| • Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır - MƏQALƏ
Dünən, 09:56 |
|
|
|
| • İrandan Ermənistana təklif: Bakı izləmədədir - AKTUAL
Dünən, 09:52 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?
Dünən, 09:46 |
|
|
|
| • Gədəbəydə DƏRƏBƏYLİKDİR... - GİLEY
Dünən, 09:40 |
|
|
|
| • Azərbaycanda böyük ƏFV təklifi – Tanınmış komissiya üzvündən dəstək gəldi
Dünən, 08:27 |
|
|
|
| • Paşinyanın bu qərarı Putini qorxutdu - GƏLİŞMƏ
Dünən, 08:18 |
|
|
|
| • Zaurun Günayla bağlı dedikləri rezonans doğurdu – Müzakirələr böyüyür
Dünən, 08:16 |
|
|
|
| • Nəriman Həsənzadəni itirdik
Dünən, 08:12 |
|
|
|
| • MODERN BAKI OĞRUSU: ZÜLFƏLİ... - NARAZILIQ VAR...
Dünən, 07:46 |
|
|
|
| • "Bəs hökumət nə düşünür, nə etmək istəyir?" - partiya sədri
Dünən, 07:37 |
|
|
|
|