ABŞ özünün Hərbi Hava Qüvvələrinin az qala yarısını və ən iri hərbi floteliyasını İran ətrafında cəmləşdirib. "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə tanınmış jurnalist Cavanşir Həsənli çıxış edib.
Jurnalist daha sonra ABŞ-nin bu səfərbərliyinin boşuna olmadığına işarə edərək cəlb olunan hərbi arsenal barədə təfsilatı da təqdim edir. C.Həsənli yazır:
"2 təyyarədaşıyan gəmi (Abraham Linkoln və Gerald Ford);
11 esmines (Frank Petersen, Paul Foster, Michael Murphy, Winston Churchill, Bainbridge, Alfred Mehen, Ruzvelt, Donald McFaul, Marc Mitscher və Delbert Black);
"Georgia" sualtı qayığı
C-17 Globemaster, C-5 Galaxy, C-130 Hercules və onun təkmilləşdirilmiş HC-130 nəqliyyat təyyarələr;
WC-135 Phoenix radioaktiv izləmə təyyarəsi;
KC-135 və KC-46 yanacaq doldurma təyyarələri;
RC-135 strateji kəşfiyyat təyyarəsi;
Üç EA-11A hava komandanlıq məntəqəsi;
İki E-3 AWACS təyyarəsi;
A-10 Warthog hücum təyyarələri;
24 F-15 qırıcısı;
30 F-35 Lightning gizli qırıcısı;
Hər biri 24 təyyarədən ibarət bir neçə F-16 qırıcı eskadrilyası;
Altı köməkçi eskadrilya EA-18 Growler qırıcıları.
Əlavə hava müdafiəsi Patriot ağır hava müdafiə sistemlərinin bir neçə batareyası və TED super ağır hava müdafiə sistemləri tərəfindən təmin edilir..."
Bir sözlə, SAVAŞ qaçılmaz görünür...








